"Ramiz Mehdiyevin dövlətə xəyanət etməsi nə qəbulolunan, nə də anlaşılandır" - Deputat

"Ramiz Mehdiyevin dövlətə xəyanət etməsi nə qəbulolunan, nə də anlaşılandır" - DeputatBakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.

Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov BiG.AZ-a bildirib ki, kifayət qədər təcrübəyə malik bir insanın dövlətə xəyanət etməsi nə qəbulolunandır, nə də anlaşılandır. Dövlət ona hər cür şərait yaratmış, ən yüksək adlarla, vəzifələrlə təltif etmişdi:

"Birincisi qeyd etmək lazımdır ki, hər bir şəxs öz peşəsində, öz fəaliyyətində dövlətçilik prinsiplərini, dövlətə sədaqəti əsas prinsip və əsas meyar kimi götürməlidir. Yəni yüksək vəzifədə çalışan hər bir şəxs Prezident tərəfindən ona göstərilən etimadı doğrultmağa çalışmalı, bu etimadı ən yüksək səviyyədə yerinə yetirməlidir. Bu, hər bir dövlət məmurunun əsas vəzifələrindən biridir və bunun üçün hər kəsin çalışmasına və məsuliyyətli olmasına ehtiyac var.

Ramiz Mehdiyev uzun illər ali dövlət vəzifələrində çalışmış, həm ümummilli liderin, həm də cənab Prezidentin dövründə mühüm vəzifələr daşımış bir şəxsin – kifayət qədər təcrübəyə malik bir insanın dövlətə xəyanət etməsi nə qəbulolunandır, nə də anlaşılandır. Dövlət ona hər cür şərait yaratmış, ən yüksək adlarla, vəzifələrlə təltif etmişdi. Belə bir addım atması heç cür izah edilə bilməz.

Hazırda ölkəmiz çox həssas bir dövrdən keçir. Dövlətimizin qarşısında çox mühüm vəzifələr durur. Hər kəs cənab Prezidentin ətrafında sıx birləşməli, dövlətimizin güclənməsi üçün öz töhfəsini verməlidir. Belə bir məqamda dövlət maraqlarını başqa maraqlara qurban verməyin əsla haqqı yoxdur. Hər kəs bu prinsipləri əsas götürməli və onlara əməl etməlidir.
Cənab Prezidentin etimadını doğrultmaq və dövlətçilik prinsiplərinə sadiq qalmaq hər bir dövlət məmurunun borcudur. Bu prinsiplərə əməl olunmadan dövlət quruculuğu mümkün deyil. Xüsusilə xalqımız bu məsələlərə həssas yanaşmalı, diqqətli və məsuliyyətli olmalıdır.

Hazırda bu məsələ dövlət tərəfindən araşdırılır və iştirak edən hər bir şəxs ciddi şəkildə cəzalandırılacaq. Dövlətə qarşı bu cür davranışlara yol vermək olmaz. Hər kəs dövlətin qoyduğu qaydalara mütləq şəkildə əməl etməli, onları gözləməlidir. Bu, hər bir vətəndaşın vəzifə borcudur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1150   Tarix: 16 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqşin Fatehin atasının dəfn mərasimi sabah baş tutacaq

Meyxanaçı Aqşin Fethin atası Səyyad Hacıyev sabah saat 12-də dəfn olunacaq. "Yeni Sabah" xəbər verir ki, dəfn mərasimi Xətai rayonu Cavanşir küçəsi bina 23-də keçiriləcək. Bu barədə meyxanaçı özü məlumat yayıb

07.10.2026 467
.

Tokayev Böyük Britaniyanın baş nazirini Qazaxıstana səfərə dəvət edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Britaniyanın Baş naziri Endi Börnhemi ölkəyə səfərə dəvət edib. "Report" 24 KZ-yə istinadən xəbər verir ki, bu barədə Tokayev Astanada Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Anas Sarvarla görüşü zamanı bildirib. Tokayev və Sarvar iki ölk

07.10.2026 241
.

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto

Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini

14:23 78
.

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün şərtlər irəli sürdü

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün yeni plan təqdim edib. Üç bənddən ibarət təklif Kiyev tərəfindən əvvəlki təşəbbüslərlə müqayisədə daha əhatəli hesab olunub. xəbər verir ki, planın birinci bəndinə əsasən, tərəflər enerji və digər mühüm infrastruktura hücumları dayandırmalıdır. İkinc

10:48 152
.

Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır

"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin

12:19 166
.

"Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik" - Yenilənib

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. "Bu gün ölkəmizdə Mərkəzi Asiy

12:23 125
.

İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Türkmənistanın baş nazirini

10:10 157
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

07.10.2026 409
.

Nigar Fərhadın həyat yoldaşı başqa təcridxanaya köçürüldü

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında bel

11:40 186
.