Azərbaycana gələn əcnəbilərin sayı azalıb
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 189 ölkəsindən ümumilikdə 2 milyon 364 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iki faiz azdır.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkəyə gələnlərin 24.2 faizi Rusiya Federasiyasının, 17.6 faizi Türkiyənin, 8.1 faizi İranın, 6.4 faizi Hindistanın, 4.3 faizi Gürcüstanın, 4.2 faizi Səudiyyə Ərəbistanının, 4.1 faizi Qazaxıstanın, 3.5 faizi Pakistanın, 2.6 faizi Çinin, 2.5 faizi İsrailin, 2.4 faizi Özbəkistanın, 1.6 faizi Birləşmiş Ərəb Əmirliklərinin, 1.5 faizi Ukraynanın, 1.3 faizi Türkmənistanın, hər birindən 1.1 faiz olmaqla Belarusun və Böyük Britaniyanın, bir faizi Küveytin, 12.5 faizi isə digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66.7 faizini kişilər, 33.3 faizini qadınlar təşkil ediblər.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2.3 dəfə, Tacikistandan 1.7 dəfə, İordaniyadan 49.6 faiz, Çindən 43.1 faiz, Özbəkistandan 38.6 faiz, Qırğızıstandan 34.9 faiz, Yaponiyadan 26.4 faiz, Qazaxıstandan 20.3 faiz, Pakistandan 12.5 faiz, İtaliyadan 11.4 faiz, Almaniyadan isə 10.3 faiz artıb.
2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4.7 faiz artaraq 111 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2.8 faiz azalaraq 380.8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7.8 faiz azalaraq 804.5 min nəfər olub. Digər ölkələrdən gələnlərin sayı isə 2.5 faiz artaraq 1067.7 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76 faizi hava, 22.7 faizi dəmir yolu və avtomobil, 1.3 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.
2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2.6 faiz azalaraq 1 milyon 947 min nəfər olub. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 20.5 faiz, İrana gedənlərin sayı 6.8 faiz artıb. Rusiya Federasiyasına gedənlərin sayı 31.8 faiz, Türkiyəyə gedənlərin sayı isə 2 faiz azalıb.
Azərbaycan Respublikası vətəndaşlarının 41.6 faizi Türkiyəyə, 14.4 faizi Rusiya Federasiyasına, 10.8 faizi Gürcüstana, 9.5 faizi İrana, 23.7 faizi isə digər ölkələrə səfər edib.
Gedənlərin 63.6 faizini kişilər, 36.4 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69.9 faizi hava, 28.2 faizi dəmir yolu və avtomobil, 1.9 faizi isə dəniz nəqliyyatından istifadə edib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 674 Tarix: 21 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşWhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ
WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri
27.09.2026 293 Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20.09.2026 259 Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20.09.2026 221 Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20.09.2026 288 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
20.09.2026 199 Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20.09.2026 342 Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20.09.2026 247 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
27.09.2026 910 Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
Sağlam qidalanma deyildikdə ilk ağla gələn qidalardan biri olan qatıq tərkibindəki kalsium, zülal və vitaminlərlə qidalanma rejimimizin təməl daşlarını təşkil edir. Lakin market rəflərində və mətbəxlərdə qarşılaşdığımız müxtəlif qatıq növlərinin bədənə təmin etdiyi faydalar bir-birindən xeyli fərqlənir
27.09.2026 225