100 yaşına çatmaq üçün nə yemək lazımdır? - 8 məhsul açıqlandı

100 yaşına çatmaq üçün nə yemək lazımdır? - 8 məhsul açıqlandıUzun və xəstəliklərdən uzaq həyat bir çox insan üçün əsas prioritetdir. Məhz buna görə uzunömürlülərə heyran qalır və onların sağlamlığı qoruyub 100 və daha artıq yaşamasına nə səbəb olduğunu anlamağa çalışırıq.

Qaynarinfo xəbər verir ki, "RealSimple" nəşri bir neçə mütəxəssislə söhbət edərək uzunömürlülərin, xüsusilə qidalanma ilə bağlı vərdişlərini daha yaxından araşdırıb.

"Uzunömürlülər dünyanın müxtəlif yerlərində yaşayır. Lakin bəzi bölgələrdə qeydiyyat digərlərinə nisbətən daha yaxşı aparılır və məhz bu yerlərdə uzunömürlülərin sayı daha çoxdur. "Mavi zona" fenomeninin səbəblərindən biri də budur", deyə dünyanın ən yaşlı insanlarını sertifikatlaşdıran və araşdıran "LongeviQuest" bazasının qurucusu Ben Meyers bildirib.

Tibb elmləri doktoru, Amerika Sertifikatlaşdırılmış Tibb Bacıları Cəmiyyətinin üzvü Bredli Vilkoksun sözlərinə görə, ən məşhur "mavi zonalar" Yaponiyanın Okinava adası ətrafındakı kənd əraziləri, Yunanıstanda İkariya, İtaliyada Sardiniya və ABŞ-də Loma-Linda bölgələridir.

Mütəxəssislər bu bölgələrdə yaşayan insanların həyat tərzini təhlil etdikdə bir çox ortaq cəhətlərin olduğunu görürlər. Onlardan biri gündəlik həyatda stressdən uzaq durmaqdır.

"Müəyyən etdik ki, uzunömürlülər nəzarətlərindən kənarda olan problemlərə yox, öz həyatlarına və sevdikləri insanların həyatına fokuslanırlar. 50 həftə əziyyət çəkib iki həftəlik məzuniyyət üçün yaşamaq ideyası uzunömürlü insan üçün anlaşılmaz olardı", deyə Meyers qeyd edib.

Diyetoloq-nutrisoloq Emi Devisin sözlərinə görə, müxtəlif ölkələrdə yaşayan uzunömürlüləri birləşdirən digər cəhətlər fiziki aktivlik, güclü icma hissi və siqaretdən imtina etmələridir. Lakin xüsusilə onların qidalanması diqqət çəkir.

"Uzunömürlülərdə müşahidə olunan bəzi qidalanma modellərinə doyumlu səhər yeməyi, əsasən bitki mənşəli qidaların seçilməsi, arıqlama pəhrizlərindən uzaq durmaq, spirtli içkilər və şirniyyatların ölçülü istehlakı daxildir", deyə Devis vurğulayıb.

Bu yanaşmaları nəzərə alaraq, mütəxəssislər uzunömürlülərin qidalanmasında əsas yer tutan 8 məhsulu seçiblər.

1. Paxlalılar

"Uzunömürlülər arasında ən populyar məhsullardan biri paxlalılardır. Onlar liflə zəngindir və orqanizmi bitki mənşəli zülalla təmin edir", deyə Devis bildirib.

Onun sözlərinə görə, paxlalılar xolesterin və qan şəkərinin səviyyəsini nəzarətdə saxlamağa, xroniki xəstəliklər riskini azaltmağa kömək edir. Bu qrupa lobya, noxud və mərcimək daxildir.

2. Zeytun yağı

100 yaşına çatan insanların mətbəxində tez-tez rast gəlinən məhsullardan biri də zeytun yağıdır. O, faydalı doymamış yağlarla zəngindir və xolesterinin optimal səviyyəsini dəstəkləyir. Tərkibindəki E və K vitaminləri iltihabı azaldaraq xroniki xəstəlik riskini aşağı salır.

3. Qoz-fındıq və toxumlar

"Vitaminlər, minerallar və doymamış yağlarla zəngin olan qoz-fındıq da uzunömürlülərin rasionunda əsas yer tutur", deyə Devis bildirib.

Onun sözlərinə görə, bu məhsullar ürək xəstəlikləri və iltihab riskini azaldır. Toxumlar da oxşar tərkibə malik olduğu üçün uzunömürlülük istəyənlər üçün tövsiyə olunur.

4. Çay

Yaşıl, qara, bitki çayı, kofeinli və ya kofeinsiz - çay "mavi zona" sakinləri arasında ən populyar içkilərdən biridir. Bunun əsas səbəbi onun antioksidantlarla zəngin olmasıdır. Araşdırmalar göstərir ki, çay immuniteti, ürək, bağırsaq və beyin sağlamlığını, həmçinin maddələr mübadiləsini dəstəkləyir.

5. Dəniz məhsulları

"Alimlər müəyyən ediblər ki, uzunömürlülər daha az ət yeyir, rasionlarına isə daha çox balıq və digər yağsız dəniz məhsulları daxil edirlər", deyə Devis qeyd edib.

Bunun səbəbi bir çox "mavi zona"nın dəniz kənarında yerləşməsi ola bilər. Xüsusilə yağlı balıqlar omeqa-3 yağ turşularının nadir təbii mənbələrindəndir və güclü iltihabəleyhinə təsir göstərərək immunitet, beyin və ürək sağlamlığını dəstəkləyir.

6. Mayalı tam taxıllı çörək

Mayalı tam taxıllı çörək uzunömürlülərdə müşahidə olunan bir neçə qidalanma tendensiyasını özündə birləşdirir. "Tam taxıllar lif, minerallar və B qrupu vitaminləri ilə zəngindir və ürək-damar xəstəliklərindən ölüm riskini azaldır", deyə Devis vurğulayıb.

Araşdırmalar göstərir ki, uzunömürlülərin bir çoxu çörəyi evdə, məhz mayadan istifadə etməklə bişirir. "National Library of Medicine"də dərc olunan tədqiqata görə, maya xəmirdə fermentasiya yaradır, qlütenin bir hissəsinin parçalanmasına kömək edir və çörəyin həzmini asanlaşdırır. Belə çörəyin qlisemik indeksi də daha aşağıdır.

7. Şirin kartof

Şirin kartof lif, kalium, A və C vitaminləri, eləcə də immuniteti, ürək-damar sistemini və maddələr mübadiləsini yaxşılaşdıran faydalı bitki birləşmələri ilə zəngindir.

8. Sarıkök

Bəzi ədviyyatlar, xüsusilə zərdəçal da uzunömürlülüyə töhfə verə bilər. "Sarıkök flavonoidlər kimi fitonutrientlərlə zəngindir və daha uzun həyat üçün faydalı ola bilər", deyə Vilkoks bildirib.

Sarıkökün tərkibindəki kurkumin iltihabı azaltmağa kömək edir və ümumi sağlamlığı, xüsusilə beyin fəaliyyətini dəstəkləyir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 936   Tarix: 07 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı

Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b

04.09.2026 352
.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama

12.09.2026 274
.

Sarıkökdən çox istifadə edin

Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların

12.09.2026 449
.

D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu

D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə

23.09.2026 259
.

Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb

Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib. xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar. Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən az

09.09.2026 395
.

Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər

Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib

08.09.2026 436
.

Hansı bel ağrısı xərçəngə işarə edə bilər?

Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel

20.09.2026 241
.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans

20.09.2026 313
.

Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq

Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər

21.09.2026 299
.