Azərbaycan və Türkiyənin inkişaf agentlikləri arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Türkiyənin inkişaf agentlikləri arasında əməkdaşlıq müzakirə olunubAzərbaycan xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev avqustun 29-da Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varankın dəvəti ilə Ankaraya səfər edib.

"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Y.Rəfiyev Paris Sazişi üzrə Türkiyənin "İkiillik Şəffaflıq Hesabatı (BTR1) və Doqquzuncu Milli Bəyanat və İkinci İkiillik Şəffaflıq Hesabatının (NC9/BTR2) hazırlanmasına dəstək layihəsi" çərçivəsində Ankarada təşkil olunan seminarın açılışında çıxış edib.

Çıxışında o, COP29-da əldə olunmuş tarixi nəticələri vurğulayıb və Paris Sazişi çərçivəsində dövlətlərin təqdim etməli olduqları İkiillik Şəffaflıq Hesabatları mexanizminin uğurla işə düşməsində Azərbaycan sədrliyinin mühüm rolunu qeyd edib. Nəticədə, artıq 105 dövlətin bu hesabatları təqdim etdiyi, Azərbaycan və Türkiyənin isə ilk təqdim edən ölkələrdən olduğu xüsusi olaraq diqqətə çatdırılıb. O həmçinin bildirib ki, Azərbaycanın iqlim şəffaflığına verdiyi dəstək COP29 ilə məhdudlaşmayacaq. COP Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan edilmiş Bakı Şəffaflıq Platforması (BTP) gələcəkdə də dövlətlərin hesabatları və texniki icmallarının hazırlanmasına beynəlxalq tərəfdaşlarla birlikdə dəstək göstərəcək.

Səfər zamanı, Y.Rəfiyev həmçinin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, xarici işlər nazirinin müavinləri Ayşe Berris Ekinci və Nuh Yılmaz, eləcə də Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə iqlim gündəliyində duran məsələlər, Türkiyənin iqlim dəyişmələri ilə mübarizə tədbirləri, COP30-a hazırlıq və iki ölkənin ortaq prioritetləri, iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət və regional layihələr barədə müzakirələr aparılıb. Xüsusilə BMT və digər təşkilatlar daxilində ortaq fəaliyyətin məmnunluq doğurduğu qeyd olunub və gələcəkdə bu istiqamətdə atılacaq müvafiq addımlar ətrafında fikir mübadiləsi aparılıb. TİKA ilə Azərbaycan İnkişafa Yardım Agentliyi arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 483   Tarix: 30 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Livanın Baş naziri: "Hizbullah"ın tərk-silah olunmasının birinci mərhələsi tezliklə başa çatacaq

Livanın Əl-Litani çayından cənuba doğru bütün qeyri-hökumət qüvvələrinin silahlarının müsadirəsinin birinci mərhələsi tezliklə başa çatacaq. "Report" LBCI telekanalına istinadən xəbər verir ki, bu barədə Livanın Baş naziri Nəvaf Salam bildirib. Salam qeyd edib ki, silahların yalnız Livan dövlətini

21.12.2025 162
.

Tramp ABŞ-nin 6G-də lider olması üçün tədbirlər görülməsi barədə memorandum imzalayıb

ABŞ Prezidenti Donald Tramp Amerika administrasiyasına 6G şəbəkələrinin inkişafında ölkənin liderliyini təmin etmək üçün bir sıra tədbirlər görməyi tapşıran memorandum imzalayıb. "Report"un məlumatına görə, müvafiq sənəd Ağ Evin saytında dərc olunub. Sənədə əsasən, ABŞ-nin federal hakimiyyə

21.12.2025 154
.

ABŞ-də Rusiya səfirliyinin qarşısındakı "casus evi" satışa çıxarılıb

Vaşinqtonda Rusiya səfirliyinin qarşısında yerləşən ev 3.85 milyon dollara satışa çıxarılıb. xəbər verir ki, bu barədə yazan "The Washington Post" nəşri həmin villanı "casus evi" adlandırıb. Məlumata görə, həmin ev 1935-ci ildə inşa edilib və uzun illər italyalı miqrant ailəsi v

21.12.2025 161
.

Hindistanda qatarın fil sürüsünü vurması nəticəsində səkkiz heyvan ölüb

Hindistanın şərqində sərnişin qatarı fil sürüsünə çırpılıb, nəticədə səkkiz heyvan ölüb. "Report" xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb. Hadisə gecə vaxtı şərqdəki Assam ştatında baş verib. Sairanq-Yeni Dehli marşrutu ilə hərəkət edən "Rajdhani Express" qatarı vəhş

21.12.2025 225
.

Nəvə kommunal borclara görə nənəsini öldürdü

Rusiyanın Kalininqrad vilayətində nəvə nənəsini öldürüb. yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, yetkin yaşlı nəvə 80 yaşlı nənəsi ilə birgə yaşayırmış. Qadın mütəmadi olaraq pensiyaçı nənəsini döyür və ona qarşı zorakılıq edirmiş. Günlərin birində qohumlar arasında növbəti mübahis

21.12.2025 227
.

"Killer" tutub valideynlərini öldürtdü: mirasa görə

ABŞ-ın Nyu-Meksiko ştatında miras məqsədilə törədilmiş amansız qətldə ittiham olunan iki gənc saxlanılıb. xarici mediaya istinadla bildirir ki, 19 yaşlı Darren Munyos 58 yaşlı atası Oskar Munyosu və 71 yaşlı ögey anası Dinanı öldürmək üçün 18 yaşlı dostu Xulio Zamoranı muzdla tutmaqda şübhəli bilinir

21.12.2025 191
.

KİV: ABŞ yenidən Venesuela sahillərində sanksiya altında olan gəmini saxlayıb

ABŞ Venesuela sahillərində yenidən bir gəmini saxlayıb və müsadirə edib. "Report"un məlumatına görə, bu barədə "Reuters" ABŞ-nin üç rəsmisinə xəbər verib. Əməliyyat Sahil Mühafizəsi tərəfindən həyata keçirilib. Agentlik yazıb ki, bu, ABŞ Prezidenti Donald Trampın Venesuelaya daxi

21.12.2025 149
.

Marko Rubio: "Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qərar Moskva və Kiyev tərəfindən veriləcək"

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qərar Vaşinqton deyil, Moskva və Kiyev tərəfindən veriləcək. TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransında bildirib. O, qeyd edib ki, münaqişələr ümumiyyətlə iki yoldan biri ilə başa çatır: Bir tərəfin təsli

21.12.2025 145
.

İsveç Ukraynaya 200 milyon dollar birbaşa büdcə yardımı təqdim edəcək

İsveç 2026-cı ildə Ukraynaya 200 milyon dollar birbaşa büdcə dəstəyi verəcəyini elan edib. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib. "Bu maliyyələşdirmə müharibə zamanı insanların gündəlik ehtiyaclarını

21.12.2025 151
.

TOP MP3