"Dövlətimizin başçısının BMT tribunasından çıxışı xüsusi əhəmiyyətə malikdir" - Həcər Verdiyeva

"Dövlətimizin başçısının BMT tribunasından çıxışı xüsusi əhəmiyyətə malikdir" - Həcər Verdiyeva"Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci yubiley sessiyası beynəlxalq münasibətlər sistemində qlobal çağırışların artdığı və yeni geosiyasi konfiqurasiyaların formalaşdığı bir dövrə təsadüf edir. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə ehtimal edilən çıxışı yalnız ölkəmizin milli maraqlarını deyil, həm də beynəlxalq ədalətin, hüququn və çoxtərəflilik prinsipinin müdafiəsini əhatə edən strateji bir siyasi mövqeyi ifadə edəcək".

Bu sözləri tarix elmləri doktoru, professor Həcər Verdiyeva BiG.AZ-a bildirib.

O qeyd edib ki, dövlətimizin başçısının BMT tribunasından çıxışı Azərbaycanın postmünaqişə dövründə regionda yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə təqdim olunması nöqteyi-nəzərindən də xüsusi əhəmiyyətə malikdir:

"Prezident İlham Əliyevin öz çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpası ilə bölgədə yaranmış yeni geosiyasi reallıqlara diqqət çəkərək xüsusi mesajlar verəcəyi gözlənilir. Məhz bu çıxış Azərbaycanın beynəlxalq sistemdəki yerini və prinsipial mövqeyini növbəti dəfə təsdiqləyəcək mühüm təsirlərə malik olacaq.
Dövlət başçısı BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı deyib ki: "Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam".
Bildirib ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Bununla da onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.
44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. "Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi", - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı həmçinin Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi".
BMT-nin yubiley sessiyası çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı ikitərəfli görüşlər, xüsusilə də nüfuzlu beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə aparılan danışıqlar Azərbaycanın beynəlxalq siyasi və iqtisadi sistemdə etibarlı tərəfdaş kimi tanındığını açıq şəkildə nümayiş etdirdi. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, bu görüşlərin hər biri qarşı tərəflərin təşəbbüsü ilə həyata keçirilib. Bu isə Azərbaycanın artan geosiyasi əhəmiyyətinin və Prezident İlham Əliyevin qlobal miqyasda liderlik xüsusiyyətlərinin təqdir olunduğunun bariz nümunəsidir.
Heç şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, "Böyük Qayıdış" Proqramı, yaşıl enerji zonalarının yaradılması və Zəngəzur dəhlizi layihəsi yalnız daxili iqtisadiyyat üçün deyil, regionun geoiqtisadi mənzərəsi üçün də strateji əhəmiyyət daşıyır. Bu təşəbbüslər Azərbaycanın Cənubi Qafqazda aparıcı aktor rolunu möhkəmləndirməklə yanaşı, onu Avrasiya məkanında mühüm nəqliyyat, enerji və logistik mərkəzə çevirir. Digər tərəfdən isə Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal ekoloji və enerji gündəliyinə verdiyi strateji töhfənin bariz nümunəsidir. Belə ki, bu tədbirə hazırlıq çərçivəsində həyata keçirilən təşəbbüslər, yaşıl enerji və bərpaolunan enerji sahəsində uğurlu şəkildə icra olunan layihələr Azərbaycanın ekoloji dayanıqlılığa verdiyi önəmi nümayiş etdirir. Beləliklə, dövlətimizin iqlim dəyişikliyi ilə mübarizədə tutduğu mövqe bir daha sübut edir ki, Azərbaycan bütün istiqamətlərdə olduğu kimi bu sahədə də məsuliyyətli beynəlxalq tərəfdaş kimi çıxış edir. Həmçinin Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə atdığı addımlar bir daha təsdiqlədi ki, ölkəmiz qlobal ədalətin, suverenliyə hörmətin və bərabərlik prinsipinin müdafiəsində ardıcıl və prinsipial mövqeyə malikdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə inkişaf etməkdə olan ölkələrin maraqları qlobal gündəliyə daxil edilib, eləcə də bu ölkələrin beynəlxalq platformalarda daha fəal təmsil olunması üçün real mexanizmlər işə salınıb.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, milli maraqlara əsaslanan və müstəqil xarici siyasət strategiyasının uğurlu nəticələrini bir daha nümayiş etdirən mühüm hadisədir. Eyni zamanda, dövlətimizin başçısının belə mötəbər tədbirdə iştirakı Azərbaycanın qlobal təhlükəsizlik, dayanıqlı inkişaf, beynəlxalq hüquq və ədalət məsələlərində təşəbbüskar, məsuliyyətli və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Azərbaycan bu gün yalnız regional deyil, həm də beynəlxalq miqyasda siyasi dialoqun, əməkdaşlığın və strateji tərəfdaşlığın fəal iştirakçısı və təşəbbüskarıdır. Bu strateji mövqe isə Prezident İlham Əliyevin qətiyyətli liderliyi, milli maraqlara söykənən diplomatik xətti və beynəlxalq legitimliyə əsaslanan siyasəti nəticəsində formalaşıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 26 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maduronun xanımı həbsxanada infarkt keçirdi

Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ həbsxanasında səhhətinin ciddi şəkildə pisləşdiyi bildirilir. Onun iyul ayında infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox arıqladığı açıqlanıb. xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliy

08.10.2026 190
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 159
.

Deputat: Azərbaycan-Türkmənistan əlaqələri bütün sahələrdə inkişaf edir

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqul

08.10.2026 181
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 174
.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca

08.10.2026 210
.

Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın xaricdə sabitliyi pozan fəaliyyətlərinə görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaların qüvvədə olma müddətini bir il - 2027-ci il oktyabrın 9-dək uzatmaq qərarına gəlib. "Report" xəbər verir ki, bu barədə "İnterfaks" Aİ Şurasının kommunikesin

08.10.2026 151
.

İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun

08.10.2026 175
.

Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar

"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını

08.10.2026 210
.

İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video

Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi

08.10.2026 185
.