Evdəki partlamağa hazır bombalar: Hansı cihaz nə dərəcədə risk daşıyır?

Evdəki partlamağa hazır bombalar: Hansı cihaz nə dərəcədə risk daşıyır?Gündəlik həyatımızda məişət texnikalarını sadəcə köməkçi vasitələr kimi görsək də, əslində hər biri özünəməxsus ciddi risklər daşıyır. Çox vaxt qutusundan çıxarıb birbaşa elektrik şəbəkəsinə qoşduğumuz bu cihazların təlimat kitabçalarını oxumamağımız evlərimizi potensial risk sahəsinə çevirir. Elektrik enerjisinə görə yüksək istilik istehsal edən hər bir cihaz ehtiyatsız davrandıqda böyük bir təhlükə mənbəyinə çevrilə bilər.

Milli.Az xəbər verir ki, xüsusilə qış aylarında həyatımızı asanlaşdıran paltarqurudan maşınlar işləyərkən çox yüksək temperatura çatır. Bu istiliyin təsiri ilə maşının filtrlərində yığılan kiçik toz və lif parçaları (hav) barıt qədər yanıcı ola bilir. Əgər bu filtrlər mütəmadi təmizlənməzsə, hava axını kəsilir və daxili temperatur nəzarətsiz şəkildə artır. Statistikaya görə, bu növ cihazlardan qaynaqlanan yanğınların əksəriyyəti məhz bu kiçik detalın laqeyd qalması səbəbindən baş verir.

Əlavə qızdırıcı vasitələr şəbəkədən çox yüksək cərəyan çəkir. Bu cihazları birbaşa divardakı rozetkaya taxmaq əvəzinə çoxlu rozetkalardan (udlinnitel) istifadə etmək naqillərin qızmasına və yanğına səbəb olur. Bundan əlavə, qızdırıcıların pərdə, yataq dəsti və ya mebellərə çox yaxın yerləşdirilməsi saniyələr içində fəlakətlə nəticələnə bilər. Cihazın ətrafında istiliyin paylanması üçün mütləq boş məsafə saxlamaq həyati əhəmiyyət kəsb edir.

Kofe maşınları ilə bağlı təhlükə təkcə elektriklə bağlı deyil. Daim nəm və isti olan bu mexanizmlər bakteriya və kif göbələklərinin inkişafı üçün ideal mühitdir. Baxımı və təmizliyi vaxtında edilməyən maşınlar ciddi mədə-bağırsaq xəstəliklərinə yol aça bilər. Həmçinin cihazda yaranan ərp (kalsium yığıntısı) həm qəhvənin keyfiyyətini aşağı salır, həm də süzgəc sistemini korlayaraq dolayı yolla sağlamlığımıza zərər verir.

Kiçik və zərərsiz görünən tosterlərin dibində toplanan çörək qırıntıları dəfələrlə yüksək temperatura məruz qaldıqda alışmağa meylli olur. Araşdırmalar göstərir ki, bu cihazlar işləyərkən havaya mikroskopik metal hissəcikləri də yaya bilər. Ən böyük səhvlərdən biri isə tosterin içində qalan çörəyi metal çəngəl və ya bıçaqla çıxarmağa çalışmaqdır; bu həm elektrik vurması, həm də cihazın daxili sisteminin zədələnməsi deməkdir.

Ev yanğınlarının ən böyük səbəbi olan sobalarda yığılan yağ və yemək qalıqları yüksək temperaturda asanlıqla alovlana bilər. Son illər populyarlaşan induksiya plitələri isə çox sürətlə qızdığı üçün xüsusilə yağlı yeməklərin anidən parlamasına səbəb olur. Qaz plitələrində isə sızma və açıq alov riski hər zaman diqqət mərkəzində saxlanılmalıdır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 709   Tarix: 11 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.