"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu
İnnovasiya lideri "Bakcell" Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən "İnnovasiyalar və süni intellekt" adlı konfransın əsas tərəfdaşı olub.
Konfransda dövlət qurumları, beynəlxalq təşkilatları, yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi Azərbaycanda müxtəlif sənaye sahələrində süni intellekt və innovasiyaların tətbiqlərini müzakirə etmək, dövlət və özəl qurumlar arasında əməkdaşlığı inkişaf etdirmək olub.
"Azərbaycanın süni intellekt hekayəsi – innovasiyaya rəhbərlik edən yerli təşəbbüskarlar" adlı panel müzakirəsində "Bakcell"in baş icraçı direktoru Klaus Müller çıxış edib. O, şirkətin Azərbaycanda telekommunikasiya sahəsində innovasiya və süni intellekt üzrə həyata keçirdiyi yerli və beynəlxalq layihələrdən, eləcə də, "Bakcell"in məhsul və xidmətlərində ən son texnoloji həllərin tətbiq imkanlarından danışıb.
Bundan əlavə, Klaus Müller "İnnovasiya və süni intellektin Azərbaycanın rəqəmsal inkişafına təsiri" adlı dialoq formatında interaktiv fikir mübadiləsində iştirak edib.
"İnnovasiya və süni intellekt "Bakcell"in strateji inkişafının əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən sahələrarası əməkdaşlıq fəaliyyəti və davamlı təşəbbüslər milli innovasiya və texnologiya ekosisteminin gücləndirilməsi üçün vacibdir",- deyə o vurğulayıb.
"Bakcell" innovasiyalar və süni intellektin tətbiqini strateji prioritet hesab edir və bu sahədə atdığı addımlarla Azərbaycanın innovasiya ekosisteminin dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 650 Tarix: 03 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKimlər hərbi xidmətə yararsız sayılır? - RƏSMİ AÇIQLAMA
Hər il hərbi xidmətə çağırış prosesi başladıqda cəmiyyətdə eyni suallar yenidən gündəmə gəlir. Vətəndaşların bir qismi hərbi xidmətə cəlb olunsa da, müəyyən kateqoriyaya aid şəxslər sağlamlıq vəziyyəti, fiziki göstəriciləri və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslara görə hərbi xidmətə yararsı
00:17 299 Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək
Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sərnişinlərə hava şəraitini və uçuşlarının statusunu diqqətlə izləmələri tövsiyə olunub
14:50 116 Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
Mingəçevir su anbarında daha bir bədbəxt hadisə baş verib. -ın məlumatına görə, 24 yaşlı Rəşad Çərkəzli Mingəçevir su anbarında yerləşən çimərlikdə boğularaq ölüb. Xatırladaq ki, üç gün əvvəl də Mingəçevir su anbarında bədbəxt hadisə baş vermişdi. Goranboy rayon sakini, 24 yaşlı Şəhriyar Mustafayev s
11.07.2026 233 Bu kartla nəqliyyat ödənişinin 10%-İ GERİ QAYTARILACAQ
TəhsilPlus kartı çərçivəsində təhsil işçiləri üçün nəqliyyat sahəsində təqdim olunan üstünlüklərin əhatə dairəsi genişlənir. Bu barədə "Bakupost"a Təhsilin İnkişafı Fondundan məlumat verilib. Bildirilib ki, iyulun 1-dən sentyabrın 30-u tarixləri ərzində Gəncə şəhərində ictimai nəqliyyat üzr
00:21 342 Sabah çimərliklərdə hava küləkli olacaq
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 12-də şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25
11.07.2026 184 Həftənin ilk iş gününün havası AÇIQLANDI
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubə
16:59 0 Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı məktubu ünvanlayıb. "Report" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. Atanız - görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərin
13:56 146 Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi
Fransanın paytaxtı Parisdə anomal istilər səbəbindən Eyfel qülləsinin həftəsonu iş saatları əhəmiyyətli dərəcədə azaldılacaq. xəbər verir ki, bu barədə abidənin mətbuat xidməti məlumat yayıb. "Proqnozlaşdırılan yüksək temperaturla əlaqədar Eyfel qülləsi iş rejimini dəyişir. İyulun 11-i şənbə v
12:20 153 Prezidentin sosial şəbəkə hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub - VİDEO
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub. BİG.AZ xəbər verir ki, paylaşımda qeyd olunur:. "Sizə cansağlığı arzulayıram ki, xoşbəxt yaşayasınız. Dərd-bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiniz
11.07.2026 227