Hamam dəsmalı istifadə edən bütün ailələrə xəbərdarlıq

Hamam dəsmalı istifadə edən bütün ailələrə xəbərdarlıqGündəlik həyatda mütəmadi istifadə olunan hamam dəsmalları ilə bağlı mütəxəssislər ciddi xəbərdarlıq edib. Təhlükəsizlik və təmizlik məqsədilə istifadə olunan bu dəsmallar, əslində, diqqət yetirilmədikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, xüsusilə qış aylarında havaların soyuması və evlərin daha az havalandırılması nəticəsində hamamda hava uzun müddət nəm qalır. Bu isə dəsmallarda bakteriya artımını sürətləndirir. Ona görə də dəsmalların nəmli vəziyyətdə qalmasına yol verilməməli, tam qurumasına xüsusi diqqət göstərilməlidir.

Böyük Britaniyadakı mütəxəssislər dekabr ayından etibarən ailələrə "dəsmalı maksimum 3 istifadədən sonra yumaq" qaydasına əməl etməyi tövsiyə edib. Çünki qış mövsümündə nəm qalan dəsmallar qısa müddətdə bakteriya, kif və maya üçün ideal mühitə çevrilir.

Life Pro mütəxəssisləri xəbərdarlıq edir ki, gigiyenaya diqqət göstərilmədiyi halda nəm dəsmallar E.coli, Staphylococcus, kif və göbələk kimi mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Nəm, bədən yağları və ölü dəri hüceyrələri bu mikroorqanizmlərin dəsmal liflərinə yerləşməsini daha da asanlaşdırır.

2023-cü ildə aparılan araşdırmalar göstərib ki, təmiz görünən dəsmallar belə özünəməxsus mikrobioloji topluluğa malikdir və bu topluluğun tərkibi geyim və çarpayı örtüklərindən xeyli fərqlənir. İnsanlar isə çox vaxt dəsmalların üzərində toplanan bu mikrobların fərqində olmadan onlardan günlərlə istifadə edir. Bədəni qurulayarkən mikroblar dəsmala keçir və dəsmal nəm qaldıqca orada çoxalmağa davam edir.

Ekspertlərə görə, xüsusilə aşağıdakı qruplar üçün risk daha yüksəkdir:

Quruluq və ekzema problemi olanlar
Dərisində çat və zədələnmə olanlar
İmmuniteti zəif olan şəxslər
Sağlam yetkinlərdə də yüngül infeksiyalar ola bilər, lakin qış aylarında immunitetin zəifləməsi bəzi halların ciddi xəstəliklərə çevrilməsinə səbəb ola bilər.

Dəsmallar təkcə bakteriya deyil, mikroskopik nəcis qalıqları və bədən mayeləri də toplaya bilər. Dəsmal yenidən istifadə ediləndə bu maddələr göz, burun, ağız və əllə təmas edir. Bu isə norovirus, MRSA və ciddi E.coli infeksiyaları kimi təhlükəli mikroblara yoluxma riskini artırır.

Life Pro mütəxəssisləri qış aylarında ev daxilində gigiyenaya daha çox diqqət göstərilməsini tövsiyə edir. Çünki ciddi infeksiyaların həm müalicəsi çətindir, həm də baha başa gəlir.

Dəsmalları daha təhlükəsiz istifadə etmək üçün:

Dəsmalları ən gec 3 istifadədən bir yuyun.
Yaxşı havalandırılan yerdə tam qurumağını təmin edin.
Mümkünsə, hamamın pəncərəsini bir qədər açıq saxlayın.
Dəsmalları ailə üzvləri arasında paylaşmayın.
Kif iyi gələn və ya quruduqdan sonra belə nəm qalan dəsmalları dəyişdirin.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1088   Tarix: 30 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.