Taksilərlə bağlı qərar bu tarixdən qüvvəyə minəcək
Qanunvericiliyin tələblərinə müvafiq olaraq taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqi ilə əlaqədar 60 gün öncədən məlumat verilməlidir.
Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, qeyd ediləni, eləcə də icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək.
Həmçinin taksi fəaliyyəti ilə məşğul olan şəxslərə çağırış etmək istərdik. Belə ki, növbəti illərdə istehsal tarixindən 15 il ötmuş avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq. Bunu nəzərə alaraq, köhnə nəqliyyat vasitələrinin, xüsusən də istehsal tarixi 2011-ci olan avtomobillərin verilmiş müddət ərzində yenilənməsi tövsiyə olunur.
Qeyd etmək istərdik ki, kvotanın tətbiqindən sonra qiymətlərin artacağı, sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı yayılan məlumatlar yalnışdır. Hazırda taksi fəaliyyəti üçün 35 000 aktiv icazə mövcuddur. Gün ərzində isə bunlardan yalnız 22 000 – 23 000 taksi minik avtomobili xidmətə çıxır. Yəni, kvotanın 25 000 təyin edilməsi bazara təsir etməyəcək və taksi çatışmazlığı baş verməyəcək. Əksinə, peşakar əmək və xidmət bazarı formalaşacaq və əhaliyə göstərilən taksi xidmətinin keyfiyyəti daha da yüksələcək.
Kvotanın tətbiqindən sonra sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı məsələyə aydınlıq gətirərək bildiririk ki, limit sürücülərin deyil, nəqliyyat vasitələrinin sayına tətbiq edilir, yəni bu addım iş yerlərinin sayına təsir göstərməyəcək. Hazırda taksi daşımalarında sürücülərə kifayət qədər tələbat mövcuddur. Taksi fəaliyyəti göstərən sürücülərin təlimləri və hazırlıq işləri davam etdirilir. Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına töhfə verəcək.
Qeyd edək ki, taksi sahəsində təxminən 1 il əvvəl islahatlar başlayanda da, cəmiyyətdə müəyyən narahatlıqlar var idi. Lakin nəticə göz qabağındadır. İslahatların birinci mərhələsində taksi parkının yenilənməsi, uçotun, nizamlı fəaliyyətin və nəzarət mexanizminin qurulması, sürücülərin təlimlərə cəlb edilməsi istiqamətində atıllan addımlar ciddi keyfiyyət artımını təmin etdi. Hazırda həyata keçirilən islahatların bu mərhələsinin məqsədi bu sahədə daha da keyfiyyətli və nizamlı xidmətə nail olmaqdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 690 Tarix: 18 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSerial qəhrəmanından ilhamlanıb qızı öldürdü
ABŞ-ın məşhur "Dekster" serialına böyük maraq göstərən britaniyalı kriminalistika tələbəsi kirayələdiyi evdə hazırladığı "qətl otağı"nda seks işçisini öldürüb. xarici mediaya istinadla bildirir ki, 20 yaşlı Benjamin Dey 24 yaşlı rumıniyalı Mariya Saçanunu plastik örtüklərlə hazırlanmı
07.10.2026 307 Aleyna Tilki sevgi həyatından DANIŞDI: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"
Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib. "Sevgilim yoxdur
07.10.2026 308 Parkinson olan əmisini pula görə öldürdü
Avstraliyanın Viktoriya ştatının Ali Məhkəməsi 45 yaşlı Cetro Kertisi əmisi, zərgər Stiven Kertisi öldürdüyünə görə 24 il müddətinə azadlıqdan məhrum edib. xarici mediaya istinadla bildirir ki, hadisə mərhumun Maffra şəhərindəki evində baş verib. Məhkəmə materiallarına əsasən, qardaşı oğlu Parkinso
07.10.2026 253 Nigar Fərhadın həyat yoldaşı başqa təcridxanaya köçürüldü
"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında bel
11:40 162 Əzbərləmək, yoxsa anlamaq: Təhsildə əsas məqsəd nədir?
"İmtahan zamanı şagirdin qarşısına suallar qoyulur və ondan müəyyən vaxt ərzində cavab verməsi gözlənilir. Bu, biliyi yoxlamağın əsas üsullarından biridir. Lakin imtahan nəticəsi ilə uşağın mövzunu həqiqətən nə dərəcədə başa düşməsi hər zaman eyni olmur". Bunu BİG.AZ-a açıqlamasında təhsi
11:09 146 Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə
07.10.2026 677 Azərbaycanda uşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər: ev, təhsil, iş…
Dünyanın müxtəlif ölkələrində uşağın doğulması ilə bağlı ailələrə yalnız birdəfəlik ödəniş deyil, uzunmüddətli maliyyə dəstəyi də göstərilir. Bu vəsait uşağın böyüdülməsi, təhsili, mənzil təminatı və gələcəyi ilə bağlı xərclərin qarşılanmasına yönəldilir. Belə mexanizmlər ailələrin üzərinə düşən maliyy
11:24 183 Limon suyu: onu qida rasionuna daxil etmək üçün 6 səbəb
Limon suyu sadəcə suyun və ya salatın dadını yaxşılaşdırmaq üçün istifadə olunan əlavə deyil. Onun tərkibində C vitamini, antioksidantlar, kalium və limon turşusu var. xarici mediaya istinadən xəbər verir ki, bu maddələr orqanizmdə bir sıra vacib proseslərin normal gedişini dəstəkləyə bilər. Bir neç
07.10.2026 266 Azərbaycanda ən çox edilən estetik əməliyyatlar
Azərbaycanda 2025-ci il ərzində 5 751 estetik əməliyyat həyata keçirilib. -a istinadən xəbər verir ki, ötən il plastik cərrahiyyə sahəsində ən çox üstünlük verilən əməliyyat növü rinoplastika, yəni burun əməliyyatları olub. Digər estetik əməliyyatlar isə belə sıralanıb:. Üz nahiyəsinin cavanlaşdırılmas
10:39 153