Alimlər təzyiqin kəskin artmasının yeni səbəbini tapdı
Lateral parafasyal sahə - baş beyin kökündə yerləşən sinir yığınıdır və həzm, nəfəs və ürək döyüntüsü kimi avtomatik funksiyaları idarə edir. Bu sahə həmçinin insan güləndə, idmanla məşğul olanda və ya öskürərkən aktivləşir.
Qaynarinfo-nun "Daily Mail"ə istinadən məlumatına görə, yeni Zelandiyadan olan tədqiqatçılar iddia edirlər ki, bu sahə həmçinin qan damarlarını daraldan sinirləri aktivləşdirə bilər, bu isə qan təzyiqini yüksəldərək hipertoniya yarada bilər.
Laboratoriyada tədqiqatçılar bu sahədəki sinirləri həm aktivləşdirib, həm də susduraraq qan təzyiqini izləyiblər və aşkar ediblər ki, lateral parafasyal sahə aktiv olduqda qan təzyiqi yüksəlir, susdurulduqda isə azalır.
Bu təzyiqi artıran sinirlər simpatik sinir sisteminin (yəni könüllü olmayan sinir sistemi) bir hissəsidir. Bu sistem həmçinin bədənin "döyüş və qaç" reaksiyasına cavabdehdir. Tədqiqatçılar aşkar edib ki, sinirlərin aktivliyini azaltmaq aktiv nəfəsi dayandırır və qan damarlarının divarlarını yumşaldır, nəticədə qan təzyiqi normaya dönür.
Yeni beyin sahəsi aşkar edildi
Oklend Universitetindən fizioloq, tədqiqatın rəhbəri Julian Paton bildirib:
"Biz yüksək qan təzyiqinə səbəb olan yeni beyin sahəsini tapdıq. Bəli, beyin hipertoniya üçün günahkardır! Yüksək qan təzyiqi zamanı lateral parafasyal sahə aktivləşir və komandamız bu sahəni deaktiv etdikdə, qan təzyiqi normala döndü".
Tədqiqat siçanlar üzərində aparılı və indi alimlər bunu insanlarda yoxlamağın yolunu tapmalıdırlar ki, nəticələr təsdiqlənsin.
Tədqiqatçılar artıq qeyd ediblər ki, nəticələr yüksək qan təzyiqinin yeni müalicə üsullarının hazırlanmasında istifadə oluna bilər. Bu üsullar beyin sinirlərini sakitləşdirərək xəstəliyi idarə etməyə yönələcək.
Bundan başqa, araşdırmalar göstərir ki, hipertoniya beyinlə əlaqəli ola bilər: beyin bütün bədənə ürək döyüntüsü və qan damarlarının ölçüsünü tənzimləyən siqnallar göndərir. Məsələn, 2025-ci ilin iyununda M. Anderson Onkoloji Mərkəzi tərəfindən yayımlanan araşdırmalar göstərir ki, hipotalamus (simpatik sinir sistemini idarə edən beyin sahəsi) yüksək qan təzyiqi ilə bağlı ola bilər.
Alimlər aşkar ediblər ki, bu sahənin həddindən artıq aktivliyi qan təzyiqini yüksəldir və ürək xəstəlikləri, həmçinin demensiya riskini artırır.
Normal və yüksək qan təzyiqi göstəriciləri
Normal qan təzyiqi 120/80 mm c.s.-dən aşağıdır. Birinci rəqəm ürək sıxıldıqda arteriya divarlarına düşən təzyiqi, ikinci rəqəm isə ürək boşalanda arteriya divarlarına düşən təzyiqi ölçür.
120/80 mm c.s.-dən yuxarı qan təzyiqi yüksək hesab olunur.
Həkimlər insanlara qan təzyiqini azaltmağı tövsiyə edirlər, çünki yüksək təzyiq qan damarlarına zərər verə və insult, infarkt və demensiya riskini artırır.
Hipertoniya adətən qan damarlarını rahatladan dərmanlarla müalicə olunur.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1121 Tarix: 15 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇox öskürənlər bunu oxusun
Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi
08.11.2026 569 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 895 Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?
Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların
01.11.2026 923 Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa
15.11.2026 304 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 791 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 838 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 1196 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 664 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654