Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha yaxşıdır?

Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha yaxşıdır?Müasir paltaryuyan maşınlar əvvəlki kimi deyil. Xüsusilə yeni modellərin bəzilərində ondan artıq yuma rejimi mövcuddur. Bundan əlavə, yuma zamanı suyun temperaturu, sıxma sürəti, yuma müddəti və qarışdırma intensivliyi kimi bir çox amillər də nəzərə alınmalıdır.

Lent.az bu yuma rejimlərini təqdim edir:

Niyə bu qədər çox yuma rejimi var?
Yeni məişət texnikası və cihazların ortaya çıxması ilə daim yenilənmələr baş verir və bu yeniliklərin çoxu texnoloji sahə ilə bağlıdır. Bu, paltaryuyan maşınlara da aiddir.

"Paltaryuyan və quruducu maşınların texnologiyası indiyədək heç vaxt olmadığı qədər inkişaf edib. Məqsəd yuma prosesini asanlaşdırmaqla yanaşı, geyimləri daha təmiz, daha sürətli və daha az su və enerji sərf etməklə yumaqdır bu, kifayət qədər iddialı bir məqsəddir", - deyə Petrino vurğulayıb.

Ekspert həmçinin paltaryuyan maşında yuyula bilən geyimlərin sayının artmasına diqqət çəkib.

"İdman geyimlərinin, funksional parçaların populyarlığı və keyfiyyətli, ekoloji materiallara artan maraq insanları qarderobları üçün daha keyfiyyətli geyimlər almağa sövq edir. Bunun əsas səbəbi isə paltarları uzun illər yaxşı vəziyyətdə saxlamaq istəyidir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, idman geyimlərinin geniş yayılması fonunda kapsul yuyucu vasitələrə, ətir gücləndiricilərinə və ekoloji yuma məhsullarına tələbat da artıb.

Hansı yuma rejimindən mütəmadi istifadə etmək olar?
Petrinonun sözlərinə görə, bir çox insan əsasən "normal" və ya "qarışıq yükləmə" rejimindən istifadə edir. Maşınınızda bu rejimin hansı versiyası olmasından asılı olmayaraq, suyun temperaturu və sıxma sürəti müxtəlif parçaların birlikdə təhlükəsiz yuyulması üçün uyğun səviyyədə saxlanılır.

"Bir çox ailə bu universal rejimdən istifadə etsə də, geyimlərə daha yaxşı qulluq və daha yüksək effektivlik verən xüsusi rejimlərlə də tanış olmaq faydalıdır", - deyə ekspert əlavə edib.

Əksər insanlar "qarışıq yükləmə" rejimindən başqa bütün digər rejimləri görməzlikdən gələrək şalvarları, svitşotları, dəsmalları və yataq dəstlərini birlikdə yuyur. Lakin Petrino vurğulayır ki, yataq dəstlərini və geyimləri ayrı-ayrılıqda yumaq yuma keyfiyyətini artıra bilər.

"Parça növünə uyğun yuma rejiminin seçilməsi daha effektiv və zərif yuma təmin edir. Bu, həmçinin corab kimi xırda əşyaların mələfələrin içində ilişib qalmasının qarşısını alır", - deyə o bildirir.

Daha hansı yuma rejimlərindən istifadə etmək lazımdır?
Əgər zərif geyimləriniz varsa, "zərif yuma" rejimini seçmək tövsiyə olunur. Bu rejim incə parçaları qoruyur və "onlarla yuma sonrası belə formasını və yumşaqlığını saxlamasına kömək edir".

"Tez yuma" rejimi isə vaxtınız az olduqda və az miqdarda paltarı yumaq lazım gəldikdə ideal seçimdir. Petrinonun sözlərinə görə, bəzi paltaryuyan maşınlarda 15 dəqiqəlik yuma rejimi mövcuddur ki, bu da həmin gün geyinməli olduğunuz köynəkdəki ləkəni tez aradan qaldırmaq üçün əladır.

Paltaryuyan maşında hansı gözlənilməz əşyaları yumaq olar?

Southern Living-in qeyd etdiyinə görə, Petrino həmçinin xalçaları, bəzi yoqa xalçalarını və hətta müəyyən silikon mətbəx ləvazimatlarını da paltaryuyan maşında yumağın mümkün olduğunu bildirir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 543   Tarix: 21 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.