Niyə psixopatlar heyvanları sevmir?

Niyə psixopatlar heyvanları sevmir?Hollivud filmlərində tez-tez psixopatların heyvanlara qarşı zorakılıq etdiyini görürük. Məlum olub ki, bu təsvirlər təsadüfi deyil onların elmi əsası var. Serbiyalı tədqiqatçılar müəyyən ediblər ki, psixopatiyaya meyilli insanlar heyvanları insanlar qədər dəyərli hesab etmirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, impulsivlik və ya yalan danışmağa meyllilik kimi psixopatik xüsusiyyətlərə sahib insanlar çox vaxt heyvanları alçaldır, təhqir edir və onlara qarşı qəddar davranırlar. Tədqiqat həmçinin göstərib ki, heyvanlardan nifrət edən insanlar çox vaxt sadist olurlar, yəni başqalarına əzab verməkdən zövq alırlar. Mütəxəssislər təsdiqləyir: pis niyyətli insanlar heyvanları sevmirlər.

"Heyvanlara qarşı zorakılıq çox vaxt ailə zorakılığı və hətta qətllərlə əlaqələndirilir. Buna görə də heyvanlara qarşı hər hansı aqressiya halları uşaqlarda və böyüklərdə antisosial meyllərin klinik qiymətləndirilməsi üçün mühüm göstərici ola bilər".

"Qaranlıq Triada" və psixoloji əlaqə

Alimlər insanın heyvanlara münasibəti ilə psixologiyada "Qaranlıq Triada" adlanan fenomen arasında əlaqəni öyrəniblər.

"Qaranlıq Triada" üç əsas xüsusiyyətin birləşməsidir

Makyavellizm manipulyasiya, başqalarından sui-istifadə, mənəvi dəyərlərin inkarı, eqoizm və yalançılıq;

Narsissizm özünəpərəstlik, lovğalıq, eqoizm və empatiya çatışmazlığı; Psixopatiya davamlı antisosial davranış, impulsivlik, soyuqqanlılıq və mərhəmətsizlik. Bəzi tədqiqatçılar bu triadaya dördüncü xüsusiyyət kimi sadizmi də əlavə edirlər yəni insanın başqalarına əzab verməkdən və ya onları alçaltmaqdan zövq alması.

Tədqiqatın gedişi və nəticələri

İlk mərhələdə 369 nəfər iştirakçı "Qaranlıq Triada" xüsusiyyətlərini və heyvanlara münasibətini ölçən sorğular cavablandırıb (buraya qida vərdişləri də daxil idi).
Nəticələr göstərib ki, psixopatiya və sadizmin yüksək səviyyəsi "növçülük" (speciesism) adlanan düşüncə tərzi ilə birbaşa əlaqəlidir. Növçülük insanların özlərini digər canlılardan mənəvi baxımdan üstün hesab etməsi inancıdır.

Bu düşüncə tərzi heyvanların hiss və əzab çəkmə qabiliyyətini inkar edir və onların istismarını (məsələn, qida, geyim və ya elmi məqsədlərlə) haqlı göstərir. Həmçinin məlum olub ki, psixopatik və sadist xüsusiyyətlərə malik insanlar heyvanlara kömək etməyə daha az meyllidirlər. Narsissizm bu məsələyə ciddi təsir göstərməsə də, makyavellizm azacıq dərəcədə ət istehlakı ilə əlaqəlidir.

Cəmiyyət və empatiya faktoru

Tədqiqatın müəlliflərindən biri, Marija Brankoviç, bildirib:

"Biz müəyyən etdik ki, ‘Qaranlıq Triada’ xüsusiyyətləri xüsusilə psixopatiya və sadizm heyvan istismarını dəstəkləyən ‘növçülük’lə sıx bağlıdır. Lakin bu münasibətə təsir edən əsas amil ümumi sosial dəyərlərdir".

İkinci mərhələdə, 234 iştirakçı arasında aparılan əlavə tədqiqat da göstərib ki, psixopatik xüsusiyyətləri yüksək olan insanlar sosial iyerarxiyalara inanmağa meyllidirlər. Bu, onların özlərini heyvanlardan üstün hesab etdiyini göstərir. Əksinə, empatiya yəni başqalarını anlama və kömək etmək istəyi növçülük səviyyəsini azaldır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrliyi yeni imkanlar yaradacaq

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə rəsmi elan edilib. Beləliklə, 2027-ci ildə Azərbayca

16:49 114
.

Si Cinpinin istirahəti üçün sammitin proqramı dəyişdirilib

Çin rəsmiləri ABŞ-dakı həmkarlarından Çin Prezidenti Si Cinpinin ABŞ-a səfəri zamanı istirahəti üçün xüsusi şərait yaradılmasını istəyiblər. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Si Cinpinin qeyri-adi uzun istirahə

10:37 156
.

İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Türkmənistanın baş nazirini

10:10 167
.

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi

Xəbər verdiyimiz kimi, bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Orxan Ənvərlinin bıçaqlanması ilə bağlı məlumat yayılıb. TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, səhər saatlarında xəstəxanada Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürüc

14:17 204
.

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək

Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini

16:52 115
.

Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

13:01 302
.

Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar

Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd

18:30 1
.

Amerikalı xokkeyçi: "Bütün gün bundan başqa heç nə yeyə bilməzdim"

Rusiyanın Nijni Novqorod şəhərinin "Torpedo" komandasında çıxış edən amerikalı xokkeyçi Mayk Vekkione Rusiya və ABŞ mətbəxlərini müqayisə edib. xəbər verir ki, onun sözlərini "Çempionat" qəzeti sitat gətirib. Hücumçu agentinin bir dəfə onu rus mətbəxinin kulinariya turuna apardığın

10:45 166
.

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdır

Türkmənistan bizim qardaş ölkəmizdir, türk dövlətidir. Üstəlik, Oğuz türk dövlətidir. Yəni biz eyni dil ailəsindən gəlirik. Əlavə olaraq, bütün tarix boyu, tarixin ən qədim çağlarında belə, türkmənlərlə biz eyni olmuşuq. Azərbaycan dövləti Türkmənistanla münasibətlərə çox önəm verir. Türkmənistan neytra

16:55 118
.