"20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə qərar tarixi zərurətin diktəsidir" - Bəhruz Məhərrəmov

"20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə qərar tarixi zərurətin diktəsidir" - Bəhruz Məhərrəmov"20 Sentyabrın Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə qərarı da ilk növbədə tarixi zərurətin diktəsidir".

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncamında da ifadə edildiyi kimi, tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir:

"Azərbaycan Konstitusiyası qəbul edilərkən dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq altı ali niyyətdən biri kimi müəyyən olunib. Lakin daha öncədən, yəni müstəqillik əldə edildikdən sonra 1993- cü ilə qədərki hakimiyyətlərin səbatsızlığı və xəyanətkar mahiyyəti ucbatından Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin işğala məruz qalması sonrakı dövrlərdə bu ali niyyətimizin realizəsi qarşısında əngələ çevrilmişdi. Daha dəqiq desək, Azərbaycan Respublikasının öz müstəqilliyini hələ 1991-ci ildə əldə etməsinə baxmayaraq Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizinin 30 ildən artıq bir dövrdə işğal altında qalması, özünü beynəlxalq ictimaiyyət adlandıran bir sıra beynəlxalq subyektlərin Ermənistanın bu işğal və təcavüz siyasətinə dəstək verməsi uzun bir dövr ərzində dövlətimizin özünün beynəlxalq hüquqla tanınan bütün ərazilərində suveren haqlarını bərpa etməsi qarşısında maneə kimi çıxış etmişdir. Qeyd edilən situasiya işğalçı Ermənistanı yeni cinayətlərə təşviq etmiş, bu ölkə azərbaycanlılara qarşı etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törədərək, habelə işğal altında olan ərazilərimizi kütləvi olaraq minalayaraq problemi daha da dərinləşdirmişdi. Lakin Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncamında da ifadə edildiyi kimi, tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Belə ki, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin ölkədə cərəyan edən təhlükəli proseslərin qarşısını alması, ictimai-siyasi sabitliyin təmin edilməsinin müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaratması, cənab İlham Əliyevin isə Ulu Öndər siyasi kursunun layiqli varisi kimi siyasi müstəqilliyi gücləndirməsi, iqtisadi müstəqilliyə tam nail olması, güclü ordu və müdafiə sənayesi quruculuğu, azərbaycançılıq ideologiyası ətrafında tam milli birliyə nail olması, vətənə bağlı, milli təfəkkürlü gənc nəsilin yetişməsi vəziyyəti köklü surətdə dəyişdi. Cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı altında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Zəfəri ilə bu status-kvo köklü şəkildə dəyişmiş, Azərbaycan öz torpaqlarının böyük bir qismini hərbi-siyasi yolla işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla, çoxsaylı beynəlxalq sənədləri, o cümlədən beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin aliliyini təmin etmişdir. Lakin bildiyiniz kimi, Vətən müharibəsindən sonrakı dövrdə də Azərbaycan ərazilərində separatçı xunta rejimi öz varlığını davam etdirməkdə və regionda sülh və sabitlik üçün, o cümlədən beynəlxalq hüququn aliliyi üçün təhdid yaratmaqda idi. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması ilə nəticələnən antiterror tədbirləri şanlı tariximizə Azərbaycan Respublikasının bütün ərazilərində konstitusiya quruluşunun bərpa edilməsi tarixi kimi düşmüş oldu. Azərbaycan əleyhinə müxtəlif platformalarda çoxsaylı qarayaxma kampaniyaları və hücumlara baxmayaraq cənab İlham Əliyevin qətiyyəti və Ordumuzun gücü hesabına Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq Qarabağ iqtisadi rayonunda tam şəkildə suveren haqlarını bərpa etməklə həm də bütövlükdə bölgə üçün yeni bir səhifə açmış oldu. Belə ki, regionda və regiondan kənarda separatizmdən, terrorçuluqdan əziyyət çəkən qlobal subyektlər Azərbaycanın effektiv mübarizə formuluna ustad dərsi kimi baxmağa və haqlı olaraq nəticə çıxarmağa başladılar. Cənab İlham Əliyev Azərbaycan ərazilərində separatizmə son qoymaqla ölkəmizin suverenliyini tam şəkildə bərqərar etmiş və bu gün artıq Xankəndi başda olmaqla, Qarabağ iqtisadi rayonunun hər bir guşəsində digər beynəlxalq hüquqla tanınan ərazilərimizdə olduğu kimi Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalanmaqdadır, bir zamanlar vandalizm nəticəsində xarabazara çevrilən Qarabağ və Şərqi Zəngəzura yenidən həyat qayıtmaqdadır.
Təbii ki, bu reallıq Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malikdir və möhtərəm Prezidentin antiterrror tədbirlərində Zəfərimizə nail olunduğu gün - 20 sentyabrın Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə qərarı da ilk növbədə tarixi zərurətin diktəsidir. Dövlət Suverenliyi Gününün təsis edilməsi göstərməkdədir ki, Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1151   Tarix: 16 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.