"Eurolux"un rəhbəri evini satdı - 289 min manatı işçisi ələ keçirdi

"Eurolux"un rəhbəri evini satdı - 289 min manatı işçisi ələ keçirdiBakıda və regionlarda fəaliyyət göstərən "Bergamo" MMC-yə məxsus "Eurolux" mağazalar şəbəkəsinin rəhbəri Günay Kərimova dələduzluqla üzləşib.

BiG.AZ-ın Qafqazinfo-ya istinadən məlumatına görə, şirkətdə maliyyəçi vəzifəsində çalışan 1979-cu il təvəllüdlü Bəhruz Məmmədov rəhbərliyin 289 min manat pulunu ələ keçirdiyinə görə ona cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxsə sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Bildirilib ki, hadisədən əvvəl Günay Kərimova Nərimanov rayonunda yerləşən mənzilini 365 min manata satıb və daha böyük sahəli ev axtarmağa başlayıb. Bu müddətdə pulun bir hissəsini xərclərinə sərf edib və əlində qalan 289 min manatı dollar valyutasına çevirərək saxlamaq istəyib. G.Kərimova rəhbərlik etdiyi şirkətdə maliyyəçi olan Bəhruza həmin pulu 170 min dollara çevirərək gətirməsini istəyib. Lakin Bəhruz 289 min manatı götürərək ələ keçirib və geri qaytarmayıb.

Barəsində cinayət işi açılan B.Məmmədov ifadəsində bildirib ki, pulu dollara çevirməsi üçün Emil adlı tanışına verib. Lakin Emil bir müddət yubatdıqdan sonra ona 170 min dollardan cəmi 60 minini qaytarıb. Daha sonra isə Emil Bəhruza ev və iki avtomobil verib. Öz növbəsində Bəhruzla Emil bir-birindən hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə G.Kərimova ərizə verərək artıq ona dəymiş zərərin ödənildiyini bildirərək şikayətini geri götürüb.

Bəhruza 2 il sınaq müddəti ilə şərti cəza verilib və barəsindəki ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 798   Tarix: 25 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maduronun xanımı həbsxanada infarkt keçirdi

Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ həbsxanasında səhhətinin ciddi şəkildə pisləşdiyi bildirilir. Onun iyul ayında infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox arıqladığı açıqlanıb. xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliy

08.10.2026 190
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 159
.

Deputat: Azərbaycan-Türkmənistan əlaqələri bütün sahələrdə inkişaf edir

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqul

08.10.2026 181
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 174
.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca

08.10.2026 210
.

Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın xaricdə sabitliyi pozan fəaliyyətlərinə görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaların qüvvədə olma müddətini bir il - 2027-ci il oktyabrın 9-dək uzatmaq qərarına gəlib. "Report" xəbər verir ki, bu barədə "İnterfaks" Aİ Şurasının kommunikesin

08.10.2026 151
.

İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun

08.10.2026 175
.

Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar

"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını

08.10.2026 210
.

İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video

Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi

08.10.2026 185
.