Sosial media qadağasından inqilaba: "Z nəsli"nin səsi və qlobal mesaj

Sosial media qadağasından inqilaba: "Z nəsli"nin səsi və qlobal mesajNepalda hökumətin 26 sosial media platformasını bloklamaq qərarı ölkədə ciddi iğtişaşlara səbəb olub. Qısa müddətdə böyüyən etirazların motivi dəyişib və proses nəzarətdən çıxıb. Etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində 22 nəfərin öldüyü, 500-dən çox insanın isə xəsarət aldığı bildirilib.

Hadisələr zamanı parlament binası yandırılıb, Maliyyə naziri Bişnu Prasad Paudel hücuma məruz qalıb, sabiq baş nazirin həyat yoldaşı öldürülüb. Prezident Ram Çandra Paudel və Baş nazir Kxadha Prasad Şarma Oli istefa verərək ordu tərəfindən Katmandudan təxliyə edilib. Sheetal Niwas hökumət sarayı isə yanğın nəticəsində tamamilə məhv olub.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki, baş verənlər ilk baxışda lokal səbəblərlə izah oluna bilərdi. Lakin etirazların miqyası və hərəkətverici qüvvəsi göstərir ki, söhbət təkcə sosial media qadağasından getmir. Bu, uzun müddət yığılıb qalmış sosial, iqtisadi və siyasi narazılıqların partlaması idi. Qadağa sadəcə son damla oldu:
Sosial media qadağasından inqilaba: "Z nəsli"nin səsi və qlobal mesaj"Nepal kimi yarıavtoritar ölkələrdə belə sürətli radikallaşma yalnız daxili səbəblərlə izah olunmaya bilər. Tarix göstərir ki, "rəngli inqilablar", "yumşaq güc" siyasəti və sosial media üzərindən yönləndirilən gənclik hərəkatları Qərbin əsas alətlərindən birinə çevrilib. Ərəb Baharı, Gürcüstandakı Qızılgül İnqilabı, Ukraynadakı Maydan hadisələri buna nümunədir.

Bu proseslərin aparıcı qüvvəsi "Z nəsli"dir. Texnologiya ilə böyüyən bu nəsil qlobal dünyagörüşünə malikdir, informasiyanı sürətlə istehlak edir, paylaşır və çevik şəkildə təşkilatlana bilir. Onların idealizmi və dəyişiklik arzusu siyasi sistemləri sarsıtmaq gücünə çevrilib. Sosial media fenomeni Subhana Budhathokinin "Z nəsli dayanmayacaq. Bu etiraz təkcə sosial media ilə bağlı deyil. Onlar səsimizi susdurmaq istəyirlər və biz buna imkan verməyəcəyik" sözləri də bu mənada ciddi xəbərdarlıqdır.
Sosial media qadağasından inqilaba: "Z nəsli"nin səsi və qlobal mesajNepal coğrafi baxımdan diqqətdən kənarda görünsə də, əslində Çin və Hindistan kimi güclərin arasında yerləşir. Buna görə də ölkədəki hər bir iğtişaş regional güc balansına təsir edə bilər. ABŞ və Qərbin artan Çin rəqabəti fonunda bölgədə təsir imkanlarını genişləndirməsi də istisna deyil.

Əslində, Nepal hadisələri bir "test" idi: gənc nəsil necə təşkilatlanır, necə qəzəblənir və hansı həddə qədər gedə bilər? Nəticə göstərdi ki, doğru şərait və emosional impulsla bu nəsil köhnə strukturları silkələmək gücündədir.

"Z nəsli"nin sosial mediaya bağlılığı, onların emosional və ideoloji yönləndirilməyə açıq olması hətta sabit görünən sistemləri də sarsıda bilər. Üstəlik, bir çox ölkədə bu "şərait" artıq mövcuddur: iqtisadi çətinliklər, siyasi gərginlik, güvənsizlik və sosial parçalanma. Nepalda yaşananlar domino effekti yarada bilər.

Bu tendensiyanın özünü daha çox göstərə biləcəyi ölkələr isə Türkiyə və İrandır. Türkiyədə siyasi qütbləşmə, iqtisadi problemlər və gənclər arasında gələcəyə inamsızlıq var. İranda isə 2022-ci ildə Məhsa Əmini etirazları göstərdi ki, gənc nəsil artıq qorxmur və özünü ifadə etməyi bacarır.

Hər iki ölkədə hakimiyyətin nəzarətə əsaslanan strukturları "Z nəsli"nin azadlıq və dəyişiklik arzusu ilə toqquşur. Bu gənclik artıq sadəcə izləyici deyil, yön verən və iştirak edən olmaq istəyir.

Qısası, Nepalda baş verənlər təkcə bir ölkənin daxili böhranı deyil, qlobal mesajdır: heç bir ölkə bu nəsil dalğasından sığortalanmayıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 814   Tarix: 19 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi

Xəbər verdiyimiz kimi, bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Orxan Ənvərlinin bıçaqlanması ilə bağlı məlumat yayılıb. TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, səhər saatlarında xəstəxanada Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürüc

08.10.2026 259
.

Cəbrayılda 26 yaşlı çoban minaya düşdü

Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, 200-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmi

08.10.2026 207
.

Sezen Aksunun sevənlərinə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Axşam.az xəbər verir ki, ifaçı Nişantaşındakı özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətində ciddi problem olmadığı, hazırda evində istirahət etdiyi bildirilib. Seze

08.10.2026 270
.

İnsanı həqiqətən xoşbəxt edən nədir: pul və ya dəyərli əşyalar deyil - psixoloq DANIŞIR

Daha çox qazanmaq, rahat evdə yaşamaq və bahalı əşyalar almaq insanların həyatını asanlaşdıra bilər. Ancaq maddi rifah insanın özünü xoşbəxt hiss etməsi üçün hər zaman kifayət etmir. xarici mediaya istinadla xəbər verir ki, psixoloqlar həyatdan məmnunluğu yaxın münasibətlər, məqsəd hissi və insanın sevdiy

08.10.2026 181
.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca

08.10.2026 210
.

İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun

08.10.2026 175
.

Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?

"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

08.10.2026 193
.

Uşağın özünə inamını artıran 5 ifadə

Öz sərhədlərini qorumağı, kömək istəməyi və problemləri barədə danışmağı bacarmaq uşağın özünə daha çox güvənməsinə və çətin vəziyyətlərdən daha asan çıxmasına kömək edir. bu 5 ifadəni təqdim edir:. Valideynlər uşaqlara çoxsaylı vacib bacarıqlar öyrədirlər: oxumağı və yazmağı, oyuncaqları yığışdırmağı

08.10.2026 203
.

İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi

08.10.2026 230
.