Virtual münasibətlər: sürətli tanışlıq, sürətli evlilik və acı nəticələr
"Son dövrlərdə həyat tərzimiz getdikcə daha çox virtual formaya keçir. İnsanlar real mühitdən uzaqlaşaraq bütün fəaliyyətlərini, münasibətlərini və əlaqələrini rəqəmsal platformalarda qurmağa başlayıblar. Bu proses o qədər güclənib ki, artıq tanışlıqlar və hətta evliliklər də internet üzərindən baş tutur".
Bunu BiG.AZ-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.
O, qeyd edib ki, əslində, virtual tanışlığa normal yanaşmaq olar. Problem tanışlığın formasında deyil, məzmunundadır. İnsan birinin xarakterini, dünyagörüşünü və mənəvi keyfiyyətlərini tanımadan ailə qurmaq qərarı verirsə, bu, ciddi fəsadlarla nəticələnə bilər. Əvvəllər ailə qurmaq uzunmüddətli mərhələlərdən – tanışlıq, elçilik, nişan və toy mərhələsindən keçirdi. Bu prosesdə həm qız, həm də oğlan tərəfinin ailələri bir-birini yaxından tanıyırdı, nəticədə boşanma halları da az olurdu:
"Bu gün isə hər şey sürətlənib. İnsanlar internetdə cəmi bir neçə gün tanıdıqları şəxslə evlənməyə qərar verirlər. Nəticədə belə evliliklərin 70-80 faizi boşanma ilə sonlanır. Əslində, əsas məsələ tanışlığın harada baş verməsi deyil, münasibətin üzərində qurulduğu dəyərlərin möhkəmliyidir. Virtualda formalaşan əlaqələr real həyatda özünü doğrultmalıdır.
Təəssüf ki, gənclərimiz son illərdə milli-mənəvi dəyərlərimizdən uzaqlaşıb. "Azadlıq" adı altında məsuliyyətsiz davranır, evliliyi ciddi məsələ kimi deyil, sanki oyuncaq kimi qəbul edirlər. Nəticədə həm öz gələcəklərini, həm də uşaqların taleyini təhlükəyə atırlar. Bu isə uzunmüddətli perspektivdə xalqımızın genefonduna da zərər vurur.
Gənclər tərbiyə olunarkən onlara ailə məsələlərinin nə qədər ciddi və məsuliyyətli olduğu öyrədilməli, evlilik anlayışı milli-mənəvi dəyərlər əsasında möhkəmləndirilməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 833 Tarix: 02 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə
08.10.2026 0 Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar
Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd
08.10.2026 237 Türkmənistan səfəri: İlham Əliyevin Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji siyasəti
"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri sıradan diplomatik səfər çərçivəsinə sığmır. Bu səfər Azərbaycanın son illərdə ardıcıl şəkildə həyata keçirdiyi regional siyasətin növbəti mühüm mərhələsidir. Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-c
08.10.2026 212 Can Yaman dəyişdi
Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c
08.10.2026 108 Türkmənistanda mühüm sammit: İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiyada artan rolunu bir daha ortaya qoydu
İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşdə çıxış edib. Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərə
08.10.2026 122 Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind
08.10.2026 190 İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi
08.10.2026 220 Cəbrayılda 26 yaşlı çoban minaya düşdü
Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, 200-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmi
08.10.2026 185 Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdır
Türkmənistan bizim qardaş ölkəmizdir, türk dövlətidir. Üstəlik, Oğuz türk dövlətidir. Yəni biz eyni dil ailəsindən gəlirik. Əlavə olaraq, bütün tarix boyu, tarixin ən qədim çağlarında belə, türkmənlərlə biz eyni olmuşuq. Azərbaycan dövləti Türkmənistanla münasibətlərə çox önəm verir. Türkmənistan neytra
08.10.2026 172