"Qarabağ" "Ayaks"a məğlub oldu - Yenilənib

"Qarabağ" "Ayaks"a məğlub oldu - YenilənibUEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.

"Qafqazinfo" xəbər verir ki, təmsilçimiz Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Hazırda turnir cədvəlində "Qarabağ" 7 xalla 19-cu, xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.

10 dekabr

UEFA Çempionlar Liqası, VI tur

Saat 21:45, "Qarabağ" - "Ayaks".

Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya).

*

Komandaların start heyətləri bəlli olub.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

Baş məşqçi: Qurban Qurbanov

"Ayaks": Vitezslav Yaroş, Aron Bauman, Yuri Bas, Lukas Rosa, Anton Qoei, Şon Styor, Jorti Mokio, Ko İtakura, Raul Moro, Kasper Dolberq, Oskar Qlux.

Baş məşqçi: Fred Qrim

*

Matç başladı. Uğurlar, "Qarabağ".

*

Maçtın 10-cu dəqiqəsində Kamilo Duran hesabı açaraq komandamızı önə keçirir.

*

Kasper Dolberq 39-cu dəqiqədə bərabərlik qolunu vurur.

*

Fasilə.

*

İkinci hissə başladı.

*

Matçın 47-ci dəqiqəsində Mateus Silva komandamızı yenidən hesabda önə çıxarır.

*

78-ci dəqiqədə Oskar Qlux hesabı yenidən bərabərləşdirir.

*

83-cü dəqiqədə Anton Qoei komandasını hesabda önə çıxarır.

*

Oskar Qlux 90-cı dəqiqədə dubla imza atır.

*

Matç bitdi. "Qarabağ" doğma meydanda "Ayaks"a məğlub oldu.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 450   Tarix: 10 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mənə heç yerdə heykəl qoyulmasın" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona heykəl qoyulmasını istəmir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Sportinfo"ya müsahibəsində məşqçi özü bildirib. "Məncə, heç yerdə mənə heykəl qoyulmasın. Belə şeyin olmasını ümumiyyətlə istəmirəm. Mən bu xalqın övladıyam

26.11.2025 505
.

Messi karyerasında 47-ci titulunu qazandı - SİYAHI

Lionel Messi "İnter Mayami"nin heyətində MLS müntəzəm çempionatının Şərq Konfransının qalibi olaraq, karyerasında 47-ci trofeyi qazanıb. -ya istinadən xəbər verir ki, bu uğur onun bütün zamanların ən çox titul qazanan futbolçusu kimi mövqeyini möhkəmləndirib. Messinin klublarda və milli komandad

30.11.2025 459
.

Türkiyə Futbol Federasiyasından qərar: 67 hakimin karyerası başa çatdı

Türkiyə Futbol Federasiyasının (TFF) Arbitraj Şurası 67 hakimlə bağlı qərar verib. -ın "Türkiye gazetesi"nə istinadən xəbərinə görə, bu barədə Türkiyə Futbol Federasiyasından məlumat verilib. Məlumata görə, TFF Arbitraj Şurası mərc oyunlarında iştirak etdiklərinə görə hüquqlardan məhrumetm

22.11.2025 453
.

"Mançester Siti" 115 milyon avro qiyməti olan futbolçunu transfer etmək istəyir

İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın digər təmsilçisi "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonu transfer etmək istəyir. "Report" "Football Insider"ə istinadən xəbər verir ki, Nottingem klubu futbolçusuna 115 milyon avro qiymət müəyyənləşdirib

06.12.2025 205
.

DÇ-2026: Türkiyənin "pley-off"dakı rəqibi bəlli oldu

DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Qaynarinfo xəbər verir ki, raundun yarımfinal mərhələsində üz-üzə gələcək millilər bəlli olub. Avropa zonası üzrə pley-off oyunları 2026-cı il martın 26-31-i aralığında keçiriləcək. A yolu. İtaliya - Şimali İrlandiya. Uels - Bosniya v

20.11.2025 544
.

"Qarabağ" Medinanın durumunu açıqladı

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən "Napoli" – "Qarabağ" matçının 50-ci dəqiqəsində Kevin Medina rəqib komandanın atdığı top zərbəsindən sonra yıxılaraq huşunu itirib və meydandan çıxarılıb. Qaynarinfo xəbər verir ki, "Qarabağ" klub

26.11.2025 605
.

"Hamı elə bilir ki, idmançı pulu dağıdır" - Elmar Qasımov

Rio Olimpiadasının finalçısı, dünya və Avropa mükafatçısı Elmar Qasımov 35 yaşında ardıcıl 2-ci dəfə 100 kq çəki dərəcəsində cüdo üzrə ölkə çempionu olub. "Qafqazinfo" xəbər verir ki, o, yarışdan sonra saytına danışıb. E.Qasımov ölkə çempionu olmağı barədə fikirlərini bildirib: "Finald

09.12.2025 484
.

Respublika stadionunda "Qarabağ"ın oyunu öncəsi vəziyyət necədir? - Video

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda "Ayaks"la üz-üzə gələcək. "Qafqazinfo" xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun qazonu yağış yağmasına baxmayaraq oyuna hazır vəziyyətdədir

10.12.2025 225
.

"Messi olmaq istəmirəm" - Lamin Yamal

İspaniya yığmasının və "Barselona"nın gənc ulduzu Lamin Yamal maraqlı açıqlamalar verib. "Qafqazinfo"nun məlumatına görə, CBS kanalına danışan 18 yaşlı oyunçu katalonların sabiq ulduzu Lionel Messi ilə müqayisə olunmasına mübasibət bildirib. "O, tarixin ən yaxşısıdır. Hər ikimi

02.12.2025 389
.

TOP MP3