"BMT Xəzərin ekoloji tarazlığının bərpasına mühüm töhfə verə bilər" - Elman Nəsirov

"BMT Xəzərin ekoloji tarazlığının bərpasına mühüm töhfə verə bilər" - Elman Nəsirov"Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırmışdım. Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir. Əsas səbəb iqlim dəyişmələri deyil. Azərbaycan, həmçinin bu problemin həlli istiqamətində BMT ilə də sıx əməkdaşlığa hazırdır".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Elman Nəsirov BiG.AZ-a bildirib ki, dünyanın ən böyük universal beynəlxalq təşkilatı olan BMT bu kimi məsələlərin həllinə diqqət yetirir və 2025-ci il üçün büdcəsi 3.72 milyard ABŞ dolları olan təşkilat region ölkələri üçün ciddi problemə çevrilmiş Xəzərin ekoloji tarazlığının bərpasına mühüm töhfə verə bilər:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində çıxışı zamanı bir sıra strateji əhəmiyyətli məsələlərə toxunub. Bu məsələlər beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Onlardan biri də Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı məsələdir.

Cənab Prezident çıxışında qeyd edib ki, hələ 2022-ci ildə Xəzəryanı dövlət başçılarının sammitində o, Xəzərin ekoloji vəziyyətinin kəskin şəkildə pisləşməsi məsələsini gündəmə gətirmişdi. O zamandan keçən dövrdə vəziyyət daha da kritik hal alıb.

Prezident vurğulayıb ki, Xəzəryanı dövlətlər bu ümumi problemin qarşısını almaq üçün əməli addımlar atmalı və fəaliyyətlərini koordinasiya etməlidirlər. O, BMT tribunasından istifadə edərək çağırış edib ki, bu problemin – yəni Xəzər dənizinin dayazlaşması və ekoloji balansının pozulması ilə bağlı məsələlərin aradan qaldırılması üçün BMT və onun müvafiq strukturları ilə əməkdaşlıq faydalı olar.

Qeyd edim ki, dünyanın ən böyük universal beynəlxalq təşkilatı olan BMT bu kimi məsələlərin həllinə diqqət yetirir və 2025-ci il üçün büdcəsi 3.72 milyard ABŞ dolları olan təşkilat region ölkələri üçün ciddi problemə çevrilmiş Xəzərin ekoloji tarazlığının bərpasına mühüm töhfə verə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 26 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maduronun xanımı həbsxanada infarkt keçirdi

Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ həbsxanasında səhhətinin ciddi şəkildə pisləşdiyi bildirilir. Onun iyul ayında infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox arıqladığı açıqlanıb. xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliy

08.10.2026 190
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 159
.

Deputat: Azərbaycan-Türkmənistan əlaqələri bütün sahələrdə inkişaf edir

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqul

08.10.2026 181
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 174
.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca

08.10.2026 210
.

Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın xaricdə sabitliyi pozan fəaliyyətlərinə görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaların qüvvədə olma müddətini bir il - 2027-ci il oktyabrın 9-dək uzatmaq qərarına gəlib. "Report" xəbər verir ki, bu barədə "İnterfaks" Aİ Şurasının kommunikesin

08.10.2026 151
.

İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun

08.10.2026 175
.

Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar

"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını

08.10.2026 210
.

İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video

Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi

08.10.2026 185
.