Bu gündən Naxçıvanda sahibkarlığın inkişafı üçün yeni vergi güzəştləri tətbiq ediləcək
Naxçıvan Muxtar Respublikasının rezidentləri bu gündən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən və gömrük rüsumlarından azad edilib.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" haqqında qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının rezidentləri olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-ci il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.
Vergi Məcəlləsinə edilən əlavələrə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı bu gündən etibarən 10 il müddətinə ƏDV-dən azad edilib.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı bu gündən etibarən 10 il müddətinə ƏDV-dən azad olunub.
Dəyişikliyə əsasən, bu mallar həmin dövrdə həm də gömrük rüsumlarından azad edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 419 Tarix: 01 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş
10:14 146 Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada
13:00 0 Bakıda torpaq sahələri BAHALAŞDI
Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım
05.10.2026 255 Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib
İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin
05.10.2026 315 YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi
"Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayd
10:16 135 Trampdan İranla bağlı sərt açıqlama: "Böyük qələbə" gözləyirəm
ABŞ prezidenti Donald Tramp Nebraskada tərəfdarları qarşısında çıxışı zamanı İranla münaqişənin iki Amerika şəhərinin - Los-Anceles və San-Dieqonun - məhvinə səbəb ola biləcəyini bildirib. " xəbər verir ki, Tramp İslam Respublikası üzərində "böyük qələbə" gözlədiyini deyib. O, bu nətic
10:21 130 Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.
12:03 108 İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb
05.10.2026 324 Anasının fotosunu paylaşıb bunları yazdı
Müğənni Rüfət Axundov Müəllimlər Günü münasibətilə anası Ruhəngiz xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb. R.Axundov qeyd edib ki, anası həm ilk müəllimi, həm də həyatında ən böyük yol göstərəni olub:
05.10.2026 338