Bunu süfrədə qoyma - Hansı əşyalar yoxsulluq və bədbəxtlik gətirir?
Yemək masası qədimdən təkcə məişət əşyası deyil, həm də bolluq, ailə ocağı və birliyin rəmzi hesab olunub. Xalq inanclarına və qədim əlamətlərə görə, süfrənin üzərində qoyulan bəzi əşyalar evə yoxsulluq, mübahisələr və maliyyə çətinlikləri cəlb edə bilər.
Lent.az xarici mediaya istinadla köhnə inanclara əsasən yemək masasının üzərinə qoyulmaması tövsiyə edilən əşyalar barədə məlumat verir.
Boş qab-qacaq
Yeməkdən sonra masanın üzərində qalan boş boşqablar, fincanlar, vazalar və ya butulkalar pul kisəsində boşluğu simvolizə edir. İnanca görə, bu hal evə yoxsulluq və pul çatışmazlığı gətirir. İstifadə olunmuş bütün qablar yeməkdən dərhal sonra yığışdırılmalı və yuyulmalıdır.
Açarlar
Açarlar mülkiyyətin, anbarların və dəyərlərin rəmzi sayılır. Açarların masanın üzərində qalması insanın öz var-dövlətini göz önünə çıxarması kimi yozulur və bu, pul və ya əmlak itkisinə, hətta oğurluğa səbəb ola bilər. Açarlar üçün xüsusi açarlıqda və ya əvvəlcədən ayrılmış yerdə, məsələn, dəhlizdə saxlanmalıdır.
Pul
Pulun, istər sikkə, istərsə də kağız əskinasların yemək masasının üzərinə atılması və ya orada saxlanılması maliyyə qeyri-sabitliyi əlaməti sayılır. İnanclara görə, pula hörmətsizlik edildikdə o, tez itir. Pul istifadə edildikdən sonra dərhal pul kisəsinə və ya xüsusi saxlanma yerinə qoyulmalıdır.
Problemlər və mübahisələr yaradan əşyalar
Bu əşyaların ailə harmoniyasını poza biləcəyi düşünülür.
Papaq və digər baş geyimləri
Papağın, kepkanın və ya şlyapanın masanın üzərində qoyulması ailədə mübahisə və anlaşılmazlıqlara səbəb ola bilər. Digər bir inanca görə isə bu, ev sakinlərinə xəstəlik cəlb edir. Baş geyimləri şkafda və ya asılqanda saxlanmalıdır. Əgər dərhal yığışdırmaq mümkün deyilsə, stulun üzərinə və ya dizinizin üstünə qoymaq məsləhətdir.
Əlcəklər
Papaq kimi, əlcəklər də üst geyimin bir hissəsi sayılır və onların masanın üzərində qalması uğursuzluq və vacib işlərdə bəxtsizlik əlaməti hesab olunur. Əlcəklər üst geyimlə birlikdə yığışdırılmalıdır.
Zibil və çirkli əski
Masanın üzərində çirkli əski və ya zibil saxlamaq ev ruhuna hörmətsizlik kimi qəbul edilir və yoxsulluğu cəlb etdiyi düşünülür. Çünki masa müqəddəs məkan sayılır. Masa hər zaman təmiz və səliqəli olmalıdır.
Uğur və nizamla bağlı qadağalar
Bu inanclar uğur və gündəlik rituallarla əlaqəlidir.
Daraq və güzgü
Şəxsi gigiyena və zahiri görünüşlə bağlı olan bu əşyaların masanın üzərində qalması məsləhət görülmür. İnanca görə, masanın üzərindəki daraq insan haqqında şayiələrə, güzgü isə ailə daxilində ikiüzlülüyə səbəb ola bilər. Bu əşyalar hamamda və ya yataq otağında saxlanmalıdır.
Masada süfrənin olmaması
Üzərində süfrə və ya salfet olmayan boş masa aclıq və rifahsızlıq rəmzi sayılır. Masa istifadə olunmadıqda belə, üzərində ən azı kiçik bir süfrə və ya səliqəli salfet olmalıdır.
Masayı səhv silmək
Masayı əllə silmək maddi problemlərə işarə edir, çünki bu, rifahın silinməsi kimi yozulur. Kağız salfetlə silmək isə ailə daxilində mübahisələrə səbəb ola bilər. Masa yalnız təmiz əski və ya xüsusi süngər vasitəsilə silinməlidir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 650 Tarix: 21 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424