Çin-Tayvan gərginliyi YENİDƏN ALOVLANIR - Ordu döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

Çin-Tayvan gərginliyi YENİDƏN ALOVLANIR - Ordu döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİTayvan dünən adanın ətrafında keçirilmiş genişmiqyaslı Çin hərbi təlimlərinə cavab olaraq yüksək səviyyəli döyüş hazırlığı vəziyyətini davam etdirir.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, "Justice Mission 2025" adlı təlimlər zamanı onlarla raket Tayvana doğru atılıb, həmçinin adanın yaxınlığında çoxsaylı hərbi gəmilər və aviasiya qüvvələri yerləşdirilib.

Bu hərəkətlər Tayvanın bölgədəki və Qərbdəki tərəfdaşları arasında narahatlıq yaradıb.

Çərşənbə gecəsi Pekin təlimlərin başa çatdığını elan edib, lakin Çinin silahlı qüvvələrinin yüksək döyüş hazırlığını qoruyacağını və potensiallarını gücləndirməyə davam edəcəyini vurğulayıb.
Tayvan Müdafiə Nazirliyi isə bildirib ki, hələ də bölgədə əhəmiyyətli sayda Çin təyyarəsi və gəmi olduğu üçün adanın silahlı qüvvələri "müvafiq cavab mexanizmini" saxlayacaq.

Nazirlik əlavə detalları açıqlamayıb. Bəyanatda həmçinin vurğulanıb ki, "Çin Kommunist Partiyasının aqressiv və militarist təxribatları regional təhlükəsizlik və sabitliyə təhdid yaradır və beynəlxalq ictimaiyyətin demokratik tərəfdaşları tərəfindən pislənilib".

Çin Xalq Respublikasının sədri Si Cinpin Yeni il müraciətində Tayvan mövzusuna yenidən toxunaraq, Pekin tərəfindən adanın müstəqilliyini dəstəkləyən qüvvələrə qarşı keçən ilki xəbərdarlıqlarını təkrarlayıb. O, deyib ki, "Tayvan boğazının hər iki tərəfindəki həmvətənlər qan bağları ilə birləşib və milli birliyin tarixi tendensiyası dayandırıla bilməz".

Tayvan Okean İşləri Şurasının rəhbəri Kuan Bi Lin isə bildirib ki, çərşənbə axşamı günortadan sonra Çin gəmiləri adadan uzaqlaşmağa başlayıb.

"Dənizdə vəziyyətistabilləşib, gəmilər tədricən bölgəni tərk edir", - deyə o, Facebook səhifəsində yazıb.

Tayvan Sahil Mühafizəsinin nümayəndəsi Reuters agentliyinə bildirib ki, bütün 11 Çin sahil mühafizə gəmisi adanın sularını tərk edib. Eyni zamanda, Tayvan təhlükəsizlik xidmətlərindən bir mənbə bildirib ki, ordu və sahil mühafizəsinin fövqəladə cavab mərkəzləri fəaliyyətini davam etdirir.

Qeyd edək ki, regionda 90-dan çox Çin hərbi və sahil mühafizə gəmisi yerləşmişdi. Onların əksəriyyəti Cənubi Çin dənizi, Tayvan ətrafı və Şərqi Çin dənizində yerləşdirilmişdi.

Üstəlik, hərbi dəniz qruplaşmasının sayının həftənin əvvəlindən ardıcıl olaraq artdığı bildirilib.

Xatırladaq ki, Çin Tayvanı öz ərazisi hesab edir və üzərində nəzarət qurmaq üçün zorakılıqdan
istifadəni istisna etmir. Tayvan isə bu iddiaları rədd edir və son təlimləri regional təhlükəsizlik üçün təhdid və açıq təxribat kimi pisləyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 514   Tarix: 01 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş

10:14 146
.

Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada

13:00 0
.

Bakıda torpaq sahələri BAHALAŞDI

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım

05.10.2026 255
.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

05.10.2026 315
.

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi

"Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayd

10:16 135
.

Trampdan İranla bağlı sərt açıqlama: "Böyük qələbə" gözləyirəm

ABŞ prezidenti Donald Tramp Nebraskada tərəfdarları qarşısında çıxışı zamanı İranla münaqişənin iki Amerika şəhərinin - Los-Anceles və San-Dieqonun - məhvinə səbəb ola biləcəyini bildirib. " xəbər verir ki, Tramp İslam Respublikası üzərində "böyük qələbə" gözlədiyini deyib. O, bu nətic

10:21 130
.

Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.

12:03 108
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 324
.

Anasının fotosunu paylaşıb bunları yazdı

Müğənni Rüfət Axundov Müəllimlər Günü münasibətilə anası Ruhəngiz xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb. R.Axundov qeyd edib ki, anası həm ilk müəllimi, həm də həyatında ən böyük yol göstərəni olub:

05.10.2026 338
.