Turistlərin tanımadığı inanılmaz məkanlar

Turistlərin tanımadığı inanılmaz məkanlarAvropa hər il ən populyar səyahət yerlərindən biri olaraq qalır, lakin tanınmış şəhərlərdə qonaqlar getdikcə daha çox izdiham və şişirdilmiş qiymətlərlə üzləşirlər. Buna görə də turistlər sıxlıq və artıq ödənişlər olmadan eyni səviyyədə tarixi ənənələr, memarlıq şedevrləri və qeyri-adi atmosfer təklif edən, amma daha az tanınan Avropa şəhərlərini nəzərdən keçirməlidirlər.

Oxu.Az xəbər verir ki, "Travel Off Path" nəşri bu meyarlara uyğun olan yeddi Avropa şəhərini istirahət xəritəsinə əlavə etməyi təklif edir.

Vürtsburq, Almaniya

Almaniyanın Bavariya regionu özünün Münhen və Nürnberqi ilə məşhurdur. Lakin bölgə başqa bir incini də özündə gizlədir: Tez-tez "mini-Praqa" adlandırılan Vürtsburq.

Şəhər müqəddəslərin heykəlləri olan qədim körpüsü, qotik qüllələri və demək olar ki, turist izdihamının olmaması ilə diqqət cəlb edir.

UNESCO tərəfindən siyahıya alınmış barokko sarayı olan Vürtsburq iqamətgahı, bütün şəhərin panoramik mənzərələrini təqdim edən Marienberq qalası mütləq görülməli yerlərdir.

Boltsano, İtaliya

Boltsano italyan şəhərindən daha çox Avstriya şəhərinə bənzəyir və bunun da öz səbəbi var. Belə ki, 1919-cu ilə qədər bu məkan Avstriyanın bir hissəsi idi.

Burada italyan dilindən daha çox alman dilində danışılır, mətbəx Tirol ənənələrinə meyl edir və Alp dağları daimi fon rolunu oynayır. Şəhəri tanımağın ən yaxşı yolu labirintə bənzər "Köhnə şəhər"i gəzmək və ya Boltsanonun ürəyi sayılan "Piazza Walther"dən başlamaqdır.

Oradya, Rumıniya

Əvvəllər Avstriya-Macarıstan İmperiyasının bir hissəsi olan Oradya Budapeştin gözəlliyini, Zaqrebin təhlükəsizliyini və Vyana atmosferini birləşdirir.

Burada "Strada Republicii" boyunca gəzintiyə çıxmaq və şüşəli qalereya olan Qara Qartal Sarayına baş çəkmək tövsiyə olunur.

Poznan, Polşa

Əksər turistlər Krakov və Varşavaya gedərkən, Poznan Polşanın ən qiymətləndirilməmiş incilərindən biri olaraq qalır.

Rəngarəng evləri olan Köhnə bazar meydanı, bələdiyyə binası və "Fara Poznanska" kilsəsi açıq hava muzeyi hissi yaradır.

La-Korunya, İspaniya

Əgər Barselona və Madrid izdihamlıdırsa, La-Korunya bu şəhərlərin mükəmməl alternativdir. Şəhər Atlantik sahil xətti, çimərliklər və zəngin tarixə malikdir.

Ən məşhur abidə 2 000 ildən çox yaşı olan və hələ də fəaliyyət göstərən Roma mayaklarından biri Herakl qülləsidir.

Foleqandros, Yunanıstan

Həddindən artıq baha qiymətləri ilə seçilən Santorinidən fərqli olaraq, Foleqandros kruiz gəmilərinin növbə çəkmədiyi orijinal, sakit məkandır.

Ağardılmış evlər, ev mətbəxi və çimərliklər adanı rahat bir tətil üçün ideal hala gətirir.

Tronheym, Norveç

Norveçin ən qədim şəhərlərindən biri olan Tronheym tez-tez Oslo və Bergenin kölgəsində qalır. Amma bu, tamamilə haqsız yerə baş verir.

XI əsr Nidaros kafedral kilsəsi məhz burada yerləşir. Taxta evləri və Kristiansten qalasından fyord mənzərələri olan köhnə şəhər mükəmməl səyahət məkanıdır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 655   Tarix: 28 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.