Təzyiqi salır, qanı duruldur: həkimlərin tövsiyə etdiyi sadə göyərti
Təzə göyərtilər vitamin, mineral və antioksidantlarla zəngin olduğu üçün mütəxəssislər tərəfindən gündəlik qidalanmada xüsusi tövsiyə olunur. Mətbəximizdə tez-tez istifadə etdiyimiz yaşıl bitkilər arasında isə biri öz faydaları ilə digərlərindən seçilir şüyüd.
Milli.Az-ın məlumatına görə, TSN yazır ki, ətirli dadı ilə salatlara, şorbalara və müxtəlif yeməklərə əlavə edilən şüyüd təkcə dadverici deyil, eyni zamanda orqanizm üçün güclü dəstək mənbəyidir.
Bu göyərti bütöv sağlamlığa müsbət təsir göstərən təbii "superqida" hesab olunur.
Şüyüd niyə faydalıdır?
Şüyüd C, A və K vitaminləri ilə yanaşı, kalsium, kalium, maqnezium, dəmir və manqan kimi vacib mineralları özündə cəmləşdirir. Tərkibindəki flavonoidlər və terpenoidlər güclü antioksidant təsir göstərərək iltihabların azalmasına, hüceyrələrin qorunmasına və ürək-damar sisteminin möhkəmlənməsinə kömək edir. Efir yağları isə antibakterial xüsusiyyətlərə malikdir.
Şüyüdün orqanizmə təsiri
Ürək və damar sağlamlığı
Şüyüd "pis" xolesterinin azalmasına, damar elastikliyinin artmasına və arterial təzyiqin tarazlanmasına yardım edir. Bu da infarkt və insult riskini aşağı sala bilər.
Sümük və oynaq dəstəyi
Kalsium, maqnezium və K vitamini sümük toxumasının möhkəmlənməsində mühüm rol oynayır, yaş artdıqca sümüklərin zəifləməsinin qarşısını almağa kömək edir.
Qan şəkərinin tənzimlənməsi
Araşdırmalara görə, şüyüdün müntəzəm qəbulu qanda şəkərin səviyyəsinin azalmasına və insulinə həssaslığın yaxşılaşmasına müsbət təsir göstərə bilər.
Həzm sisteminə faydası
Şüyüd köp, sancı və həzm problemlərinin azalmasına yardım edir, mədə turşuluğunu balanslaşdıra bilər.
Gəncləşdirici təsir
Antioksidantlar hüceyrələri qoruyur, kollagen sintezini dəstəkləyir və dərinin elastikliyinin saxlanmasına kömək edir.
Qanın durulması
Şüyüd qan dövranını yaxşılaşdırır, trombların yaranma riskini azalda bilər və damar sağlamlığını dəstəkləyir.
Kimlər diqqətli olmalıdır?
Faydalı xüsusiyyətlərinə baxmayaraq, şüyüd bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə yerkökü, kərəviz və cəfəriyə qarşı həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Nadir hallarda dəri səpgiləri, qaşınma və həzm pozğunluqları müşahidə edilə bilər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇox öskürənlər bunu oxusun
Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi
08.11.2026 569 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 895 Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?
Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların
01.11.2026 923 Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa
15.11.2026 304 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 791 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 838 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 1196 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 664 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654