"Füzulinin azad olunması Vətən müharibəsində qazanılan ümumi qələbənin əsas dönüş nöqtələrindən biri olub" - Politoloq
17 oktyabr tarixinin "Füzuli şəhəri günü" kimi qeyd olunması təkcə bir rayonun işğaldan azad edilməsinin ildönümü deyil, həm də Azərbaycanın dövlətçilik gücünün, milli iradəsinin və bərpa potensialının rəmzidir. Füzuli Azərbaycanın müstəqil dövlət quruculuğunda və postmüharibə mərhələsində strateji, siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Bu sözləri politoloq Nicat Qasımov BiG.AZ-a bildirib.
O qeyd edib ki, Füzulinin azad olunması Vətən müharibəsində qazanılan ümumi qələbənin əsas dönüş nöqtələrindən biri olub. Həmin döyüşlər zamanı Azərbaycan Ordusu həm taktiki, həm də texnoloji üstünlüyünü nümayiş etdirərək uzun illər "keçilməz" sayılan müdafiə xəttini qısa müddətdə yarmağa nail olub. Bu, Azərbaycanın hərbi-siyasi qüdrətinin, eləcə də xalq-ordu birliyinin real təcəssümüdür.
Füzulinin azad edilməsi Azərbaycanın beynəlxalq imicinə də ciddi təsir göstərdi. Bu əməliyyat həm regionda güc balansını dəyişdi, həm də Azərbaycanın suveren hüquqlarını tam şəkildə bərpa etməyə qadir bir dövlət olduğunu sübut etdi. Füzuli əməliyyatı Cənubi Qafqazda yeni reallıqların başlanğıc nöqtəsinə çevrildi.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Füzulini azad edilmiş ərazilər arasında ən sürətlə inkişaf edən mərkəzlərdən birinə çevirir. İnfrastruktur layihələri – Zəfər, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları, Füzuli Beynəlxalq Hava Limanı, "Füzuli" yarımstansiyası, su anbarları kompleksi və sosial obyektlər – bu şəhəri regionun mühüm iqtisadi və logistik qovşağına çevirir.
Füzuli həm də beynəlxalq həmrəyliyin simvoluna çevrilib. Qardaş Özbəkistanın Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstanın isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası Türk dünyasının həmrəyliyinin real göstəricisidir. Bu layihələr regionda əməkdaşlığın dərinləşməsinə, "Böyük Qayıdış" prosesinin mənəvi-siyasi dəstəyinə çevrilib.
Füzuli bu gün Azərbaycanın dövlət siyasətində "yenidən doğulan şəhərlər" konsepsiyasının nümunəvi modeli hesab olunur. 2040-cı ilə qədər olan Baş Plan çərçivəsində şəhər müasir, yaşıl və ağıllı şəhər prinsipləri əsasında qurulur. Artıq yüzlərlə ailə doğma torpaqlarına qayıdıb, yaxın illərdə isə minlərlə vətəndaşın Füzulidə daimi məskunlaşacağı gözlənilir.
Füzulinin inkişafı Azərbaycanın həm iqtisadi, həm də siyasi gücünün bariz göstəricisidir. Bu şəhər təkcə bir rayonun dirçəlişi deyil, həm də Azərbaycanın tarixi ədalətinin bərpası və regionda dayanıqlı sülhün təməlidir.
17 oktyabr – "Füzuli şəhəri günü" Azərbaycanın zəfər tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli qürur, dirçəliş və yenidənqurma ruhunun simvoluna çevrilib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1241 Tarix: 16 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəbin toxunulmazlığı - milli dəyərimiz, dövlətçilik məsuliyyətimiz!
Məktəb bir millətin yaddaşını gələcəyə daşıyan, onun düşüncəsini formalaşdıran və yeni nəsillərə həyat yolunu göstərən mühüm ocaqdır. Burada uşaqlar yalnız dərsliklərdən bilik almır, həm də cəmiyyətin bir parçası olmağı, məsuliyyət daşımağı, insanlara hörmət etməyi və Vətən qarşısında vəzifələrini dər
11:48 153 Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15.10.2026 382 İlham Əliyev onları təltif etdi - Adlar
Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərin
14:19 103 Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto
Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar
12:29 243 "Məktəbli forması dini inanclara müdaxilə deyil"
"Məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan mübahisələri və anlaşılmazlıqları dünyəvilik prinsipi ilə dini inancların ifadəsi arasında tarazlığın düzgün qorunması kontekstində qiymətləndirmək, dərk etmək daha düzgün olardı. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqləri
14:55 71 "Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY
"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə
14:31 99 Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO
Böyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər. Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər. Cütlük şəhərdə yüzlərlə insan tərəfində
15.10.2026 333 Məktəbə müdaxilə dövlətin gələcəyinə müdaxilədir!
Hər bir müstəqil dövlətin gücü yalnız onun iqtisadi imkanları və siyasi mövqeyi ilə ölçülmür. Dövlətin həqiqi gücü həm də yetişdirdiyi nəslin biliyində, düşüncəsində, milli məsuliyyətində və hüquqi şüurundadır. Bu keyfiyyətlərin formalaşdığı əsas məkanlardan biri isə məktəbdir. Azərbaycan məktəbi dövlətçili
11:28 165 Türkiyədə Azərbaycana qarşı çıxanlar kimlərdir? - AÇIQLAMA
Azərbaycanla Türkiyə arasındakı münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə əsaslansa da, son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən fikirlər və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar iki ölkə arasındakı münasibətləri
11:00 196