ADMİU-nın kinostudiyasında maliyyə qalmaqalı: 167 min manat hara gedib? (AÇIQLAMA)

ADMİU-nın kinostudiyasında maliyyə qalmaqalı: 167 min manat hara gedib? (AÇIQLAMA)Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində fəaliyyət göstərən "Tədris-film" kinostudiyasının tələbələri üçün ayrılan maliyyə vəsaitinin düzgün xərclənməməsi ilə bağlı faktların üzə çıxdığını daha əvvəl xəbər vermişdik.

Universitetin Kinorejissorluq fakültəsinin məzunu Elmar Fərzəliyev Qaynarinfo-ya açıqlamasında "Tədris-film"in direktoru Elnur Mehdiyevin qurumdakı yeyintiləri ilə bağlı yeni faktlar olduğunu iddia edib:

"Universitetin Kinorejissorluq fakültəsini bitirmişəm. "Tədris-film"in ARKA-ya (Azərbaycan Respublikası Kino Agentliyi) təqdim etdiyi layihələrdən biri - "Düşmüş mələk" filmi mənimdir. Filmin çəkilişi fevral ayında yekunlaşdırılıb və təqdim olunub. "Düşmüş mələk" filmi mistik janrda çəkilib.

Bu film belə yarandı: bir gün Elnur müəllim gəldi və dedi ki, biz ARKA ilə əməkdaşlıq edəcəyik, onlar bizə filmlərin çəkilməsi üçün büdcə ayırır, siz də hazır senarinizi gətirin. Öncədən hazır olan senarilərimdən birini təqdim etdim, baxıb bəyəndilər. Başqa tələbələrə də təklif etdilər, amma onlar senari gətirmədi. Məndən başqa bir nəfər öz senarisini təqdim etdi. Elnur müəllim digər senariləri tələbələrin adı ilə guya onların öz senarisi kimi təqdim etdi. Məsələn, Yusif Quliyev adlı müəllimin senarisini bir tələbəyə verib, guya onun öz senarisi kimi göstərdi. Senarilərin hamısını Elnur müəllim özü seçmişdi.

Təqdim olunmasından iki il keçsə də, çəkiliş uzandı. Çəkiliş başlamadan öncə müəllimə smeta layihəsi verdim. Pulların köçürülməsinə gələndə, Elnur müəllim başqa cür davrandı. Təxminən 5-6 ay pullar köçürülmədi. Nə deyirdimsə, deyirdi ki, "mənə aidiyyatı yoxdur, get özün elə". Təxminən iki min manat öz cibimdən xərclədim, halbuki pulu o verməliydi. Həmin ərəfədə öyrəndim ki, Elnur müəllim ötən il tələbələrin çəkdiyi filmlərin hamısına şişirdilmiş maliyyə qiymətləri yazıb. Məsələn, tələbə 2000 manata film çəkib, amma ona 1500 manat köçürülüb. Əslində isə sənəddə layihənin daha baha başa gəldiyi göstərilib.

Mənim filmimin çəkilişi 3 gün çəkib, amma Elnur müəllim ARKA-ya bildirib ki, film 10 günə çəkilib. Mən ona dedim ki, film 3 gün deyil, 4-5 gün çəkə bilər, o isə dedi: "Mənə aidiyyatı yoxdur, 4-cü günə keçsə, onun xərclərini özün qarşılayacaqsan". Film bitdi və uzun aylardan sonra pullarımı ala bildim".

Elmar Fərzəliyev ikinci filmin çəkilişlərinə başlamaq istəyəndə, Elnur Mehdiyev maliyyənin olmadığını bildirib:

"İkinci filmdə mən ikinci rejissoram. Dedi ki, vəziyyət pisdir, film çəkə bilmirik. Mən tələbə olduğum halda dedim ki, borca pul taparam, təki film çəkilsin. Dedim ki, məni prodüser kimi yazın, qonarar almaram, amma prodüserin qonararını köçürərsiniz, götürdüyüm borcu onunla qaytararam. Direktor bir qəpik pul qoymur, tələbə borc tapır ki, film çəkilsin.

Anlaya bilmirəm, bu adam niyə prodüserdir, niyə onu "Tədris-film"ə direktor qoyublar? Ondan yaxşı iş görürəm, heç kəsi tanımır, bütün heyəti mən gətirmişəm. Onların hamısını işə mən gətirdiyimdən zərər çəkirəm, deyirlər: "Pul nə oldu, biz sizi tanıyırıq". İyunun əvvəlində çəkilən filmin pulları hələ də verilməyib. Kamal Müşfiq ARKA tərəfindən koordinator təyin edilib ki, kömək etsin. Əşyalarını lombarda qoyub, evdəki televizor və kompüteri də girov qoyub ki, filmlər çəkilsin. Elnur Mehdiyev isə yediyi pullardan iş üçün heç nə qoymur. İndi müsahibə verir ki, pul yoxdur. Pul yoxdursa, "Tədris-film" niyə var? Niyə sən onun direktorusan? Bütün dünyada sistem belədir ki, pulu prodakşn qarşılayır".

Elmar Fərzəliyevin sözlərinə görə, bu gün "Tədris-film"in ona təxminən iki min manat borcu var:

"Hərəyə bir yalan deyir. ARKA onlara pul köçürməyə hazırdır, amma "Tədris-film"in vergiyə 4000 manat borcu var. Buna görə də ARKA "Tədris-film"ə pul köçürə bilmir. Əgər pul köçürülsə, onlar da bizim borcu qaytarar. Direktor hələ indi bilir ki, onun vergi borcu var".

Elmar Fərzəliyev məhkəməyə müraciət edəcəyini bildirib:

"Mənim bu barədə qərarım belə olacaq – məhkəmə və qanun. Biz bunu belə qoymayacağıq. Şikayət edirik, amma baxan, dinləyən yoxdur. Ona görə məsələni qanunla həll edəcəyik".

"Tədris-film" kinostudiyasının direktoru Elmar Fərzəliyevin ittihamlarına cavabı qısa olub. O, Qaynarinfo-ya açıqlamasında deyib:

"Bizdə maliyyənin köçürülməsini gözləyirik. Maliyyə köçəndən sonra, bütün ödənişlər ediləcək".

Xatırladaq ki, bir müddət öncə saytımızda "Tədris-film"in tələbələri ilə ARKA arasında yoxa çıxan 167 min manat qalmaqalı" başlıqlı yazı dərc olunub. Yazıda ADMİU-nun nəzdində fəaliyyət göstərən "Tədris-film" kinostudiyasının tələbələri üçün ayrılan maliyyə vəsaitinin düzgün xərclənməməsi ilə bağlı faktlar qeyd olunub.

Tələbələr bildirib ki, "Tədris-film" kinostudiyası ilə Kino Agentliyi arasında bağlanan müqaviləyə görə 12 tələbə filminin istehsalına dövlət büdcəsindən 167 min manat ayrılıb. Sözügedən müqaviləni Agentlikdən keçmiş sədr Orxan Fikrətoğlu, "Tədris-film" kinostudiyasından isə direktor Elnur Mehdiyev imzalayıb.

Tələbələrin bildirdiyinə görə, 167 min manatdan "Tədris-film"ə 50 mindən bir qədər artıq pul köçürülsə də, tələbələrə maliyyənin verilməsi üçün zamana ehtiyac olduğu bildirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 906   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL

"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür

15:19 171
.

Dünyəvi təhsil və cəmiyyətdə bərabər imkanlar

"Müasir təhsil sisteminin əsas məqsədlərindən biri hər bir insana keyfiyyətli bilik əldə etmək imkanı yaratmaqdır. Dünyəvi təhsil bu məqsədə çatmaq üçün neytral və inklüziv mühitin qurulmasını vacib sayır. Burada şagirdlərin ailə mənşəyi, dini etiqadı və şəxsi dünyagörüşü onların təhsil hüquqların

17:19 130
.

İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi

İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb. Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib. Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxt

21:00 0
.

Məktəbli geyimində vahidlik və nizam-intizam

Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli

18:01 123
.

Vahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək

"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda

17:28 149
.

Sabah leysan yağacaq

Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricə

16:13 184
.

Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini

16:12 141
.

"Qismətimdə ata sevgisi çox az oldu"

Müğənni Xuraman Şuşalı ata sevgisi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bu sözləri yazıb:. "Qismətimdə ata sevgisi çox az oldu. Ancaq ata-uşaq görüntüsü görəndə çox sevinirəm. Xoşbəxt olsun uşaqlar. Gözəl ata-ana olsunlar"

21:15 1
.

Qarşılıqlı hörmətə əsaslanan münasibətlər

"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

15:38 153
.