Dünyanın ən zəngin ailəsi- 470 milyarddollarlıq sərvət

Dünyanın ən zəngin ailəsi- 470 milyarddollarlıq sərvətDünyanın ən zəngin ailəsi olan Voltonlar 470 milyard dollarlıq sərvətə və dünyanın ən nüfuzlu idman komandalarına sahibdirlər.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

İlon Mask dünyanın ən zəngin insanı sayılsa da, onun övladları hələlik futbol klublarını idarə etmir. Lakin nəsillər boyu toplanan sərvətə baxdıqda, Walmart imperiyasının varisləri olan Volton sülaləsi bu sahədə mütləq liderdir. Xüsusilə onların idman maqnatı Stenli Krenke ailəsi ilə qohumluq əlaqəsi bu gücü daha da artırır.

Volton ailəsinin 449,8 milyard dollarlıq sərvəti və Krenkenin 21,3 milyard dollarlıq var-dövləti birləşəndə ortaya təxminən 470,1 milyard dollarlıq bir ittifaq çıxır. Bu, dünyanın əksər ölkələrinin ÜDM-dən daha çoxdur.

Walmart imperiyasının başlanğıcı

1962-ci ildə qardaşlar Sem və Bad Volton ABŞ-ın Arkanzas ştatında ilk Walmart mağazasını açaraq, alıcılara ən aşağı qiymətlərlə alış-veriş imkanı yaratmağı hədəflədilər. Bu gün Walmart 10 mindən çox mağazası ilə qlobal pərakəndə ticarət nəhənginə çevrilib.

Ailənin təvazökar, amma təsirli varlılığı

İnanılmaz sərvətlərinə baxmayaraq, Voltonlar çox təvazökardırlar. Onlar bəziləri kimi sərvətlərini nümayiş etdirmir, amma atdıqları addımlar onların gücünü göstərir. 2022-ci ildə ailə "Denver Broncos" komandasını rekord səviyyədə, 4,7 milyard dollara satın aldı. Hazırda Sem Voltonun nəvəsi Qreq Penner klubun baş direktoru kimi fəaliyyət göstərir.

İdman imperiyasının genişlənməsi

Stenli Krenke Volton ailəsinin üzvü Enn Voltonla evlidir və bu ailə ittifaqı onu dünyanın ən güclü idman biznesçilərindən birinə çevirib. Krenkeye məxsus idman komandaları arasında:
İngiltərə Premyer Liqasının "Arsenal" klubu, NFL liqasından "Los Angeles Rams", NBA-nın "Denver Nuggets", NHL-in "Colorado Avalanche", və lakros üzrə "Colorado Mammoth" komandaları var.

Ailənin sərvət bölgüsü (Forbes məlumatına əsasən)

Rob Volton və ailəsi – 123,8 mlrd, Cim Volton və ailəsi – 121,2 mlrd, Elis Volton – 112,5 mlrd Lukas Volton – 41,8 mlrd Kristi Volton – 20,7 mlrd Nensi Volton Louri – 16,6 mlrd, Enn Volton Krenke – 13,2 mlrd, Stenli Krenke isə 21,3 mlrd. dollara malikdir.

Beləliklə, səkkiz nəfərdən ibarət Volton ailəsi Forbes-in real vaxt rejimindəki milyarderlər siyahısında yer alır.

Walmart ailəyə dünya miqyasında tanınma qazandırsa da, indi onlar sərvətlərini daha da müxtəlifləşdirir və xüsusilə idman və investisiya sahələrində təsirlərini gücləndirirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1022   Tarix: 16 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

12:58 132
.

Amerikalı xokkeyçi: "Bütün gün bundan başqa heç nə yeyə bilməzdim"

Rusiyanın Nijni Novqorod şəhərinin "Torpedo" komandasında çıxış edən amerikalı xokkeyçi Mayk Vekkione Rusiya və ABŞ mətbəxlərini müqayisə edib. xəbər verir ki, onun sözlərini "Çempionat" qəzeti sitat gətirib. Hücumçu agentinin bir dəfə onu rus mətbəxinin kulinariya turuna apardığın

10:45 152
.

Tramp Putinlə telefon danışığı planlaşdırdığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Mətbuat konfransı Ağ Evin YouTube kanalında yayımlanıb. "Telefo

10:41 150
.

İranın Baş Qərargah rəisi: İsrailin sonunu onlar gətirəcək

"Müqavimət cəbhəsi (İranın Yaxın Şərqdəki proksi qüvvələri - red.) İsrailin sonunu gətirəcək". Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Abdullahi HƏMAS-ın İsrailə hücumunun üçüncü ildönümü münasibətilə bəyanatında deyib. "Bu əməliyyat İsraili

07.10.2026 276
.

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir - Fotolar

Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib

11:13 157
.

Tokayev Böyük Britaniyanın baş nazirini Qazaxıstana səfərə dəvət edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Britaniyanın Baş naziri Endi Börnhemi ölkəyə səfərə dəvət edib. "Report" 24 KZ-yə istinadən xəbər verir ki, bu barədə Tokayev Astanada Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Anas Sarvarla görüşü zamanı bildirib. Tokayev və Sarvar iki ölk

07.10.2026 241
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

07.10.2026 255
.

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar

Azərbaycanda 2025-ci il ərzində 5 751 estetik əməliyyat həyata keçirilib. -a istinadən xəbər verir ki, ötən il plastik cərrahiyyə sahəsində ən çox üstünlük verilən əməliyyat növü rinoplastika, yəni burun əməliyyatları olub. Digər estetik əməliyyatlar isə belə sıralanıb:. Üz nahiyəsinin cavanlaşdırılmas

10:39 163
.

Nigar Fərhadın həyat yoldaşı başqa təcridxanaya köçürüldü

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında bel

11:40 186
.