"Əzizbəy" MTK ("ETALON") sakinlərdən çıxarış üçün arayışı 1000-1500 manata verir?
Xətai rayonu, Əhmədli qəsəbəsi, Lütfizadə küçəsində yerləşən ("ETALON")"Əzizbəy" MTK-nın inşa etdiyi binalarda yaşayan sakinlər ciddi problemlə üzləşiblər. Onlar bildiriblər ki, MTK onlara mənzil borcunun olmadığını təsdiq edən maliyyə arayışını yalnız əlavə ödəniş müqabilində verir.
Sakinlərin sözlərinə görə, bina 2010-cu ildə tikilib, çıxarışların verilməsinə isə yalnız 2024-cü ildən başlanılıb:
"Çıxarışı rahatlıqla ASAN Xidmət vasitəsilə ala bilərik. Lakin bunun üçün mənzilimizin MTK-ya borcu olmadığını təsdiqləyən maliyyə arayışı təqdim etməliyik. Bu arayışı isə MTK bizə pulla satır. Qiymət 1000-1500 manat arasında dəyişir. Arayışda sadəcə qeyd olunur ki, mənzil sahibinin MTK-ya borcu yoxdur. Bunun üçün niyə əlavə pul ödəməliyik?".
Şikayətçilər əlavə ediblər ki, arayış almaq prosesi olduqca çətinləşdirilir:
"Bizdən pul almaq üçün süründürürlər. Halbuki bu, çox sadə işdir. Halal pulumuzu verib evimizi almışıq. Biz öz evimiz üçün niyə əlavə ödəniş etməliyik?".
Sakinlərin qaldırdığı başqa bir məsələ isə MTK-ların fəaliyyəti ilə bağlıdır. Onların sözlərinə görə, qanuna əsasən, əgər binadakı mənzillərin 50 faizdən çoxu satılıbsa, MTK öz fəaliyyətini dayandırmalı, onun yerinə sakinlərin və bələdiyyələrin iştirakı ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmalıdır. Bu isə idarəetmənin sakinlərə verilməsi üçündür.
"Amma bu, həyata keçirilmir. Çünki MTK-lar çıxarışdan əlavə gəlir əldə edirlər və buna görə də idarəetməni sakinlərə təhvil vermirlər", – deyə şikayətçilər bildirirlər.
2025-ci ildə mənzil və torpaq bazarında qiymət artımı: Ekspertdən alıcı və satıcılara tövsiyələr
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Musavat.com-a açıqlamasında bildirib ki, MTK-ların sakinlərdən əlavə ödəniş tələb etməsi qanunsuzdur:
"Əgər vətəndaş mənzilin ödənişini tam edib, borcunu bağlayıbsa, MTK birmənalı şəkildə ona maliyyə arayışını verməlidir. Əgər əlavə pul tələb olunursa, sakinlər hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. MTK-lar bəzən bunu kommunal borclarla əsaslandırırlar, amma müqavilə üzrə bütün ödənişlər tamamlanıbsa, arayış üçün əlavə pul tələb etmək mümkün deyil".
Ekspert həmçinin qeyd edib ki, mənzillərin 50 faizdən çoxu satıldıqdan sonra MTK-lar öz səlahiyyətlərini MMMC-lərə ötürməlidir:
"Bu prosesə bələdiyyələr nəzarət etməlidir, amma təəssüf ki, əksər hallarda bu, həyata keçirilmir. Buna baxmayaraq, sakinlər özləri birləşərək MMMC yarada bilərlər. Bunun üçün Ədliyyə Nazirliyinə müraciət etmək kifayətdir. Beləliklə, idarəetməni ya özləri həyata keçirə, ya da peşəkar idarəetmə şirkətlərinə həvalə edə bilərlər".Musavat.com
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 694 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Bu gün yazıçı-publisist Aydın Tağıyevin "Qələbənin Memarı: cənab Ali Baş Komandan - 100 illik imza! Bənzərsiz tarix" adlı kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydə
11.07.2026 217 Gürcüstanda qohumunu öldürməkdə təqsirli bilinən azərbaycanlı saxlanılıb
Tbilisidə Azərbaycan vətəndaşının qəsdən öldürülməsində şübhəli bilinən şəxs Gürcüstanın Batumi Beynəlxalq Hava Limanında saxlanlıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, əməliyyat Tbilisi Polis Departament
10:30 152 Məktəbli formalarının qiyməti bahalaşacaq? - Açıqlama
Yeni tədris ilinin başlamasına hələ iki aydan artıq vaxt qalsa da, valideynləri düşündürən əsas məsələlərdən biri məktəbli formalarının qiymətləridir. Bu il məktəbli formaların qiyməti bahalaşacaq? . xəbər verir ki, məsələ ilə bağlı satıcı Günel Salmanovanın sözlərinə görə, hazırda qiymətlər ötən ill
00:13 238 Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
Mingəçevir su anbarında daha bir bədbəxt hadisə baş verib. -ın məlumatına görə, 24 yaşlı Rəşad Çərkəzli Mingəçevir su anbarında yerləşən çimərlikdə boğularaq ölüb. Xatırladaq ki, üç gün əvvəl də Mingəçevir su anbarında bədbəxt hadisə baş vermişdi. Goranboy rayon sakini, 24 yaşlı Şəhriyar Mustafayev s
11.07.2026 233 Burkina-Faso rəsmisi: "BTQ ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik"
"Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında imzalanan memorandum iki qurum arasında uzunmüddətli əməkdaşlığın başlanğıcı olacaq". xəbər verir ki, bunu Burkina-Fasonun Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunu
11.07.2026 193 ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb
İyulun 8-i və 9-da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər həyatını itirib, daha 115 nəfər isə xəsarət alıb. xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb. "İyulu
11:15 156 Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi
Fransanın paytaxtı Parisdə anomal istilər səbəbindən Eyfel qülləsinin həftəsonu iş saatları əhəmiyyətli dərəcədə azaldılacaq. xəbər verir ki, bu barədə abidənin mətbuat xidməti məlumat yayıb. "Proqnozlaşdırılan yüksək temperaturla əlaqədar Eyfel qülləsi iş rejimini dəyişir. İyulun 11-i şənbə v
12:20 153 Hörmüz boğazından gəmilərin keçidi minimuma enib
ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. "Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb. Məlumata görə, cəmi bi
11:30 158 Zelenski: Rusiyanın hücumları nəticəsində Kiyevdə 11 nəfər xəsarət alıb
Kiyevdə Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında hücumları zamanı 11 nəfər, o cümlədən bir uşaq xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Mülki infrastruktur hava həyəcanı ela
11.07.2026 196