Alimlər dünyada ilk dəfə "toxunula bilən" ekran yaratdılar

Alimlər dünyada ilk dəfə "toxunula bilən" ekran yaratdılarKaliforniya Universitetinin (Santa-Barbara) alimləri təsviri göstərməklə yanaşı, ekranın səthində hiss olunan relyef formalaşdıra bilən eksperimental displey təqdim ediblər.

Qaynarinfo xəbər verir ki, layihə haqqında məlumat "Science Robotics" jurnalında dərc olunub.

Burada Yon Visselin rəhbərlik etdiyi komandanın araşdırması, ilk sınaqların nəticələri və cihazın təsviri yer alır. Displey nazik membranın altında yerləşən yüzlərlə xırda hava kamerası və işıq impulsları ilə qızdırılan qrafit örtükdən ibarətdir.

Bu tədqiqat bir il davam edən uğursuz modellərdən sonra nəticə verib. 2022-ci ilin sonunda araşdırmaçı Maks Linnander ilk işlək pikseli yaradıb. Membranın altındakı kiçik kamera lazer impulsu ilə işıqlandırıldıqda hava qızır və səthi təxminən bir millimetr qaldırır - bu qədər hərəkət barmağın yüngül toxunuşu hiss etməsi üçün kifayətdir.

Tam funksional prototip eyni prinsiplə işləyir, lakin artıq 1500-dən çox piksel massivində. Tək lazer şüası səth üzrə sürətlə hərəkət edərək nöqtələri bir-bir qaldırır və həm vizual, həm də toxunma ilə hiss olunan davamlı animasiya yaradır.

Sınaqlarda iştirakçılar relyefin formasını və nöqtələrin hərəkətini əminliklə ayırd edə biliblər. 2-100 millisekund arasında dəyişən reaksiya sürəti hamar konturlar və sadə simvolların ötürülməsini mümkün edir. Alimlərin sözlərinə görə, gələcəkdə daha böyük panelləri müasir proyektorların istifadə etdiyi kompakt skan edən lazerlərlə işıqlandırmaq mümkün olacaq.

Tədqiqatçılar hesab edirlər ki, belə səthlər avtomobillərdə, toxunma əsaslı elektron kitablarda və ya əl hərəkətinə uyğunlaşan tədris vizual sxemlərində istifadə oluna bilər.

Bundan əvvəl ABŞ-da dünyada ilk tam "şəffaf" monitorun təqdim edildiyini xəbər vermişdik. İstifadəçilər hətta monitorda şəffaflığın səviyyəsini tənzimləyə biləcəklər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 778   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.