Limon və zəncəfilli çay həqiqətən sağlamlıq üçün faydalıdırmı?
Son dövrlərdə sosial şəbəkələrdə özünü daha yaxşı hiss etmək üçün yayılan trendlərdən biri limon və zəncəfilli çayın içilməsidir. Diyetoloqların sözlərinə görə, bu kombinasiyanın doğrudan da bir çox faydalı xüsusiyyəti var.
Qaynarinfo xəbər verir ki, bu barədə "Prevention" nəşri yazır.
"Zəncəfil ən çox həzmi yaxşılaşdırmaq və ürəkbulanmanı azaltmaq qabiliyyəti ilə tanınır, limon isə antioksidant xüsusiyyətləri ilə məşhurdur. Birlikdə onların bioaktiv birləşmələri, o cümlədən antioksidant potensialı bir növ enerji mənbəyi rolunu oynayır", deyə sertifikatlı diyetoloq və "Carrots & Cookies" platformasının qurucusu Kristi Rut bildirib.
Bununla belə, limon və zəncəfilli çayı sevmirsinizsə, sağlamlıq üçün faydalı xüsusiyyətlərə malik olan bir çox alternativ içki növləri də mövcuddur.
Məqalədə qeyd olunur: "Limonlu su və zəncəfil şotları da limon və zəncəfilli çayla eyni faydaların çoxuna malikdir, yəni kifayət qədər seçim var".
Limon-zəncəfil çayı nədir?
Diyetoloq Cessika Kordinqin sözlərinə görə, bu çay adətən isti suya təzə limon şirəsi və zəncəfil əlavə olunmaqla hazırlanır: "O cümlədən təzə zəncəfil istifadə etdikdə, maksimum fayda əldə etmiş olursunuz".
Bəzi insanlar dadı yumşaltmaq üçün qarışığa aqava şərbəti, ağcaqayın siropu və ya bal da qatırlar.
Limon-zəncəfil çayının faydaları:
Həzmi yaxşılaşdıra bilər
"Limon və zəncəfilli çay zəncəfil və limonun faydalı xüsusiyyətlərini sakitləşdirici bir içkidə birləşdirərək sağlam həzmi dəstəkləyə bilər. Zəncəfil tərkibində həzm fermentlərinin ifrazını stimullaşdıran, bağırsaq hərəkətliliyini yaxşılaşdıran və qidanın daha effektiv parçalanmasına kömək edən gingerol kimi birləşmələr saxlayır. Limon turş olsa da, əslində mədədə təbii olaraq mövcud olan duz turşusundan daha az turşudur", deyə diyetoloq Skott Kitli izah edib.
Bundan əlavə, limon kiçik miqdarda kalium təmin edir ki, bu da həzm traktında əzələ yığılmalarına kömək edə bilər.
Ürəkbulanmanı azalda bilər
Kordinqin sözlərinə görə, ürəkbulanmanın azalmasında əsas rolu zəncəfil oynayır: "Zəncəfilin ürəkbulanma üzərində təsiri əsasən onun tərkibindəki gingerol və şoqaol adlı aktiv birləşmələrlə bağlıdır. Bu maddələr bağırsaqdakı serotonin reseptorları ilə qarşılıqlı təsirə girərək beyinə gedən ürəkbulanma siqnallarını azaldır".
Diyetoloq əlavə edib ki, əsas təsir zəncəfilə məxsus olsa da, limonun ətri də mərkəzi sinir sistemini sakitləşdirərək, ürəkbulanma zamanı rahatlamağa kömək edə bilər.
Bağırsaqların fəaliyyətini dəstəkləyə bilər
"Limonun tərkibində limonen adlı birləşmə var ki, o həzmi dəstəkləyir və qidanın bağırsaqlarda irəliləməsinə kömək edə bilər", deyə Kordinq vurğulayıb.
Kitlinin sözlərinə görə, zəncəfil istehlakı həm də hidratasiya amilinə təsir göstərir və bu, belə çayı içdikdən sonra tualetə getməyin əsas səbəblərindən biridir: "Düzgün hidratasiya nəcisi yumşaldır, onun keçməsini asanlaşdırır və müntəzəm bağırsaq boşalmasını dəstəkləyir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı
Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b
04.09.2026 352 Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12.09.2026 274 Sarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12.09.2026 449 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu
D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə
23.09.2026 259 Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib. xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar. Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən az
09.09.2026 395 Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
08.09.2026 436 Hansı bel ağrısı xərçəngə işarə edə bilər?
Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel
20.09.2026 241 "Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20.09.2026 313 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21.09.2026 299