Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHIAmerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər.

BiG.AZ Valyuta.az-a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir.

10. Sofitel St. James Hoteli, London - 55,000 dollar

Londonda yerləşən dəbdəbəli Sofitel St. James hoteli 2010-cu ildə Baccarat kristal evi və Louis XIII Grand-Champagne ilə əməkdaşlıq edərək 55 min dollarlıq qiymətləndirilən Yeni il ağacı təqdim etdi. Ağacda Baccarat tərəfindən hazırlanmış və şampanla doldurulmuş 200 ədəd əl işi mini şüşə yer alırdı.

9. City Centre, Honq Konq - 1,4 milyon dollar

2010-cu ildə Honq Konq şəhəri 90 fut (təxminən 27 metr) hündürlüyündə Yeni il şam ağacı ilə bayram əhval-ruhiyyəsini işıqlandırdı. Ağac 20 milyondan çox Swarovski kristalı və 200 bəzək elementi ilə bəzədilmişdi.

8. Soo Kee zərgərlik mağazası, Sinqapur - 1,5 milyon dollar

Bu 6 metrlik ağac 3,762 ədəd kristal muncuq, 500 işıq və ümumilikdə 900 karatdan çox brilyant ilə bəzədilmişdi. Onun çəkisi 3 ton-dan artıq idi və dəyəri təxminən 1,55 milyon dollar olaraq qiymətləndirilmişdi.

7. Ginza Tanaka zərgərlik mağazası, Yaponiya - 1,6 milyon dollar

2008-ci ildə Yaponiyanın Osaka şəhərində yerləşən "Ginza Tanaka" mağazasında nümayiş etdirilən bu ağac 24 karat saf qızıldan hazırlanmışdı. Üzərində 240-dan çox brilyant və mirvari olan ağac 1,6 milyon dollara qiymətləndirilmişdi.

6. Queen Victoria Binası, Avstraliya - 1,6 milyon dollar

Sidneydə yerləşən Queen Victoria Binasında 2008-ci ildə nümayiş etdirilən bu şam ağacı 4 mərtəbə hündürlüyündə idi. Ağac 8,000 bəzək topu, 40,000 işıq, 400 lent və 1,500 Swarovski kristalı ilə bəzədilmişdi. Bu binada hər il böyük ölçülü şam ağacları qurulması artıq ənənəyə çevrilib.

5. Berlin mərkəzi dəmiryolu vağzalı, Almaniya - 1,6 milyon dollar

2006-cı ildə Almaniyanın Berlin şəhərindəki mərkəzi stansiyada yerləşdirilən bu Yeni il ağacı təxminən 40,000 Swarovski kristalı ilə bəzədilmişdi. Ağac ictimai məkanda yerləşdirildiyindən, hər kəsin görməsi üçün əlçatan olmuşdu.

4. Takashimaya mağazası, Çin - 1,8 milyon dollar

2008-ci ildə bu 15 düymlük (təxminən 38 sm) ağac üzərində 400 ədəd brilyant (Avstraliya və Cənubi Afrikadan alınmış) yerləşdirilmişdi. Ağac oyuncaqlı bir ayı və uyğun zinət əşyaları ilə birlikdə satılmışdı.

3. Steve Quick zərgərlik evi, ABŞ - 1,8 milyon dollar

Bu Yeni il ağacı 18 karatlıq qızıl və 200 karatdan çox brilyant ilə bəzədilmişdi. Ağacın üstündəki brilyantlar ona sanki qar yağmış effekti verirdi.

2. Şoqo Kariyazaki, Yaponiya - 2 milyon dollar

2011-ci ildə məşhur çiçək düzüm sənətçisi Şoqo Kariyazaki tərəfindən hazırlanmış bu ağac saf qızıldan hazırlanmış saplağa malik idi. 8 fut (təxminən 2,4 metr) hündürlüyündəki ağacın üzərində qızıldan hazırlanmış ürəklər, lentlər və güllər vardı. Ağacın ümumi dəyəri 2 milyon dollar idi.

1. Emirates Palace Hotel, Əbu-Dabi - 11,4 milyon dollar

Əbu-Dabidəki dəbdəbəli Emirates Palace Hotel 2010-cu ildə 13 fut (təxminən 4 metr) hündürlüyündə və 11,4 milyon dollar dəyərində Yeni il ağacı nümayiş etdirdi. Ağac "Style Gallery" zərgərlik evindən gətirilmiş zümrüdlər, mirvarilər, brilyantlar, sapfir və digər qiymətli daşlarla bəzədilmişdi.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 983   Tarix: 09 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.