"Laser Beauty Clinic"də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?

"Laser Beauty Clinic"də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?"Laser Beauty Clinic"lə bağlı qalmaqallar səngimir. Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində "Laser Beauty Clinic"in Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən filialında nöqsanlar aşkar edilib. Bu səbəbdən klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunub.

Bundan sonra klinika ilə bağlı çoxsaylı qalmaqallı xəbərlər yayılıb. Məlumata görə, pasiyentlərə keyfiyyətsiz tibbi və estetik xidmətlərin göstərilməsi nəticəsində bir neçə şəxsin səhhətində problemlər yaranıb. Həmçinin fəaliyyəti dayandırılmış "Altes" filialına yoxlama üçün gələn rəsmi şəxslərə hücum edilməsi ilə bağlı məlumatlar da mövcuddur.

"Laser Beauty Clinic"də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?Sözügedən filialda həkim kimi çalışan Nigar Rüfət, Adilya Makatova və Nigar Sultanovanın fəaliyyəti sosial şəbəkələrdə geniş şəkildə reklam olunur, müxtəlif endirim və xidmət kampaniyaları keçirilir. Halbuki, adıçəkilən xanımların tibbi təhsilinin olmadığı barədə iddialar var və onlar sertifikasiyadan keçməyiblər. Bu isə qanunsuz fəaliyyət sayılır.

"Laser Beauty Clinic"də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Nigar Rüfət və Adilya Makatova ilə bağlı ilk sorğuya gələn cavabı olduğu kimi təqdim edirik:

"Adilya Makatova və Nigar Rüfətin adları Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur".

Nigar Sultanova ilə bağlı da eyni cavab oldu:

"Sorğuda qeyd olunan şəxs barədə aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, həmin şəxs nə əczaçı, nə də həkim kimi sertifikata malik deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sertifikatsız şəxslər tibbi və əczaçılıq fəaliyyəti göstərə bilməzlər".

"Laser Beauty Clinic"də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?Göründüyü kimi, hər üç şəxsin adı həkim kimi fəaliyyət gəstərmələrinə baxmayaraq, Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur. Bəs bunun məsuliyyəti nədir?

Analitik Ekspertiza Mərkəzindən sorğuya cavab olaraq bildirildi ki, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 min manat məbləğində cərimə olunur. Mərkəzdən həmçinin bildirildi ki, tibbi fəaliyyət yalnız müvafiq ali tibbi təhsili olan və sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər, sertifikatsız fəaliyyət qanunsuz hesab olunur və məsuliyyət yaradır.

"Laser Beauty Clinic"də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?Analitik Ekspertiza Mərkəz bildirir ki, reysterdən keçmədən və sertifikatsız fəaliyyət qanunsuzdur. Amma Nigar Rüfət, Adilya Makatova və Nigar Sultanova "Laser Beauty Clinic"in "Altes" filialında fəaliyyət göstərir və bunu gizlətməyi belə lazım bilmirlər. Onlar maneəsiz olaraq pasiyentlərə xidmət göstərirlər və müvafiq qurum - Səhiyyə Nazirliyi də artıq bundan xəbərdardır. Amma bunun qarşısını almaq üçün heç bir addım atılmır. Qanunlar bu şəxslərin fəaliyyətini açıq şəkildə qağadan edir. Lakin Səhiyyə Nazirliyi onların qarşısını almaq üçün heç bir addım atmır, işini sorğulara cavab verməklə bitmiş hesab edir. Əslində isə nazirlik bu kimi fəaliyyətlərə qarşı mübarizə aparmalı, onları müəyyənləşdirərək, müvafiq qurumlara məlumat verməli, qanunun tələblərini yerinə yetirməlidir. Görünən odur ki, bu məsələdə həvəsli deyillər və bununla da növbəti faciələrin əsasını qoyurlar.

"Laser Beauty Clinic"də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?Bu arada, qeyd edək ki, Nigar Rüfət estetik cərrahlar üçün oktyabrın 26-da "The art of Facial Harmony" adlı master-klass keçirəcək. Bir sözlə heç bir tibbi təhsili və sertifikatsiyası olmayan Nigar xanım həkimlərə dərs deyəcək.

"Laser Beauty Clinic"də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?Məlumat üçün bildirək ki, Nigar Rüfətin diplomunun saxta olması ilə bağlı iddialar da var. Onun bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığını göstərilib. Daha sonra isə Kiev Dövlət Dizayn və Texnologiya Universitetində Farmakalogiya ixtisası üzrə təhsil aldığı qeyd edilib. Hüquqşünas təhsili aldıqdan sonra əczaçı olmaq fikrinə düşən Nigar Rüfətin təhsil aldığı ali məktəb daha çox maşınqayırma sahəsi üzrə mütəxəssislər yetişdirməsi ilə tanınır və univeristetin farmakalogiya ixtisasında sənaye və istehsalatda çalışmaq üçün mütəxəssislər hazırladığı deyilir.

Mənbə:qaynarinfo


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 789   Tarix: 18 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Parkinson olan əmisini pula görə öldürdü

Avstraliyanın Viktoriya ştatının Ali Məhkəməsi 45 yaşlı Cetro Kertisi əmisi, zərgər Stiven Kertisi öldürdüyünə görə 24 il müddətinə azadlıqdan məhrum edib. xarici mediaya istinadla bildirir ki, hadisə mərhumun Maffra şəhərindəki evində baş verib. Məhkəmə materiallarına əsasən, qardaşı oğlu Parkinso

07.10.2026 252
.

Sevgiləri kimi serialları da bitdi

"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v

07.10.2026 387
.

Əliyevi "Avaza" Kompleksində qarşıladı - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gəlib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədo

11:05 137
.

İran ordusu: Bölgədə vura biləcəyimiz yeni hədəflər siyahısı hazırlamışıq

"İran ordusu mütəmadi olaraq regionda qabaqlayıcı zərbələrə məruz qala biləcək potensial düşmən hədəflər siyahısına düzəlişlər və dəqiqləşdirmələr edir". Teleqraf xəbər verir ki, bu barədə "Al Mayadeen"ə İran Silahlı Qüvvələrindən bildirilib. "İran ordusu düşmən hədəflərlə bağl

07.10.2026 300
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

12:58 9
.

120 illik avtomobil markası tarixə qovuşdu

ABŞ-ın Roçester şəhərində 120 ilə yaxın tarixə malik beynəlxalq avtomobil sərgisinin fəaliyyəti dayandırılıb. xarici mediaya istinadla xəbər verir ki, təşkilatçılar sərginin keçirilməsinin artıq iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər. Uzun illər minlərlə avtomobil həvəskarını bir araya gətirə

07.10.2026 250
.

"Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik" - Yenilənib

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. "Bu gün ölkəmizdə Mərkəzi Asiy

12:23 81
.

Serial qəhrəmanından ilhamlanıb qızı öldürdü

ABŞ-ın məşhur "Dekster" serialına böyük maraq göstərən britaniyalı kriminalistika tələbəsi kirayələdiyi evdə hazırladığı "qətl otağı"nda seks işçisini öldürüb. xarici mediaya istinadla bildirir ki, 20 yaşlı Benjamin Dey 24 yaşlı rumıniyalı Mariya Saçanunu plastik örtüklərlə hazırlanmı

07.10.2026 303
.

Onları polislə hədələdi

Müğənni Tacir Şahmalıoğlunun xeyli çəki atması uzun müddətdir müzakirə olunur. Axşam.az xəbər verir ki, sənətçi bir müddət əvvəl əməliyyat olunduğunu və diabet problemi olduğu üçün çəki atmalı olduğunu açıqlayıb. Lakin sosial şəbəkələrdə ifaçının ağır xəstəlikdən əziyyət çəkdiyi iddia olunub. T.Şahmalıoğlunu

07.10.2026 403
.