2026-cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

2026-cı ilin ilk günündən qüvvəyə minən QANUNLARBu gündən Azərbaycanda bir sıra yeni qanunlara və qanunvericilik aktlarına edilən dəyişikliklər qüvvəyə minir. Bu normativ aktlar, əsasən, sosial təminat, vergi, maliyyə, sosial sığorta və dövlət idarəçiliyi sahələrini əhatə edir.

Oxu.Az ilin ilk günündə qüvvəyə minən qanunları təqdim edir:

"2026-cı il dövlət büdcəsi haqqında" Qanun. Milli Məclisin 2025-ci il dekabrın 9-da təsdiq etdiyi qanuna əsasən, büdcə gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat məbləğində olacaq.
Bundan başqa, Vergi Məcəlləsinə də dəyişiklik edilir ki, bu da üç blokdan ibarət olmaqla ümumilikdə 45 əsas maddə üzrə 145 istiqaməti əhatə edir.

Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri və vergidən azadolmalar Naxçıvana də şamil ediləcək. Sənədə görə, Naxçıvanın rezidenti dedikdə Muxtar Respublikada və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşüləcək.

Rezidentlər 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediləcəklər.

Həmçinin yanvarın 1-dən Naxçıvana münasibətdə aşağıdakılar qüvvəyə minir:

- Rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad ediləcək;

- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad ediləcək;

- İnvestisiya təşviqi sənədini almış Naxçıvanın rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad ediləcək;

- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən ediləcək.

Qanuna edilən dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtobusların idxalı və satışı ƏDV-dən azad edilir. Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı 2026-cı il yanvarın 1-dən bir il müddətinə ƏDV-dən azad ediləcək. Qeyd edək ki, bu günə qədər yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad idi.

Əlavə edək ki, yanvarın 1-dən hibrid və elektrik mühərrikli minik avtomobillərinin idxalı və satışına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) güzəştinin müddəti başa çatıb.

Qanunvericiliyə edilən digər dəyişiklik isə ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlıdır.
Belə ki, 2026-cı il yanvarın 1-dən üç il müddətinə ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir (mənfəət) vergisindən azad ediləcək. Qeyd olunan maddədə bildirilir ki, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən üç il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Digər dəyişikliyə görə isə media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılıb.
Belə ki, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar 2029-cı il yanvarın 1-dək gəlir vergisindən azad ediləcək.

Həmçinin media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycanda daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi 2029-cı il yanvarın 1-dək ƏDV-dən azad ediləcək.
Dəyişikliyə qədər sözügedən güzəştlər 2023-cü il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü üç milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı 2029-cu il yanvarın 1-dək müddətinə ƏDV-dən azad ediləcək.

Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernizasiyası layihəsinin maliyyə xərclərinin azaldılması, cəlb olunan vəsaitlərin birbaşa investisiyaya yönəldilməsi, AVRO-5 standartlarına uyğun benzin və dizel istehsalı məqsədilə zavodun yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalının ƏDV-dən azad edilməsi müddəti daha üç il artırılıb.
Sözügedən güzəştlər 2021-ci il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.

Digər dəyişikliyə əsasən isə ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi 2031-ci il yanvarın 1-dək ƏDV-dən azad ediləcək.
Sözügedən güzəştlər 2017-ci il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.

Həmçinin bəzi tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilib.
Alışdırılmadan nəfəsə çəkilən, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz 1 000 ədədə görə 16 manatdan 25,5 manata qaldırılır.

Digər çəkməli tütünlər, çeynənilən və ya buruna çəkilən məhsullar üzrə aksiz yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata yüksəlir.

Bundan başqa, "Sosial sığorta haqqında" Qanunda da müəyyən dəyişikliklər edilib ki, bu müddəalardan bəziləri ilin ilk günü qüvvəyə minəcək.
Belə ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının tutulma qaydası dəyişdirilib. Mövcud qanunvericiliyə görə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

- sahibkarlıq fəaliyyəti üzrə 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında.

Dəyişikliyə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:

- sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən çox olmamaq şərti ilə gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında.

"Gömrük tarifi haqqında" Qanunda dəyişikliyə əsasən isə gömrük rüsumlarından azadetmə hallarının daha dəqiq tənzimlənməsi, yeni azadetmə halları müəyyən olunub.

Yeni azadolmalara aiddir:

- müvafiq təsdiqedici sənəd əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin (2026-cı il yanvarın 1-dən 7 il müddətinə) idxalı.

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad ediləcək;

- investisiya təşviqi sənədini almış Naxçıvanın rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad ediləcək;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad ediləcək.

Bundan başqa, qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər. Bununla bağlı "Tibbi sığorta haqqında" Qanuna dəyişiklik olunub. Həmin şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər. Qeyd edilən şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq. Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyəcəklər.
Həmçinin 2026-cı ildən etibarən yaşayış minimumu ölkə üzrə 300 manat, əməkqabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən olunub. Bununla bağlı "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Qanuna müvafiq dəyişiklik edilib.

Geridə qoyduğumuz ildə bu rəqəmlər müvafiq olaraq 285 manat, 305 manat, 232 manat və 246 manat məbləğində idi.

Bundan başqa, 2026-cı il üçün ehtiyac meyarının həddi də müəyyənləşdirilib.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq olunub. Daha əvvəl bu məbləğ 285 manat idi.

2025-ci ildə "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Konstitusiya Qanununda dəyişiklik olunub. Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişib. Belə ki, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda fəaliyyəti haqqında hesabat verəcək.
lin ilk günündə qüvvəyə minəcək qanunlardan biri də xüsusi icra məmuru haqqındadır.

Qanuna əsasən, xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir, fəaliyyətini peşəkar əsaslarla həyata keçirəcək. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilməyəcək. Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmayacaq.

Bundan başqa, "Qaz təchizatı haqqında" yeni qəbul olunan Qanun da bəzi istisnalar nəzərə alınmaqla bu gündən qüvvəyə minib və "Qaz təchizatı haqqında" 1998-ci il 30 iyun tarixli Qanun ləğv edilib.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən isə Azərbaycanda istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.

Qanun 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə isə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 594   Tarix: 01 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni məlumat

"Qazaxıstan AZAL təyyarəsinin qəzasının səbəblərinin texniki araşdırılması üçün zəruri olan müayinələrin nəticələrini avadanlıq istehsalçılarından alıb. Hazırda komissiya üzvləri, o cümlədən Rusiya ilə birlikdə nəticələri yekunlaşdırırıq". -ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanı

20.03.2026 318
.

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - Video

Leyla Əliyeva Ramazan bayramı münasibəti ilə paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram səhifəsində video paylaşıb. "Ramazan Bayramınız mübarək, - deyə qeyd edib

20.03.2026 115
.

Kəlbəcər sakini: Ən böyük xəyalım evimi görmək idi (VİDEO)

Əliyevlər ailəsi Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsində məskunlaşıblar. Onlar 35 illik ayrılıqdan sonra öz doğma yurdlarına qayıdıblar. Baku TV Əliyevlər ailəsinin qonağı olub, onların təəssüratını öyrənib. Doğma yurda qayıtmağın sevincini yaşayan sakin Rasim Əliyev bildirib ki, illərdir b

20.03.2026 174
.

QMİ sədri: "Raketlər sussun, qələmlər danışsın"

Allahşükür Paşazadə Yaxın Şərqdə və regionda baş verən gərginliyə münasibət bildirib. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlama verib. O bildirib ki, duaları tərəflərin razılığa gəlməsi yönündədir:. "Raketlər

20.03.2026 212
.

Alimlər Günəş işığını yanacağa çevirməyin yeni effektiv üsulunu kəşf etdi

Fotokataliz günəş enerjisinin böyük miqdarını faydalı kimyəvi enerjiyə çevirmək üçün perspektivli üsullardan biri hesab olunur. Bu sahədə alimlər yeni bir irəliləyiş əldə ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Mediafax" yazır. Qeyd olunur ki, getdikcə daha çox diqqət çəkən materialla

20.03.2026 141
.

Ağdam Cümə Məscidində bayram namazı qılındı

Ağdam Cümə Məscidində bayram namazı qılınıb. "Qafqazinfo" xəbər verir ki, uzun illər işğal dövründə ciddi zərər görmüş məsciddə bu cür dini mərasimlərin yenidən keçirilməsi bölgədə həyatın bərpasının mühüm göstəricisi kimi qiymətləndirilir. Bayram namazında iştirak edənlər birlik, həmrəyli

20.03.2026 203
.

Qızıl ucuzlaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Bizim.Media birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,93% azalaraq 4 850.80 ABŞ dollarına bərabə

19.03.2026 322
.

Aİ liderləri Yaxın Şərqdə gərginliyi müzakirə edir

Avropa İttifaqına üzv ölkələrin liderləri Brüsseldə toplaşır. APA Avropa İttifaqı Şurasına istinadən xəbər verir ki, 19-20 mart tarixlərində keçiriləcək iclasa Aİ Şurasının Prezidenti Antonio Koşta sədrlik edəcək. Məlumata görə, görüşdə Yaxın Şərqdəki hərbi gərginlik və İrandakı vəziyyət, eləcə də bunları

19.03.2026 263
.

İsrail ordusu SEPAH-ın "Mi-17" helikopterini məhv edib

İsrail Hərbi Hava Qüvvələri Həmədanda "Sənəndəc" Hava Limanında SEPAH-a məxsus "Mi-17" helikopterini məhv edib. APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. İsrail ordusu SEPAH-ın Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini zəiflətmək və İranın qərbind

19.03.2026 287
.

TOP MP3