"ChatGPT" işçi axtarır - 555 min dollar maaşa
"ChatGPT"ni yaradan "OpenAI" süni intellektin yarada biləcəyi risklərlə mübarizə aparmaq məqsədilə "Hazırlıq rəhbəri" (Preparedness Lead) vəzifəsi üzrə yeni yüksək səviyyəli icraçı axtarır.
"Qafqazinfo" xəbər verir ki, şirkətin baş direktoru Sem Altman "X"də paylaşdığı açıqlamada bu vəzifənin yüksək məsuliyyət və stres tələb etdiyini xüsusi vurğulayıb.
Yeni yaradılan bu vəzifə süni intellekt modellərinin kibertəhlükəsizlik, bioloji risklər, insanın əqli sağlamlığı kimi sahələrdə yarada biləcəyi potensial təhdidləri öncədən müəyyənləşdirməyi və məhdudlaşdırmağı hədəfləyir.
Sem Altmanın sözlərinə görə, süni intellektin əqli sağlamlığa mümkün təsirləri artıq 2025-ci ilə qədər müşahidə olunmağa başlayıb. O, bu sistemlərin kompüter təhlükəsizliyi sahəsində ciddi zəiflikləri aşkar edə biləcək səviyyəyə çatdığını bildirib.
"OpenAI"nin iş elanına əsasən, "Hazırlıq rəhbəri" illik 555 min ABŞ dolları maaş, əlavə olaraq şirkət səhmləri əldə edəcək.
Bu şəxs süni intellekt sistemlərinin imkanları artdıqca təhlükəsizlik standartlarının da eyni templə genişləndirilməsini təmin edən proqramlara rəhbərlik edəcək.
Şirkət bu addımla texnoloji irəliləyişlərdən faydalanmaqla yanaşı, potensial sui-istifadə ssenarilərini minimuma endirməyi qarşısına məqsəd qoyur.
"OpenAI"nin bu qərarı son dövrlərdə şirkətə yönəlmiş tənqidlər və ittihamlardan sonra atılıb. "ChatGPT"nin bəzi həssas istifadəçilərdə əqli sağlamlıq problemlərini dərinləşdirə və çaşdırıcı təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar müəyyən hallarda məhkəmə proseslərinə səbəb olub.
Şirkət bildirir ki, yeni yaradılan bu bölmə vasitəsilə qabaqcıl süni intellekt modelləri bazara təqdim olunmazdan əvvəl daha ciddi təhlükəsizlik yoxlamalarından keçiriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3329 Tarix: 31 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"
Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri
05.10.2026 315 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca
05.10.2026 362 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar
10:10 142 Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.
12:03 108 Duracaq və qarajlarla bağlı - Dəyişiklik
"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy
12:23 86 Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş
10:14 146 Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA
Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini
12:33 61 Anasının fotosunu paylaşıb bunları yazdı
Müğənni Rüfət Axundov Müəllimlər Günü münasibətilə anası Ruhəngiz xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb. R.Axundov qeyd edib ki, anası həm ilk müəllimi, həm də həyatında ən böyük yol göstərəni olub:
05.10.2026 338 Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır
İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını
05.10.2026 298