Bakıda ən ucuz mənzillər bu rayonlarda satılır
Mənzil bazarının dəyərinə görə paytaxtın bahalı rayonları Nəsimi və Səbail rayonlarıdır. Orta qiymətə mənzillər də daha çox Nizami və Xətai rayonunda təklif olunur. Ucuz mənzillərə gəldikdə isə minimal qiymətlərə Qaradağ, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında rast gəlinir.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
Onun sözlərinə görə, bu gün Bakda mənzilin 1 kvadratmetrinin orta qiyməti 2500 manatdır: "Əgər əvvəllər bu rəqəm 1500 manat civarında idisə, bu gün artıq orta rəqəm 2500 manat ətrafındadır".
Ekspert həmçinin vurğulayıb ki, Bakıda mənzillərin qiyməti ilin əvvəli ilə müqayisədə 10%-dən artıq artıb: "Bəzi seqmentlərdə hətta 15%-dir. Ən çox tələbat yeni tikililərdə 100 kvadratmetrə qədər olan mənzillərədir. 100 kvadratmetrə qədər olan mənzillərdə təxminən 15%-ə qədər qiymət artımı var. Amma, ümumilikdə götürsək, məsələn, 200-300 kvadratmetr olan mənzillərdə bu qiymət 10%-ə qədərdir. Çünki yeni tikililərdə bir amil var ki, böyük kvadratlıq sahələr nisbətən daha ucuzdur".
"Məsələn, binada sahəsi 100 kvadratmetrə qədər olan mənzildə 1 kvadratmetri 2500 manata satılırsa, ondan çox sahəyə malik olanlar 2200 və 2300-ə təklif olunur. Mərtəbəsindən asılı olaraq da bu qiymətlər dəyişə bilir. Yeni tikililərdə ən uyğun, ən baha olan mərtəbələr 8 və 12-ci mərtəbələrdir. Ondan aşağı və ondan yuxarı mərtəbələr isə daha ucuz təklif olunur", - ekspert əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3128 Tarix: 16 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto
Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman
08.10.2026 245 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. -ın əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-
10:41 157 Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar
Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib
10:10 131 Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:
08.10.2026 273 Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. BİG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlə
10:46 148 Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib
Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim
12:22 135 Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır
"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş
14:12 0 Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir
"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej
14:00 29 Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran
10:46 147