Avropada maraqlı qış adət-ənənələri: Yeni il hədiyyələrini kim gətirir və niyə?

Avropada maraqlı qış adət-ənənələri: Yeni il hədiyyələrini kim gətirir və niyə?Uşaqlara Yeni il hədiyyələri gətirən obraz Santa-Klausdan xeyli qədimdir. Bu obrazın kökləri Avropanın qədim bütpərəst inanclarına, qış gün dönümü mərasimlərinə və Müqəddəs Nikolay haqqında xristian əfsanələrinə dayanır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmalara görə, dünyanın müxtəlif ölkələrində Yeni il hədiyyələrini eyni nağıl qəhrəmanı gətirmir.

Bəzi yerlərdə bu, xeyirxah qoca, bəzilərində uşaq, mələk, cadugər və ya bir neçə obrazın birləşməsi kimi təqdim olunur. Bütün bu fiqurları isə ümumi bir anlayış birləşdirir, Yeni il hədiyyələrinin paylayıcısı. Bu anlayış qədim inancların, xristian ənənələrinin və folklorun qovuşuğunda formalaşıb.

Tarixçilərin fikrincə, qış dövründə hədiyyə vermək ənənəsi hələ xristianlıqdan əvvəl mövcud olub. Şimali və Mərkəzi Avropada qış gün dönümü ilin ən qısa günü və ən uzun gecəsi xüsusi əhəmiyyət daşıyırdı. İnsanlar bu dövrdə canlılar aləmi ilə ruhlar dünyası arasındakı sərhədlərin daha da zəiflədiyinə inanırdılar.

Skandinaviya mifologiyasında hədiyyə paylayıcısı obrazı tez-tez ali tanrı Odinlə əlaqələndirilir. Yöl bayramı zamanı onun səmada səyahət etdiyi, insanları müşahidə etdiyi düşünülürdü. Uşaqlar Odinin atı üçün yemək qoyur, səhər isə bunun əvəzində hədiyyə tapacaqlarına inanırdılar. Gecə nəsə qoymaq və səhər hədiyyə almaq motivi bu günə qədər bir çox Avropa ənənələrində yaşamaqdadır.

Xristianlığın yayılması ilə bütpərəst inanclar tam yox olmadı, sadəcə yeni məna qazandı. Bu dövrdə əsas fiqur IV əsrdə yaşamış Müqəddəs Nikolay oldu. O, səxavəti və kasıblara gizli yardımı ilə tanınırdı. Məhz onun adı uşaqlara gizlicə hədiyyə vermək ənənəsi ilə bağlanır. Orta əsr Avropasında Müqəddəs Nikolay uşaqların, səyyahların və kənarda qalan insanların himayədarı hesab olunurdu, onun anım günü 6 dekabr isə uşaqlar üçün xüsusi bayrama çevrilmişdi.

Zaman keçdikcə hər bir bölgədə Milad hədiyyələrini gətirən özünəməxsus obraz formalaşıb. Almaniya və Avstriyada bu rolu bəzən körpə İsa və ya mələyə bənzər varlıq yerinə yetirir. Fransada hədiyyələri Milad gecəsi Per Noel gətirir. İtaliyada isə xristian obrazları ilə yanaşı, Epifaniya bayramında hədiyyə paylayan süpürgəli yaşlı qadın Bəfana da mövcuddur. Şimali Avropada isə qış və ev ruhları ilə bağlı folklor personajları qorunub saxlanılıb.

Bu obrazlar hər zaman yalnız mehriban olmayıb. Bəzən onlar tərbiyəli uşaqları mükafatlandırmaqla yanaşı, sözə baxmayanları cəzalandıran fiqurlar kimi də təsvir edilib.

XIX əsrdə ABŞ-da formalaşan Santa-Klaus obrazı isə Müqəddəs Nikolayın, Avropa folklor personajlarının və müasir şəhər mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirib. Məhz bu obraz sonradan dünya miqyasında ən məşhur Milad personajına çevrilərək bir çox yerli ənənələri kölgədə qoyub. Buna baxmayaraq, bir çox ölkələrdə Milad hədiyyəçiləri bu gün də milli və mədəni kimliyin bir hissəsi kimi qorunur.

Tədqiqatçılar qeyd edirlər ki, hədiyyə paylayıcısı obrazı təkcə uşaqlar üçün nağıl deyil. O, səxavət, qayğı, sosial ədalət və ümid ideyalarını simvolizə edir. Xüsusilə ilin sonu və yeni dövrün başlanğıcı ərəfəsində bu dəyərlər daha da önəmli olur.

Məhz buna görə də Müqəddəs Nikolaydan tutmuş folklor varlıqlarına qədər Milad personajları mədəniyyətdə yaşamaqda davam edir və hər dövrdə yenidən mənalandırılır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 680   Tarix: 21 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.