Niyə ön şüşələrdə qara nöqtələr olur? - Az adamın bildiyi gizli XÜSUSİYYƏT

Niyə ön şüşələrdə qara nöqtələr olur? - Az adamın bildiyi gizli XÜSUSİYYƏTBir çox sürücü yalnız son vaxtlar avtomobillərin, ilk baxışda xırda görünən bir detalına - ön şüşənin kənarları boyunca yerləşən qara nöqtələrə diqqət yetirib. Demək olar ki, hər avtomobildə mövcud olmasına baxmayaraq, onların əsl təyinatı uzun müddət diqqətdən kənarda qalıb.

Lent.az xəbər verir ki, söhbət ön şüşənin kənarı boyunca yerləşən, fritlər adlanan qara nöqtələrdən və ya bütöv tünd zolaqdan gedir. Onlar emallı zolağın yaxınlığında yerləşir və eyni anda bir neçə vacib funksiyanı yerinə yetirir ki, bu da birbaşa sürüş təhlükəsizliyinə eləcə də komfortuna təsir göstərir.

İlk növbədə fritlər şüşənin kuzova bərkidilməsi üçün istifadə olunan uretan yapışqanı qoruyur. Qara emal ultrabənövşəyi şüaları bloklayır: bu şüalar zamanla hermetiki zədələyə, onun dağılmasına və hətta çatların yaranmasına səbəb ola bilər.

Bundan əlavə, qara nöqtələr şüşənin temperaturuna nəzarət etməyə kömək edir. Mütəxəssislər izah edirlər ki, nöqtəli matrisa istiliyi daha bərabər paylayır. Bu isə "linzalaşma" adlanan optik təhrifin (qeyri-bərabər qızma səbəbindən düz xətlərin əyri görünməsinin) qarşısını alır.

Bu funksiyanın əhəmiyyəti xüsusilə soyuq və ya çox isti havalarda daha aydın hiss olunur. Elə buna görə də müasir avtomobillərdə fritlər tez-tez arxa görünüş güzgüsünün yerləşdiyi zonada da tətbiq olunur. Səbəbi isə günəşdən qoruyucu kölgəliklər arasında qalan sahədə günəş işığını əlavə olaraq bloklamaqdır.

Praktik faydası ilə yanaşı, qara nöqtələr estetik rol da oynayır. Tünd zolaqdan şəffaf şüşəyə doğru tədrici keçid dizaynı daha səliqəli göstərir və göz üçün daha az kəskin edir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 406   Tarix: 21 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

TOP MP3