"Səhər Cabirin zəngini gözləyəcəm"
"Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaşım, əziz qardaşım Cabir İmanov dünyasını dəyişib. Sanki bir yuxunun içindəyəm və onun tez bitməsini istəyirəm".
Bunları Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti və "Bakılı oğlanlar" KVN Teatrının keçmiş üzvü Murad Dadaşov yaxın dostu Cabir İmanovun vəfatı ilə bağlı "Qafqazinfo"ya açıqlamasında danışıb.
M.Dadaşov yaxın dostunun itkisini belə izah edib:
"Elə gün yox idi ki, bir-birimizin səsini eşitməyək. Gündəlik azı 20-25 dəqiqə danışırdıq. Ona deyirdim ki, "Cabir, bizi kənardan kimsə güdsə, deyər ki, bunlar dəlidir. Nə danışırlar?" Mahnıdan başlayıb, kinoda bitirirdik. O qədər çoxşaxəli bir tarix yaşamışıq ki. Cabir mənim ürəyimin bir parçası idi. Allahın belə dəhşətli günü mənə niyə yaşatdığını başa düşə bilmirəm".
Xalq artisti sənət yoldaşı olan Cabir İmanovla eyni vaxtda peşəkar fəaliyyətə başlamaqlarından bəhs edib:
"Bütün səhnəciklərdə, səfərlərdə, hər bir işdə bərabər idik. Televiziya təcrübəmiz də eyni gündə başlayıb. O zamanlar "AzTV2"də "Bir cənub şəhərində" adlı layihəyə bərabər başladıq. O gün bu gündür, ailələrimiz, həyat yoldaşlarımız çox yaxındır".
M.Dadaşov C.İmanovun övladlarına deməyə söz tapa bilmədiyini əlavə edib:
"Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım? Onlar adi bir ata yox, Cabir kimi ata itirdilər. Bu həyatda hər şey öz yolunu tapır, hər şey düzəlir, amma Cabirin itkisi mənim üçün çox böyük zərbədir. Çoxdandır bu cür pis durumda olmamışam.
O cümlə ki var, "Sözün bitdiyi an". Birtəhər səslənir, o qədər adiləşir amma, bu gecə də qutaracaq, sabah səhər başlayacaq mən Cabirin zəngini gözləyəcəm.
Bu gün onunla vidalaşanda inana bilmirdim ki, biz bir də heç vaxt görüşməyəcəyik. Heç vaxt onu qucaqlayıb, öpüb, bağrıma basıb ürək sözlərimi deyə bilməyəcəm. Onunla bərabər bu gün mən də öldüm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1359 Tarix: 30 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdır
Türkmənistan bizim qardaş ölkəmizdir, türk dövlətidir. Üstəlik, Oğuz türk dövlətidir. Yəni biz eyni dil ailəsindən gəlirik. Əlavə olaraq, bütün tarix boyu, tarixin ən qədim çağlarında belə, türkmənlərlə biz eyni olmuşuq. Azərbaycan dövləti Türkmənistanla münasibətlərə çox önəm verir. Türkmənistan neytra
08.10.2026 191 Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş
08.10.2026 452 Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
Xəbər verdiyimiz kimi, bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Orxan Ənvərlinin bıçaqlanması ilə bağlı məlumat yayılıb. TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, səhər saatlarında xəstəxanada Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürüc
08.10.2026 259 Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama
"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd
08.10.2026 159 Cəbrayılda 26 yaşlı çoban minaya düşdü
Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, 200-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmi
08.10.2026 207 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. "Qafqazinfo" -a istinadən xəbə
08.10.2026 255 Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto
Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini
08.10.2026 173 Fransada məktəbli etirazları böyüyür: Makron hökuməti təzyiq altında
Fransanın mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda ölkənin müxtəlif bölgələrinə yayılıb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Hadisələr
08.10.2026 212 Maduronun xanımı həbsxanada infarkt keçirdi
Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ həbsxanasında səhhətinin ciddi şəkildə pisləşdiyi bildirilir. Onun iyul ayında infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox arıqladığı açıqlanıb. xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliy
08.10.2026 190