Niyə təyyarələr düz xətt üzrə uçmur və Antarktidadan yan keçir?
Bir nöqtədən digərinə ən qısa yol düz xəttdir, lakin aviasiyada bu qayda hər zaman işləmir.
Qaynarinfo xəbər verir ki, təyyarələrin marşrutları həm Yer kürəsinin formasına, həm də uçuş təhlükəsizliyi qaydalarına uyğun olaraq müəyyən edilir.
Niyə təyyarələr düz xətt üzrə uçmur?
Diplomlu uçuş planlaşdırma dispetçeri Anastasya Troya bildirir ki, adi xəritədə marşrut düz xətt kimi görünə bilər, lakin Yer kürəsi kürə deyil, ellipsoid formadadır. Buna görə də reallıqda təyyarələr böyük dairələrin qövsü üzrə uçurlar. Bundan başqa, havada çoxlu sayda təyyarə olduğundan onların toqquşmaması üçün fərqli və optimal marşrutlar müəyyən edilir.
Niyə təyyarələr Sakit okean üzərindən uçur, amma Antarktida üzərindən yox?
Ekspertin sözlərinə görə, Sakit okean üzərindən uçuşlar əslində mövcuddur - məsələn, Yaponiya və ya Avstraliyadan ABŞ-a və Kanadaya reyslər həyata keçirilir. Bu istiqamətdə uçmaq şərq marşrutu ilə daha sürətli olur və belə uçuşlar 10–15 saat davam edə bilər.
Amma Antarktida üzərindən kommersiya uçuşları baş tutmur. Buna səbəb təhlükəsizlik amilləridir. Qitədə təcili eniş üçün uyğun hava limanı yoxdur, havanın temperaturu isə -60 dərəcəyə qədər enə bilər. Belə şəraitdə eniş mümkün olsa belə, sərnişinlərin xilasedicilər gələnədək sağ qalması böyük risk altındadır.
Bundan əlavə, Antarktida üzərində güclü maqnit anomaliyaları müşahidə olunur ki, bu da GPS sistemlərinin və radiodalğaların işinə ciddi mane olur. Belə vəziyyətdə təyyarənin dəqiq mövqeyi təyin edilə bilməz və xilasetmə xidmətləri ilə əlaqə qurmaq çətinləşir.
Şimal qütbü isə fərqli vəziyyətdədir. Troyanın sözlərinə görə, orada rabitə daha sabitdir və GPS sistemi yaxşı işləyir. Bundan başqa, qəza halında təyyarələr Kanadada, Norveçdə və ya Qrenlandiyada təcili eniş edə bilirlər.
Beləliklə, təyyarələrin marşrutları Yer kürəsinin forması, hava şəraiti, naviqasiya imkanları və təhlükəsizlik qaydaları nəzərə alınaraq hazırlanır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 938 Tarix: 02 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin Türkmənistan səfərindən - Görüntülər - Video
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:
08.10.2026 90 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
08.10.2026 432 Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind
08.10.2026 190 Zaur Kamaldan efirə qayıtması haqda suala cavab
Aparıcı Zaur Kamal yeni televiziya layihəsi üzərində çalışdığını açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə canlı yayım zamanı hazırda fəaliyyəti və görünüşü ilə bağlı sualları cavablandırıb. "Radioda və ARB TV-də işləyirəm. İşə gedib gəlirəm, maaşımı alıram. Yeni layihələr üzərind
08.10.2026 260 Türkmənistan səfəri: İlham Əliyevin Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji siyasəti
"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri sıradan diplomatik səfər çərçivəsinə sığmır. Bu səfər Azərbaycanın son illərdə ardıcıl şəkildə həyata keçirdiyi regional siyasətin növbəti mühüm mərhələsidir. Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-c
08.10.2026 212 Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə
08.10.2026 0 Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdır
Türkmənistan bizim qardaş ölkəmizdir, türk dövlətidir. Üstəlik, Oğuz türk dövlətidir. Yəni biz eyni dil ailəsindən gəlirik. Əlavə olaraq, bütün tarix boyu, tarixin ən qədim çağlarında belə, türkmənlərlə biz eyni olmuşuq. Azərbaycan dövləti Türkmənistanla münasibətlərə çox önəm verir. Türkmənistan neytra
08.10.2026 172 Maduronun xanımı həbsxanada infarkt keçirdi
Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ həbsxanasında səhhətinin ciddi şəkildə pisləşdiyi bildirilir. Onun iyul ayında infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox arıqladığı açıqlanıb. xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliy
08.10.2026 127 Uşağın özünə inamını artıran 5 ifadə
Öz sərhədlərini qorumağı, kömək istəməyi və problemləri barədə danışmağı bacarmaq uşağın özünə daha çox güvənməsinə və çətin vəziyyətlərdən daha asan çıxmasına kömək edir. bu 5 ifadəni təqdim edir:. Valideynlər uşaqlara çoxsaylı vacib bacarıqlar öyrədirlər: oxumağı və yazmağı, oyuncaqları yığışdırmağı
08.10.2026 157