Nazirlik Xalq artistinin ölümü ilə bağlı məlumat yaydı
Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı oktyabrın 9-da, ömrünün 89-cu ilində vəfat edib.
BiG.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, məktəbli yaşlarından səhnə sənətinə böyük maraq göstərib. 1958–1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1974-cü ilədək Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. "Anacan" (Y.Əzimzadə), "Son məktub" (R.İsmayılov), "Söz yarası" (Q.Rəsulov), "Ana tarla" (Ç.Aytmatov), "Şeytanın şagirdi" (B.Şou) və s. tamaşalarda maraqlı obrazlar yaradıb.
1974-cü ildə "Azərbaycanfilm" kinostudiyasında işə başlayan Əminə Yusifqızı "Şərikli çörək", "Sən niyə susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, eləcə də televiziya tamaşalarında çəkilib. Çoxsaylı filmlərin dublyajında uğurla iştirak edib, kino qəhrəmanlarını öz məlahətli səsi ilə tamaşaçılara sevdirib.
Əminə Yusifqızı klassik və çağdaş Azərbaycan poeziyasının yorulmaz təbliğatçısı kimi də sənət tariximizdə silinməz iz qoyub. Uzun illər çalışdığı Azərbaycan Dövlət Televiziya və Radiosunun efirində görkəmli şairlərimizin yaradıcılıq nümunələri onun qiraətində tamaşaçı və dinləyicilərin qəlbinə yol tapıb.
Mədəniyyətimizin inkişafında xidmətləri yüksək qiymətləndirilən aktrisa 1982-ci ildə "Əməkdar artist", 1998-ci ildə "Xalq artisti" fəxri adlarına, 2016-cı ildə isə "Şöhrət" ordeninə layiq görülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1170 Tarix: 09 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda uşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər: ev, təhsil, iş…
Dünyanın müxtəlif ölkələrində uşağın doğulması ilə bağlı ailələrə yalnız birdəfəlik ödəniş deyil, uzunmüddətli maliyyə dəstəyi də göstərilir. Bu vəsait uşağın böyüdülməsi, təhsili, mənzil təminatı və gələcəyi ilə bağlı xərclərin qarşılanmasına yönəldilir. Belə mexanizmlər ailələrin üzərinə düşən maliyy
11:24 231 Türkmənistan səfəri: İlham Əliyevin Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji siyasəti
"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri sıradan diplomatik səfər çərçivəsinə sığmır. Bu səfər Azərbaycanın son illərdə ardıcıl şəkildə həyata keçirdiyi regional siyasətin növbəti mühüm mərhələsidir. Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-c
14:51 192 Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq
Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca
16:49 140 Əzbərləmək, yoxsa anlamaq: Təhsildə əsas məqsəd nədir?
"İmtahan zamanı şagirdin qarşısına suallar qoyulur və ondan müəyyən vaxt ərzində cavab verməsi gözlənilir. Bu, biliyi yoxlamağın əsas üsullarından biridir. Lakin imtahan nəticəsi ilə uşağın mövzunu həqiqətən nə dərəcədə başa düşməsi hər zaman eyni olmur". Bunu BİG.AZ-a açıqlamasında təhsi
11:09 179 Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək
Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini
16:52 149 Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind
16:57 138 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
13:01 321 Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər
Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı
19:15 32 Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto
Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini
14:23 157