Düşənbədə diplomatik dönüş: Əliyev–Putin görüşü gərginliyi yumşaltdı

Düşənbədə diplomatik dönüş: Əliyev–Putin görüşü gərginliyi yumşaltdı"Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında uzun müddətdir gözlənilən təkbətək görüş bu gün baş tutdu.

Görüş təkcə iki lider arasında münasibətlərin temperaturunu ölçmək baxımından deyil, həm də Rusiya–Azərbaycan əlaqələrinin gələcək trayektoriyasını müəyyənləşdirmək üçün mühüm əhəmiyyət daşıyırdı. Əsas diqqət isə, təbii ki, AZAL təyyarəsinin qəzaya uğraması fonunda yaranan gərginliyin danışıqlara necə təsir edəcəyinə yönəlmişdi.

Görüş zamanı Vladimir Putinin açıqlamaları xüsusi diqqət çəkdi. Kreml rəhbəri AZAL-ın təyyarəsinin qəzaya uğramasını Ukraynaya məxsus pilotsuz uçan aparatların fəaliyyəti ilə əlaqələndirib. O bildirib ki, faciə günü Moskva Rusiya sərhədini keçən üç Ukrayna PUA-sını aşkarlayıb və Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket təyyarəyə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, Putin görüşdə AZAL təyyarəsi qəzasında həlak olanların ailələrinə başsağlığı verib və hadisə ilə bağlı bütün cavabdeh şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini, zərərçəkənlərə təzminat ödəniləcəyini bildirib.
Düşənbədə diplomatik dönüş: Əliyev–Putin görüşü gərginliyi yumşaltdıƏslində, bu açıqlama Azərbaycan tərəfinin hadisənin ilk günlərindən tələb etdiyi əsas məqamlarla üst-üstə düşür. Bakı qəzanın dərhal ardından şəffaf araşdırma, hüquqi qiymət və təzminat məsələsini açıq şəkildə gündəmə gətirmişdi. Rusiya isə əvvəlcə məsələni texniki müstəviyə salmağa çalışırdı. Lakin Azərbaycanın ardıcıl, soyuqqanlı və prinsipial mövqeyi Moskvanı geri addım atmağa məcbur etdi:

"Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyət bu məsələdə həlledici rol oynadı. O, hadisəyə emosional yox, dövlət məsuliyyəti və beynəlxalq hüquq baxımından yanaşdı. Bakı nə faciəni siyasi təzyiq vasitəsinə çevirdi, nə də regional gərginliklərin bir hissəsinə. Azərbaycanın mövqeyi başından bəri aydın idi: bu, sadəcə texniki qəza deyil, real məsuliyyət doğuran hadisədir.

Putinin Düşənbədə səsləndirdiyi "kompensasiya ödəniləcək və günahkarlar cəzalandırılacaq" bəyanatı da məhz bu prinsipial xəttin nəticəsidir. Rusiya faktiki olaraq Bakının irəli sürdüyü əsas arqumentləri qəbul etmiş oldu. Əgər Azərbaycan emosional və qeyri-sabit mövqe nümayiş etdirsəydi, Moskva hadisəni "texniki səhv" kimi bağlamağa çalışacaqdı. Amma ölkə başçısının səbirli, lakin sərt diplomatik tərzi bu planın qarşısını aldı.

Prezident İlham Əliyevin Putinlə görüşdəki davranışı da diplomatik soyuqqanlılığın nümunəsi idi. Dövlət başçısı rusiyalı həmkarına hadisəni şəxsən nəzarətdə saxladığı üçün təşəkkür edib:

"Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, hər şey obyektiv araşdırılacaq. Ona görə də bu məsələyə aydınlıq gətirməyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim."

Düşənbə görüşü Bakı–Moskva münasibətlərində tonun yumşalması istiqamətində ilk real addım kimi qiymətləndirilə bilər. Hadisə ətrafında formalaşan emosional gərginlik rasional çərçivəyə keçib və dialoq kanalları bərpa olunmağa başlayıb.

Azərbaycan üçün əsas məsələ yalnız hüquqi qiymət və təzminat deyil, eyni zamanda qarşılıqlı etimadın bərpasıdır. Yaxın dövrdə tərəflər arasında "kontrollu normallaşma" prosesi müşahidə ediləcək. Yəni Bakı əməkdaşlıq kanallarını açıq saxlayacaq, lakin ehtiyatlı və ölçülü siyasət yürütməyə davam edəcək.

Nəticə etibarilə, Azərbaycan–Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə Bakı hər addımı strateji düşünəcək və etimadını yalnız öz gücünə söykənərək formalaşdıracaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 997   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.