Mehriban Əliyeva səfirliyin inzibati ofisinin açılışında - Fotolar
Bu gün Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər.
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov səfirliyinin inzibati ofisi barədə məlumat verib. Bildirilib ki, səfirliyin inzibati ofisi Müqəddəs Pyotr Bazilikasına aparan əsas küçə olan Via Conciliazioneda, Vatikanın Apostol Sarayına çox yaxın bir ərazidə yerləşir. Burada Vatikana məxsus rəsmi qurumlar, eləcə də Müqəddəs Taxt-Tacda akkreditə olunmuş bir neçə səfirliyin inzibati ofisləri də yerləşir.
Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər son illərdə qarşılıqlı maraqlar, hörmət və səmərəli əməkdaşlıq ruhunda yüksələn xəttlə inkişaf edir, bu işbirliyi getdikcə daha da dərinləşir və şaxələndirilir.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin çay süfrəsi arxasında ikitərəfli münasibətlərə və beynəlxalq gündəliyə aid məsələlər, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərini dünya birliyinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanın Müqəddəs Taxt-Tac yanında səfirliyinin rəsmi təsis edilməsi haqqında Qanunu imzalayıb. 2022-ci ildə İlqar Muxtarov ölkəmizin Müqəddəs Taxt-Tacda ilk rezident səfiri təyin olunub.















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 685 Tarix: 18 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib. O bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir:. "Lakin hə
07.10.2026 237 Serial qəhrəmanından ilhamlanıb qızı öldürdü
ABŞ-ın məşhur "Dekster" serialına böyük maraq göstərən britaniyalı kriminalistika tələbəsi kirayələdiyi evdə hazırladığı "qətl otağı"nda seks işçisini öldürüb. xarici mediaya istinadla bildirir ki, 20 yaşlı Benjamin Dey 24 yaşlı rumıniyalı Mariya Saçanunu plastik örtüklərlə hazırlanmı
07.10.2026 307 25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
07.10.2026 407 Əzbərləmək, yoxsa anlamaq: Təhsildə əsas məqsəd nədir?
"İmtahan zamanı şagirdin qarşısına suallar qoyulur və ondan müəyyən vaxt ərzində cavab verməsi gözlənilir. Bu, biliyi yoxlamağın əsas üsullarından biridir. Lakin imtahan nəticəsi ilə uşağın mövzunu həqiqətən nə dərəcədə başa düşməsi hər zaman eyni olmur". Bunu BİG.AZ-a açıqlamasında təhsi
11:09 146 120 illik avtomobil markası tarixə qovuşdu
ABŞ-ın Roçester şəhərində 120 ilə yaxın tarixə malik beynəlxalq avtomobil sərgisinin fəaliyyəti dayandırılıb. xarici mediaya istinadla xəbər verir ki, təşkilatçılar sərginin keçirilməsinin artıq iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər. Uzun illər minlərlə avtomobil həvəskarını bir araya gətirə
07.10.2026 251 İran XİN: ABŞ-nin müharibədə itkiləri açıqlanandan daha çoxdur
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ hərbçiləri arasında faktiki ölüm sayının və ABŞ-ın hərbi aktivlərinə dəyən zərərin rəsmi açıqlanan rəqəmlərdən "daha çox" olduğunu bildirib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əraqçi "X" hesabında yazıb ki, may ayında ABŞ Konqresini
11:45 131 Vanilin gizli faydası üzə çıxdı: Yaraların sağalmasına kömək edir
Vanilin yalnız qidalara xoş ətir və dad verən maddə deyil. Alimlər onun xroniki və gec sağalan yaraların müalicəsində istifadə oluna biləcək xüsusiyyətlərə malik olduğunu müəyyənləşdiriblər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın Flinders Universitetinin Biomedical Nanoengineerin
11:57 150 Limon suyu: onu qida rasionuna daxil etmək üçün 6 səbəb
Limon suyu sadəcə suyun və ya salatın dadını yaxşılaşdırmaq üçün istifadə olunan əlavə deyil. Onun tərkibində C vitamini, antioksidantlar, kalium və limon turşusu var. xarici mediaya istinadən xəbər verir ki, bu maddələr orqanizmdə bir sıra vacib proseslərin normal gedişini dəstəkləyə bilər. Bir neç
07.10.2026 266 Si Cinpinin istirahəti üçün sammitin proqramı dəyişdirilib
Çin rəsmiləri ABŞ-dakı həmkarlarından Çin Prezidenti Si Cinpinin ABŞ-a səfəri zamanı istirahəti üçün xüsusi şərait yaradılmasını istəyiblər. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Si Cinpinin qeyri-adi uzun istirahə
10:37 132