Qadınlar arasında siqaret: "Müasirlik" adı ilə mənəvi çöküş

Qadınlar arasında siqaret: "Müasirlik" adı ilə mənəvi çöküş"Son dövrlərdə Azərbaycanda qadınlar arasında siqaret çəkmə halları kəskin şəkildə artıb. Bu vəziyyətin əsas səbəbi mənəvi deqradasiya və saxta "müasirlik" anlayışı altında aparılan təbliğatdır. Halbuki, dünyada siqaretdən daha zərərli vasitə yoxdur. Onu nə kişilərin, nə də qadınların çəkməsi məqsədəuyğundur".

Bunu BiG.AZ-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.

O, qeyd edib ki, xüsusilə qadınlar üçün siqaret çəkmək ən qəbuledilməz hallardan biridir. Bu, gələcəyin anası olacaq qızların öz sağlamlığını və həyatını indidən məhv etməsi deməkdir. Siqaret çəkməyi dəstəkləyənlərin arxasında heç bir rasional arqument yoxdur — bu, sırf psixoloji asılılıqdır. Normal psixologiyaya malik qadın siqareti vərdişə çevirməz:

"Elmi araşdırmalar göstərir ki, siqaret çəkən qadınların dünyaya gətirdiyi uşaqlar çox zaman sağlam olmur. Bu isə həm bioloji, həm də sosial fəlakətlərin başlanğıcıdır.
Qadınlar arasında siqaret: "Müasirlik" adı ilə mənəvi çöküşQadın azadlığı adı altında yayılan yanlış davranış nümunələri sosial şəbəkələrdə də öz əksini tapır. Siqaret, "azadlıq" və "müasirlik" kimi təqdim edilir. Halbuki, bu hal mənəvi çöküşdür və gələcək nəsillərin sağlamlığına birbaşa zərbə vurur.

Ailələrdə qız uşaqlarının düzgün tərbiyəsi bu istiqamətdə ən vacib məsələdir. Qızların siqaret çəkməsinə qarşı ictimai qınaq və maarifləndirmə işi gücləndirilməlidir. Bu problemi inzibati yolla tam aradan qaldırmaq mümkün deyil — əsas vasitə maarifləndirmə və savadlanmadır.

Xüsusilə son illərdə yeniyetmələr arasında elektron siqaretlər də təhlükəli dəb halını alıb. Artıq məktəblilərin çantasında belə bu cihazlara rast gəlmək olur. Elektron siqaretlər tərkibindəki kimyəvi maddələr səbəbindən klassik siqaretdən də təhlükəlidir və daha güclü asılılıq yaradır.

Qızlar və qadınlar üçün siqaret istifadəsi birmənalı şəkildə qəbuledilməzdir. Cəmiyyətin sağlam gələcəyi üçün siqaretə qarşı qoyulan qadağalar və cərimələr daha da sərtləşdirilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 09 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır"

"Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib:. "Biz bütün dünyaya göstərdi

11.07.2026 184
.

Azərbaycan Prezidenti: "Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"

"Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlha

11.07.2026 164
.

NASA Ay və Mars üçün 4 könüllü axtarır

ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars ekspedisiyalarına hazırlıq məqsədilə yeni simulyasiya layihəsinə iştirakçı qəbulu elan edib. xəbər verir ki, məlumata görə, bir il davam edəcək proqram 2027-ci ilin avqust ayında Hyustondakı Conson Kosmik Mərkəzində start götürəcək

11.07.2026 186
.

Trampa qarşı sui-qəsd cəhdi olsa, İrana "minlərlə raket zərbəsi" endirilə bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran tərəfindən ona qarşı sui-qəsd cəhdi olsa, ABŞ İrana "minlərlə raket zərbəsi" endirəcək. "Report" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb. "Min raket istifadəyə hazırdır v

11:45 41
.

Bu gün paytaxtın 544 küçəsi yuyuldu - FOTO

İyulun 11-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməcilikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhə

11.07.2026 200
.

Məktəbli formalarının qiyməti bahalaşacaq? - Açıqlama

Yeni tədris ilinin başlamasına hələ iki aydan artıq vaxt qalsa da, valideynləri düşündürən əsas məsələlərdən biri məktəbli formalarının qiymətləridir. Bu il məktəbli formaların qiyməti bahalaşacaq? . xəbər verir ki, məsələ ilə bağlı satıcı Günel Salmanovanın sözlərinə görə, hazırda qiymətlər ötən ill

00:13 213
.

Kimlər hərbi xidmətə yararsız sayılır? - RƏSMİ AÇIQLAMA

Hər il hərbi xidmətə çağırış prosesi başladıqda cəmiyyətdə eyni suallar yenidən gündəmə gəlir. Vətəndaşların bir qismi hərbi xidmətə cəlb olunsa da, müəyyən kateqoriyaya aid şəxslər sağlamlıq vəziyyəti, fiziki göstəriciləri və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslara görə hərbi xidmətə yararsı

00:17 261
.

Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? - VACİB MƏLUMAT

Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələri yenidən gündəmə gətirən statistika açıqlanıb. Rəsmi məlumatlara əsasən, son beş ildə 65 yaşına çatmadan vəfat edən kişilərin sayı 88 min 100 nəfər olub. Bu, həmin dövrdə vəfat edən kişilərin 48,5 faizini təşkil edir. Bəs pensiya yaşına çatmadan vəfa

11.07.2026 198
.

Müctəba Xamenei atasının ölümünə görə qisas alınacağına söz verdi

İranın dini lideri Müctəba Xamenei Tehranın ABŞ-İsrail zərbələrinin qurbanı olan Əli Xameneinin və digər iranlıların ölümünə görə qisas alacağına söz verib. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Müctəba Xamenei atası, keçmiş dini liderin dəfn mərasimi münasibətilə yazılı müraciətində bildirib

11.07.2026 174
.

TOP MP3