Niyə pəncərə kənarında yatmaq zərərlidir?
Bəzən tam 8 saat yatmaq belə gümrah olmağınıza zəmanət vermir: insan oyananda özünü gücdən düşmüş, başı ağır, sanki ümumiyyətlə dincəlməmiş kimi hiss edir.
Lent.az bununla bağlı məlumatları təqdim edir:
Ən az nəzərə çarpan, amma çox yayılmış səbəblərdən biri yatağın düzgün yerləşdirilməməsidir xüsusilə də, əgər çarpayının baş ucu birbaşa pəncərəyə bitişikdirsə. İlk baxışda pəncərə yanında yatmaq rahat görünə bilər: təmiz hava, təbii işıq, otağın daha geniş təsiri. Amma erqonomika üzrə mütəxəssislər xəbərdarlıq edirlər: məhz bu "rahatlıq" çox vaxt səhər narahatlığının əsas səbəbinə çevrilir.
Temperatur dəyişmələri və cərəyan
Pəncərə yaxınlığındakı zona demək olar ki, həmişə otağın qalan hissəsindən daha soyuq olur. Hətta keyfiyyətli plastik pəncərələr belə bir neçə dərəcəlik fərqi tam aradan qaldıra bilmir. Havalandırma zamanı soyuq hava axınları birbaşa yatdığınız yerdən keçir. Orqanizm gərginləşir, boyun və kürək əzələləri reflektor olaraq sıxılır nəticədə siz baş ağrısı və bədəndə gərginlik hissi ilə oyanırsınız.
Bioloji ritmləri pozan işıq
Hətta qalın pərdələr belə bəzən küçə fənərlərinin, işıqlanmış fasadların və ya səhər şəfəqinin işığını tam bağlaya bilmir. Üzünüzə düşən işıq şüaları dərin və keyfiyyətli yuxu fazasına cavabdeh olan melatonin hormonunun ifrazını azaldır. Nəticədə yuxu səthi, narahat, tez-tez oyanmalarla müşayiət olunan hala gəlir və səhər özünü süstlük göstərir.
Psixoloji gərginlik
Pəncərəyə arxa çevirib yatmaq bizim qeyri–şüuri vəziyyətimiz üçün narahatdır. Xüsusilə də narahatlığa meyilli insanlarda "açıq", müdafiəsiz olma hissi yaranır. Bu gizli daxili gərginlik səbəbindən beyin yuxunun dərin fazalarına tam keçmir, bu da səhər baş ağırlığına və istirahətsizlik hissinə gətirib çıxarır.
Vəziyyəti necə düzəltmək olar
Ən effektiv variant çarpayını elə yerləşdirməkdir ki, baş ucu kor (pəncərəsiz) divara söykənsin.
Əgər belə imkan yoxdursa, sadə həllər kömək edə bilər:
işığı buraxmayan qalın pərdələr;
hündür, yumşaq baş ucu (başlıq);
çarpayı ilə pəncərə arasında dekorativ arakəsmə (şırma);
temperatur fərqini azaltmaq üçün isti pled və ya əlavə örtük.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 483 Tarix: 07 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPeyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495