Finlandiyada azərbaycanlıların da olduğu gəmi saxlanıldı

Finlandiyada azərbaycanlıların da olduğu gəmi saxlanıldıFinlandiya polisi dekabrın 31-də Rusiyadan çıxaraq İsrailin Hayfa limanına doğru hərəkət edən ticarət gəmisini saxlayıb. Buna səbəb Finlandiya körfəzi vasitəsilə Helsinkidən Estoniyaya çəkilmiş sualtı telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı şübhələrdir.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı Finlandiya hüquq-mühafizə orqanları işi "ağırlaşdırıcı hallar altında telekommunikasiya sistemlərinin işinə müdaxilə", eləcə də "diversiya və diversiyaya cəhd" maddələri ilə araşdırır. Saxlanılan "Fitburg" adlı quru yük gəmisinin göyərtəsində olan 14 ekipaj üzvü - Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşları həbs edilib.

Finlandiyanın "Elisa" telekommunikasiya şirkəti dekabrın 31-i səhər saatlarında kabeldə nasazlıq aşkar etdikdən sonra bu barədə səlahiyyətli qurumlara məlumat verib. Hadisə yerinə göndərilən vertolyot və patrul gəmisi Finlandiya körfəzində lövbər salmış şübhəli gəmini müəyyən edib. Sahil mühafizəsinin əmri ilə gəmi Finlandiyanın ərazi sularına gətirilib.

Finlandiya sahil mühafizəsinin məlumatına görə, 132 metr uzunluğunda olan "Fitburg" gəmisi Sent-Vinsent və Qrenadinlər bayrağı altında üzür və Sankt-Peterburqdan Hayfaya yük daşıyırmış. Əməliyyata Helsinki Polis Departamenti rəhbərlik edib, istintaq Milli Təhqiqat Bürosu ilə birgə aparılır. İş üzrə Baş Prokurorluq da rəsmi şəkildə prosesə cəlb olunub.

Finlandiya rəsmiləri hadisənin qəsdən törədilib-törədilmədiyi ilə bağlı hələlik ehtimallar irəli sürmədiklərini bildirirlər. Baş prokurorun müavini Yukka Rappe qeyd edib ki, kabelin təsadüfən zədələnməsi ehtimalı da istisna olunmur. Prezident Aleksandr Stub isə Finlandiyanın təhlükəsizlik çağırışlarına hazır olduğunu bəyan edib.

Bu arada Estoniya hökuməti də eyni gün Finlandiyanı Estoniya ilə birləşdirən ikinci telekommunikasiya kabelində nasazlıq qeydə alındığını açıqlayıb. Estoniya prezidenti Alar Karis baş verənlərdən narahatlığını ifadə edib.
Gəminin sahibi kimdir?

Finlandiyanın nüfuzlu "Helsingin Sanomat" qəzeti yazır ki, saxlanılan "Fitburg" gəmisi Fitburg Shipping Co Ltd şirkətinə məxsusdur və idarəedilməsi Türkiyədə qeydiyyatdan keçmiş Albros Shipping & Trading Ltd tərəfindən həyata keçirilir. Marine Traffic-in məlumatlarına əsasən, Albros şirkətinin əsas səhmdarı Türkiyə-Rusiya dəniz daşımalarında mühüm fiqur sayılan Raim Ələkpərovdur. Onun şirkətdəki payı 76 faiz təşkil edir.

Qəzetin yazdığına görə, onun azərbaycanlı olması ehtimal edilir. Albros Shipping & Trading-in onlarla quru yük gəmisi və tankeri var və bu gəmilər Rusiya, Azərbaycan və Türkiyə bazarlarında fəaliyyət göstərir. Şirkətin Sankt-Peterburqda yerləşən Albros-Petersburg adlı törəmə müəssisəsi də mövcuddur. Keçmişdə Albros-a məxsus bir sıra gəmilərin Rusiya bayrağı altında, əsasən rusiyalı dənizçilər tərəfindən istismar edildiyi bildirilir.

Hazırda Albros Shipping & Trading-ə qarşı beynəlxalq sanksiyalar tətbiq edilməyib. Lakin onun törəmə şirkətlərindən biri əvvəlki illərdə Krımla bağlı sanksiyaları pozmaqda ittiham olunub. Belə ki, Albros Petersburg Shipping-ə məxsus "Amur 2515" gəmisi 2017-ci ildə Sevastopol limanına daxil olub.

Finlandiya tərəfi gəmidə əlavə yoxlamaların aparılacağını, o cümlədən Traficom agentliyinin port nəzarəti, gömrük orqanlarının isə sanksiyalara zidd yüklərin olub-olmadığını araşdıracağını açıqlayıb. Elisa şirkəti isə kabelin zədələnməsinin xidmətlərin fəaliyyətinə təsir etmədiyini və trafiklərin alternativ xətlərə yönləndirildiyini bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 487   Tarix: 01 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"

Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri

05.10.2026 315
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 362
.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

10:10 142
.

Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.

12:03 108
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

12:23 86
.

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş

10:14 146
.

Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA

Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini

12:33 61
.

Anasının fotosunu paylaşıb bunları yazdı

Müğənni Rüfət Axundov Müəllimlər Günü münasibətilə anası Ruhəngiz xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb. R.Axundov qeyd edib ki, anası həm ilk müəllimi, həm də həyatında ən böyük yol göstərəni olub:

05.10.2026 338
.

Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır

İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını

05.10.2026 298
.