2025-ci ildə kosmik tarixə damğa vuran 12 böyük uğursuzluq

2025-ci ildə kosmik tarixə damğa vuran 12 böyük uğursuzluq2025-ci il kosmik uçuşlar baxımından həm böyük uğurların, həm də diqqətçəkən problemlərin yaşandığı sıx bir il olub. Tarixdə ilk dəfə tam uğurlu bir xüsusi Ay enişi həyata keçirilib, eyni zamanda "Blue Origin"in "New Glenn" raketi səhnəyə çıxıb. Lakin bu nailiyyətlərin yanında, bəziləri olduqca dramatik olan ciddi uğursuzluqlar da baş verib.

Qaynarinfo 2025-ci ildə kosmik tarixə damğa vuran 12 unudulmaz qəza və uğursuz missiyanı təqdim edir.

Qeyd etmək lazımdır ki, bu siyahıda yer almaq bir utanc deyil. Kosmik uçuşlar çox mürəkkəb və çətin proseslərdən ibarətdir. Məsələn, "SpaceX" də ilk dəfə orbitə çatmadan əvvəl dörd dəfə uğursuz olmuşdu.

12. Hindistanın peyk buraxılışı uğursuz oldu

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) 17 may 2025-də EOS-09 adlı Yer müşahidə radar peykini kosmosa göndərməyi planlaşdırdı. Lakin PSLV-XL raketi buraxılmadan təxminən altı dəqiqə sonra üçüncü mərhələdə yaşanan problem səbəbindən missiyanı tamamlamadı. Nəticədə EOS-09 orbitə çatmadan itirildi.

11. "Firefly Aerospace" üçün ikiqat məyusluq

"Firefly Aerospace"in "Alpha" raketi 29 aprel tarixində altıncı uçuşunu etdi. "Lockheed Martin" üçün texnologiya nümayişi daşıyan raket təxminən 320 km hündürlüyə çatdı, lakin üst mərhələdəki problem səbəbindən orbit sürətinə çata bilməyib missiya uğursuz oldu.

Daha sonra 29 sentyabrda "Flight 7" missiyası üçün hazırlanan ilk mərhələ gücləndirici yer testində partladı. Şirkət problemin inteqrasiya mərhələsindəki bir səhvdən qaynaqlandığını açıqladı və 2026-cı ilin əvvəlində yeni bir ilk mərhələ ilə yenidən buraxılış etməyi planlayır.

10. Çinli "Landspace"in "Zhuque-2" raketi uğursuz oldu

Çin mərkəzli "Landspace" tərəfindən hazırlanan metan yanacaqla işləyən "Zhuque-2" raketi 14 avqustda altıncı uçuşunda uğursuz oldu. Jiuquan Kosmik Bazasından buraxılan raketin daşıdığı yük açıqlanmadı. Bu, "Zhuque-2"nin ikinci uğursuzluğu olaraq qeydə alındı.

9. Bir Çin raketi daha: "Ceres-1"

"Galactic Energy" tərəfindən hazırlanmış "Ceres-1" raketi 9 noyabrda iki kommersiya Yer müşahidə peyki və bir universitet kosmik vasitəsi ilə vuraxılıb. İlk üç mərhələ problemsiz olsa da, son mərhələdəki anomaliya missiyanın ləğvinə səbəb oldu.

Mart ayında "ExPace"ə aid "Kuaizhou-1A" raketinin buraxılışdan əvvəl partladığı iddia edilsə də, bu rəsmi olaraq təsdiqlənmədi.

8. Yaponiyanın H3 raketi naviqasiya peykini itirdi

Yaponiya 2025-in sonuna 10 gün qalmış bir uğursuzluq yaşadı. 21 dekabrda "Michibiki 5" naviqasiya peykini daşıyan H3 raketinin ikinci mərhələsində problem meydana gəldi. JAXA peykin yanlış orbitə düşdüyünü və itirildiyini açıqladı.

7. Avropadan ilk orbit sınağı uğursuz oldu

Alman "Isar Aerospace"in "Spectrum" raketi 30 martda Norveçdəki Andoya Kosmik Limanından buraxıldı. Bu uçuş Avropadan həyata keçirilən ilk orbit sınağı idi. Lakin raket qalxışdan cəmi 18 saniyə sonra idarədən çıxaraq yerə düşdü. Şirkət ikinci uçuş üçün hazırlıqları davam etdirir.

6. Avstraliyanın ilk yerli raketi orbitə çata bilmədi

"Gilmour Space"in "Eris" raketi 29 iyulda Boven Kosmik Limanından buraxıldı. Avstraliyanın ilk yerli orbit sınağı olan bu uçuş, raket qalxışdan qısa müddət sonra yan yataraq düşdüyü üçün uğursuz oldu.

5. Cənubi Koreyanın ilk xüsusi raketi də uğursuz oldu

Cənubi Koreyanın "Innospace" şirkəti 22 dekabrda ölkənin ilk xüsusi orbit raketi Hanbit-Nanoyu buraxdı. Lakin raket təxminən bir dəqiqə sonra yaşanan problem səbəbindən yerə düşdü. Beləliklə 2025 yeni raketlər üçün çətin il oldu.

4. Yerə dönüşdə uğursuz olan gücləndiricilər

2025-də dörd fərqli raketin ilk mərhələ gücləndiricisi eniş zamanı itirildi: "Blue Origin"in "New Glenn"i, "SpaceX Falcon 9", "Landspace Zhuque-3" və Çin "Long March 12A" raketi.

Hər nə qədər bu missiyaların hamısı orbitə uğurla çatmış olsa da, eniş sınaqları texniki olaraq uğursuz sayıldı. Yenə də bu cəhdlər, təkrar istifadə edilə bilən raket texnologiyası üçün əhəmiyyətli təcrübələr təqdim etdi.

3. ABŞ-ın xüsusi Ay vasitəsi "yıxıldı"

"Intuitive Machines" tərəfindən hazırlanan "Athena" eniş vasitəsi 6 martda Ayın cənub qütbünə yaxın bir bölgəyə uğurla eniş etdi. Lakin qısa müddət sonra yıxıldı. Bu, bəzi elmi yükün işləməsini əngəllədi və vasitə kifayət qədər günəş enerjisi toplaya bilmədi. Şirkət "Athena" missiyasını bir gün sonra dayandırdı. Bu, "Intuitive Machines"in bir il içində ikinci oxşar hadisəsi oldu.

2. Yaponiya "iSpace" Ay-a sərt eniş etdi

Tokyo mərkəzli "iSpace", 5 iyun tarixində "Resilience" adlı eniş vasitəsi ilə Aya enməyi planladı. Lakin vasitə Mare Frigoris bölgəsinə sərt eniş edərək itirildi. Bu, şirkətin 2023-dən sonra ikinci uğursuz Ay eniş cəhdi oldu. "iSpace" yeni sınaq üçün 2027-ci ili hədəfləyir.

1. "Starship" testlərində göy işıqlandı

"SpaceX"in indiyə qədər hazırladığı ən böyük raket olan "Starship" 2025-də beş test uçuşu etdi. İlk üç uçuşda ciddi problemlər yaşandı; bəzi missiyalarda üst mərhələ partladı, bəzilərində hər iki mərhələ itdi.

İyun ayında test dayanacağında baş verən partlayış proqram üçün böyük zərbə oldu. Lakin "SpaceX" avqust və oktyabr uçuşlarında uğura nail oldu. Şirkət hazırda Mars üçün hazırlanan "Starship" "Version 3" üzərində işləyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 625   Tarix: 31 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş

10:14 146
.

Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada

13:00 0
.

Bakıda torpaq sahələri BAHALAŞDI

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım

05.10.2026 255
.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

05.10.2026 315
.

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi

"Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayd

10:16 135
.

Trampdan İranla bağlı sərt açıqlama: "Böyük qələbə" gözləyirəm

ABŞ prezidenti Donald Tramp Nebraskada tərəfdarları qarşısında çıxışı zamanı İranla münaqişənin iki Amerika şəhərinin - Los-Anceles və San-Dieqonun - məhvinə səbəb ola biləcəyini bildirib. " xəbər verir ki, Tramp İslam Respublikası üzərində "böyük qələbə" gözlədiyini deyib. O, bu nətic

10:21 130
.

Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.

12:03 108
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 324
.

Anasının fotosunu paylaşıb bunları yazdı

Müğənni Rüfət Axundov Müəllimlər Günü münasibətilə anası Ruhəngiz xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb. R.Axundov qeyd edib ki, anası həm ilk müəllimi, həm də həyatında ən böyük yol göstərəni olub:

05.10.2026 338
.