İtaliya mediası Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini diqqətdə saxlayıb

İtaliya mediası Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini diqqətdə saxlayıbİtaliyanın kütləvi informasiya vasitələri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri və iştirak etdiyi tədbirləri geniş işıqlandırıb.

BiG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, "Askanews" və "Italpress" xəbər agentlikləri, eləcə də "Agenparl" və "Notizie Tiscali" portallarının yaydığı materiallarda Birinci vitse-prezident Mehriban Əliyevanın səfərinin gərgin gündəmdə və çoxsaylı yüksəksəviyyəli görüşlərdə öz əksini tapdığı, Azərbaycan ilə Vatikan arasında mükəmməl ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və getdikcə fəallaşan mədəni, elmi və diplomatik əməkdaşlıq çərçivəsində baş tutduğu bildirilir.

Diqqətə çatdırılır ki, Azərbaycanın Birinci vitse-prezidenti və ailə üzvləri səfər çərçivəsində oktyabrın 16-da Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilya katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Yazılarda Heydər Əliyev Fondunun və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilya katakombalarının bərpası ilə bağlı müqavilənin 2021-ci il martın 4-də imzalandığı xatırladılır. Bu layihənin Vatikan ilə Azərbaycan arasında çoxillik əməkdaşlığın yeni mərhələsi olduğu vurğulanır.

Bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva həmin gün Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb, bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub. Azərbaycanın Birinci vitse-prezidenti, həmçinin Avropanın ən böyük pediatrik "Bambino Gesu" xəstəxanasında gedib, burada molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olub.

Materiallarda bu il sentyabrın 10-da Heydər Əliyev Fondu, Azərbaycanın Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın "Bambino Gesu" pediatrik xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalandığı xatırladılıb. Bildirilib ki, bu əməkdaşlıq nadir xəstəliklər, molekulyar genetika, klinik diaqnostika və digər müvafiq sahələrin Azərbaycanda inkişafına mühüm töhfə verəcək. Azərbaycanlı alim və tədqiqatçılara qabaqcıl elmi yanaşmalara yiyələnmək və müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalarda araşdırmalar aparmaq imkanı yaradacaq.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşdüyü bildirilir. Qeyd olunur ki, görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.

Yazılarda qeyd olunub ki, Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb, irəli sürdüyü təşəbbüslərə görə Birinci vitse-prezidentə və ölkəmizdə ikinci Katolik Kilsəsinin tikintisinə ayrılmış torpaq sahəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərini Azərbaycana səfərə dəvət edib.

Azərbaycanın Birinci vitse-prezidentinin həmin gün, həmçinin Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşdüyü, müzakirələr zamanı hər iki tərəfin qarşılıqlı münasibətlərin müsbət inkişafından məmnunluq ifadə etdiyi bildirilib.

Pietro Parolin Bakıda ikinci Katolik Kilsəsinin tikintisini təqdirəlayiq hal kimi qiymətləndirib, bunun Azərbaycanda bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürü olduğunu deyib. Vatikanın dövlət katibi Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini bildirib.

Məqalələrdə, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşdüyü və birlikdə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak etdikləri, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olduğu, Vatikan Apostol Kitabxanası və Apostol Arxivinə baş çəkdiyi, Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə birgə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışında iştirak etdiyi diqqətə çatdırılır.

İtaliya mediası Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini diqqətdə saxlayıbİtaliya mediası Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini diqqətdə saxlayıbİtaliya mediası Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini diqqətdə saxlayıbİtaliya mediası Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini diqqətdə saxlayıb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 639   Tarix: 18 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Parkinson olan əmisini pula görə öldürdü

Avstraliyanın Viktoriya ştatının Ali Məhkəməsi 45 yaşlı Cetro Kertisi əmisi, zərgər Stiven Kertisi öldürdüyünə görə 24 il müddətinə azadlıqdan məhrum edib. xarici mediaya istinadla bildirir ki, hadisə mərhumun Maffra şəhərindəki evində baş verib. Məhkəmə materiallarına əsasən, qardaşı oğlu Parkinso

07.10.2026 252
.

Sevgiləri kimi serialları da bitdi

"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v

07.10.2026 387
.

Əliyevi "Avaza" Kompleksində qarşıladı - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gəlib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədo

11:05 137
.

İran ordusu: Bölgədə vura biləcəyimiz yeni hədəflər siyahısı hazırlamışıq

"İran ordusu mütəmadi olaraq regionda qabaqlayıcı zərbələrə məruz qala biləcək potensial düşmən hədəflər siyahısına düzəlişlər və dəqiqləşdirmələr edir". Teleqraf xəbər verir ki, bu barədə "Al Mayadeen"ə İran Silahlı Qüvvələrindən bildirilib. "İran ordusu düşmən hədəflərlə bağl

07.10.2026 300
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

12:58 9
.

120 illik avtomobil markası tarixə qovuşdu

ABŞ-ın Roçester şəhərində 120 ilə yaxın tarixə malik beynəlxalq avtomobil sərgisinin fəaliyyəti dayandırılıb. xarici mediaya istinadla xəbər verir ki, təşkilatçılar sərginin keçirilməsinin artıq iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər. Uzun illər minlərlə avtomobil həvəskarını bir araya gətirə

07.10.2026 250
.

"Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik" - Yenilənib

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. "Bu gün ölkəmizdə Mərkəzi Asiy

12:23 81
.

Serial qəhrəmanından ilhamlanıb qızı öldürdü

ABŞ-ın məşhur "Dekster" serialına böyük maraq göstərən britaniyalı kriminalistika tələbəsi kirayələdiyi evdə hazırladığı "qətl otağı"nda seks işçisini öldürüb. xarici mediaya istinadla bildirir ki, 20 yaşlı Benjamin Dey 24 yaşlı rumıniyalı Mariya Saçanunu plastik örtüklərlə hazırlanmı

07.10.2026 303
.

Onları polislə hədələdi

Müğənni Tacir Şahmalıoğlunun xeyli çəki atması uzun müddətdir müzakirə olunur. Axşam.az xəbər verir ki, sənətçi bir müddət əvvəl əməliyyat olunduğunu və diabet problemi olduğu üçün çəki atmalı olduğunu açıqlayıb. Lakin sosial şəbəkələrdə ifaçının ağır xəstəlikdən əziyyət çəkdiyi iddia olunub. T.Şahmalıoğlunu

07.10.2026 403
.