Anti-terror əməliyyatlarının ikinci ildönümü: Azərbaycan suverenliyini və beynəlxalq hüququ təmin etdi

Anti-terror əməliyyatlarının ikinci ildönümü: Azərbaycan suverenliyini və beynəlxalq hüququ təmin etdi2023-cü ilin sentyabrında həyata keçirilmiş anti-terror tədbirləri Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olub. Əməliyyatlar nəticəsində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə – xüsusilə də BMT Nizamnaməsinə və dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsipinə uyğun olaraq öz konstitusion quruluşunu tam bərpa edib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Polad Mehdiyev bildirib ki, separatçı silahlı dəstələrin mövcudluğuna son qoyulması ilə Azərbaycanın ərazilərində qeyri-qanuni rejim faktiki olaraq ləğv olunub və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tam suverenlik təmin edilib. Əməliyyat həm regionda sülh və sabitliyin bərpası, həm də Azərbaycanın reinteqrasiya siyasətinin həyata keçirilməsi baxımından tarixi dönüş nöqtəsi olub.
Anti-terror əməliyyatlarının ikinci ildönümü: Azərbaycan suverenliyini və beynəlxalq hüququ təmin etdiPolad Mehdiyev vurğulayıb ki, anti-terror tədbiri beynəlxalq hüququn legitim güc tətbiqi çərçivəsində icra edilib və mülki əhalinin təhlükəsizliyi xüsusi diqqətdə saxlanılıb. Qısa müddətdə və dəqiq planlaşdırılmış əməliyyat Azərbaycan ordusunun yüksək peşəkarlığını, intizamını və texnoloji üstünlüyünü nümayiş etdirib.

"Əməliyyatın uğurunda Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi həlledici rol oynadı. Dövlət başçısı uzun illər ərzində ardıcıl siyasətlə həm beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini möhkəmləndirdi, həm də daxildə güclü iqtisadi və hərbi baza yaratdı. Onun qətiyyətli qərarı sayəsində əməliyyat beynəlxalq hüququn tam legitim çərçivəsində aparıldı və nəticələri dünya ictimaiyyəti tərəfindən qəbul edildi. Prezident İlham Əliyev dərhal sonra bölgədə reinteqrasiya və yenidənqurma siyasətinə start verərək Azərbaycanın humanist yanaşmasını və dincgüclü quruculuq missiyasını nümayiş etdirdi" – deyə şərhçi bildirib.

Polad Mehdiyev qeyd edib ki, anti-terror tədbirinin ikinci ildönümü Azərbaycan xalqının birliyinin, dövlətin gücünün və liderliyin uğurlu nəticəsinin rəmzidir. Bu tarixi hadisə bir daha sübut etdi ki, Azərbaycan öz milli maraqlarını beynəlxalq hüquq normaları ilə uzlaşdıraraq suverenliyini və təhlükəsizliyini təmin etmək əzmindədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 793   Tarix: 16 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlığın yeni perspektivləri

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Türkmənlər Azərbaycanın dil və soy baxımından yaxın xalqlarındandır. Tarixi və siyasi əlaqələrimizin kökləri olduqca möhkəmdir. Türkmənistan ortaq layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub və b

12:18 140
.

Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir

"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej

14:00 71
.

Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim

12:22 138
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 273
.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 141
.

Ramin Məmmədov: "Məqsədimiz tarixini anlayan və dövlətinin nailiyyətlərini dərk edən vətəndaş yetişdirməkdir"

"Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir". BİG.AZ xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusund

10:53 156
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

08.10.2026 217
.

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdı

08.10.2026 295
.

Paşinyan-Rusiya münasibətləri: Səfərin tarixi hələ müəyyənləşməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya planlaşdırılan səfərinin dəqiq tarixinin hələ müəyyənləşmədiyini bildirib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Kremlin sözçüsü səfərin tarixi ilə bağlı suala cavabında "Hələli

10:44 146
.