Yaxşı və pis dostun fərqi: Psixoloqlar 8 təhqiredici davranışı açıqladı

Yaxşı və pis dostun fərqi: Psixoloqlar 8 təhqiredici davranışı açıqladıPsixoloq Şeron Livinqston yaxşı dostla toksik dost arasındakı fərqi izah edib. Psixoloqun sözlərinə görə, həqiqi dost yaxın insanı dərin şəkildə incidə biləcək heç bir davranış sərgiləməz.

Qaynarinfo xəbər verir ki, bu barədə "Your Tango" nəşri yazır.

Yaxın dost insanın həyatına böyük sevinc, rahatlıq, təsəlli və əyləncə qata bilər. Nəşr tədqiqat nəticələrinə istinadən bildirir ki, möhkəm dostluq münasibətləri hətta ömrün uzanmasına da kömək edir.

Avstraliyada 10 il ərzində aparılan araşdırma göstərib ki, geniş və güclü dost çevrəsinə malik olan insanların daha uzun yaşamaq ehtimalı 22 faiz yüksəkdir.

Məqalədə vurğulanır ki, pis dost bunun tam əks təsirini göstərə bilər. Belə münasibətlər psixoloji travmalara, stressə, depressiyaya və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Psixoloqlar bildiriblər ki, həqiqi dost heç vaxt bu 8 təhqiredici davranışı etməz:

1. Sizi onun ən yaxşı dostu olmaq uğrunda yarışdığınızı hiss etdirməz

Rəfiqəniz başqa bir yaxın tanışı haqqında danışaraq ona daha çox diqqət və dəstək verdiyini iddia edə bilər. Bu davranışın səbəbi onun özünə inamsızlığında gizlənə bilər. Böyük Britaniyalı psixoloq Ester R. Koul qeyd edib ki, öz həqiqi "mən"i ilə əlaqəni itirən insanlar tez-tez dəyərlərini təsdiqləmək üçün xarici təsdiq axtarırlar.

Bu isə öz dəyərini sübut etmək üçün rəqabətli davranışı gücləndirir. Psixoloq vurğulayıb ki, bu cür davranışın sizinlə heç bir əlaqəsi yoxdur və siz buna dözməməlisiniz.

2. Danışmaq üçün sizə bərabər vaxt ayırmaz

Rəfiqəniz gününün nə qədər pis və ya nə qədər gözəl keçdiyini uzun-uzadı danışır. Siz özünüzdən danışmağa başlayanda isə o, müxtəlif bəhanələrlə söhbəti yarımçıq kəsir. Nəşrin yazdığına görə, bu halda o, sizi və sizin qayğılarınızı və ya sevincinizi dinləmədən söhbətdən çıxır.

3. Özünüsevər tərzdə tənqid edər

Əlbəttə, səmimiyyət hər cür münasibətdə vacibdir, lakin mərhəmət də unudulmamalıdır. Sərt həqiqət zərər verə və insanı özünü çox pis hiss etdirməyə səbəb ola bilər.

Nəşr qeyd edir ki, bu cür sərt sözlər çox vaxt proyeksiya xarakteri daşıyır, yəni qarşı tərəfi deyil, daha çox tənqid edənin özünü təsvir edir.

4. Sizdən zəng gözləyər, amma özü zəng etməz

Siz ona daha tez-tez zəng edir və ya mesaj yazırsınız, nəinki o sizə. Bu da sizdə onunla ünsiyyətə və görüşlərə daha çox maraq göstərən tərəfin siz olduğunuz hissini yarada bilər.

Münasibətlər o zaman toksikləşir ki, qarşı tərəf sizə sizin ona göstərdiyiniz qədər maraq göstərmir. Bundan əlavə, dostunuzun vaxtınıza dair bitməyən tələbləri də narahatlıq yarada bilər.

5. Sizə dəyişməli olduğunuzu deyər

O, öz qüsurlarını etiraf etməyə belə ehtiyac görmür, onları düzəltməkdən isə heç söhbət getmir. Eyni zamanda, sizə dəyişməyi tövsiyə edir. Münasibətə nə qatdığı onu maraqlandırmır, yalnız tənqid edir və sizi günahlandırır.

6. Hər sözünüzü ölçüb-biçməyə məcbur edər

Əvvəllər onunla ünsiyyət çox əyləncəli idi. Birlikdə gülür, bir-birinizə dəstək olur və bundan zövq alırdınız. Sonradan isə nəsə dəyişir və onunla ünsiyyətdə səhv etməmək üçün həddən artıq ehtiyatlı olmağa başlayırsınız.

7. Sizi emosional "Amerikan dağları"nda gəzirmiş kimi hiss etdirər

Əvvəl tanışlıq möhtəşəm idi və aranızda güclü yaxınlıq hissi var idi. İndi isə ondan nə gözləyəcəyinizi bilmirsiniz. Hər şey yaxşı olanda bu çox gözəl olur, lakin qəfil və səbəbsiz şəkildə onun "düşmənlər siyahısı"na düşürsünüz.

Bu zaman narahatlıq, qorxu və tarazlıq itkisi hiss edirsiniz. Davranışların qeyri-ardıcıllığı və gözlənilməzliyi hər şeydən şübhələnməyə vadar edir, nəticədə özünə hörmət hissi gah yüksəlir, gah da enir.

8. Stress bədəninizdə toplanır

Münasibətlərdən dəstək almaq əvəzinə, özünüzü getdikcə daha zəif hiss edirsiniz. Bədəniniz buna reaksiya verir: narahatlıq artır, baş ağrıları və mədə problemləri yaranır, səhərlər yataqdan qalxmaq çətinləşir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 775   Tarix: 07 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.