Günəş haqqında təəccüblü fakt: Əslində bir "cücə ulduz"dur?

Günəş haqqında təəccüblü fakt: Əslində bir "cücə ulduz"dur?Astronomların G2V kodu ilə tanıdığı Günəş milyardlarla ildir hidrogeni yandıraraq enerji istehsal etməyə davam edir. Lakin bu nəhəng enerji mənbəyi kainatdakı digər ulduzlarla müqayisədə kifayət qədər təvazökar ölçülərə malikdir. Bəs Günəş yaşlandıqca hansı dəyişikliklərdən keçəcək?

Qaynarinfo xəbər verir ki, Günəş sistemi­nin mərkəzində yerləşən və ölçüləri ilə hər şeyi kölgəsində qoyan Günəş, astronomiya aləmində gözlənilməz bir anlayışla adlandırılır: "cücə ulduz". Diametri təxminən 1,4 milyon kilometr olan və Yer kürəsindən 100 dəfədən çox böyük bu alov topunun niyə "cücə" kimi təsnif edildiyini anlamaq üçün ulduzların kainatdakı iyerarxiyasına nəzər salmaq lazımdır. Parlaqlığı və mövqeyi Yer üzündən möhtəşəm görünsə də, kosmik miqyasda Günəş daha orta səviyyəli bir yerdə dayanır.

Günəş niyə "cücə" sinfinə daxildir?

Elmi terminlə desək, Günəş "G tipli əsas ardıcıllıq ulduzu", daha dəqiq ifadə ilə G2V ulduzudur. Bu təsnifatda yer alan "V" hərfi astronomiya terminologiyasında ulduzun cücə kateqoriyasına aid olduğunu göstərir. Bu adlandırma sistemi danimarkalı astronom Eynar Hersşprunqun müşahidələrinə əsaslanır.

Hersşprunq müəyyən etmişdi ki, ən qırmızı ulduzlar ya çox parlaq, ya da çox zəif olur. Parlaq olanlara "nəhəng", zəif olanlara isə "cücə" adı verilmişdi. Günəş, nəhəng ulduzlarla müqayisədə ölçü və parlaqlıq baxımından daha kiçik və zəif olduğu üçün bu qrupa daxil edilir.

Sarı görünür, amma əslində ağdır

Günəşin təsnifatındakı "G" hərfi ulduzun səth temperaturunu və rəng diapazonunu ifadə edir. Təxminən 5 500 dərəcə Selsi səth temperaturuna malik olan Günəş nəzəri olaraq sarı ulduzlar sinfinə daxildir. Lakin burada maraqlı bir məqam var: Günəş əslində görünən spektrin bütün rənglərini eyni anda yayır. Bu isə onun real rənginin ağ olması deməkdir. Yer üzündən sarı görünməsinin səbəbi atmosferdə işığın müxtəlif dalğa uzunluqlarının səpələnməsidir. Eyni fiziki proses səmanın mavi görünməsinə də səbəb olur.

Enerji ilə dolu orta yaş dövrü

Kainatdakı ulduzların əksəriyyəti kimi Günəş də "əsas ardıcıllıq" mərhələsindədir. Bu mərhələdə ulduzlar nüvələrində baş verən nüvə reaksiyaları nəticəsində hidrogeni heliuma çevirir və böyük miqdarda enerji buraxır. Ulduzun kütləsi onun rəngini müəyyənləşdirir: daha az kütləli ulduzlar qırmızı və ya narıncı, çox kütləli ulduzlar isə mavi rəngdə parlayır. Günəş bu spektrin ortasında, sabit və tarazlı vəziyyətdə işıq saçmağa davam edir.

Yaşlandıqca böyüyür, amma…

Günəş sabit ölçüdə qalmır. Əsas ardıcıllıq mərhələsinə daxil olduğu vaxtdan bu yana təxminən 10 faiz genişlənib və bu proses davam edir. Bununla belə, ömrünün son mərhələsinə çatana qədər astronomlar onu yenə də "cücə ulduz" kimi təsnif edəcəklər. Öz planet sisteminin hökmranı olan Günəş, kainatın sonsuzluğunda sadəcə orta ölçülü və sabit bir işıq mənbəyi olaraq yoluna davam edir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 751   Tarix: 30 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.