Dişlərin sayı və vəziyyəti ömür uzunluğuna təsir edir - ARAŞDIRMA
Yaponiyanın Osaka Universitetinin alimləri 75 yaş və üzəri 190 mindən çox şəxsin sağlamlıq və diş məlumatlarını təhlil edərək maraqlı nəticə əldə ediblər.
Milli.Az-ın məlumaına görə, araşdırma göstərib ki, ağızdakı sağlam və plomb edilmiş dişlərin sayı ölüm riskini proqnozlaşdırmaqda əsas göstəricidir. Çürük və ya itirilmiş dişlərin çoxluğu isə erkən ölüm riski ilə birbaşa əlaqəlidir.
Alimlər bildiriblər ki, dişlərin müalicə edilərək qorunması təkcə ağız sağlamlığına deyil, ümumi orqanizm sağlamlığına da müsbət təsir göstərir.
ScienceAlert nəşrinin məlumatına görə, tədqiqatçılar çatışmayan və ya çürük dişlərin erkən ölümə səbəb ola bilməsini izah edən iki əsas mexanizm üzərində dayanırlar.
Bunlardan biri xroniki iltihabdır. Diş çürükləri və diş əti problemləri orqanizmdə xroniki iltihaba səbəb ola bilər və bu vəziyyət digər orqanlara da yayıla bilər.
Digər səbəb isə qidalanma problemləridir. Diş sayının azalması çeynəməni çətinləşdirir, bu da sağlam və balanslı qidalanmanı mümkünsüz edərək ümumi sağlamlığa mənfi təsir göstərir.
Xəbərdarlıq edilib ki, yaşlılıq dövründə təkcə dişlərin sayı deyil, onların klinik vəziyyətinin mütəmadi izlənməsi daha uzun və sağlam həyat üçün kritik əhəmiyyət daşıyır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜrək sağlamlığını qorumağa kömək edən 9 faydalı və dadlı qəlyanaltı
Ürək üçün faydalı qəlyanaltılar adətən doymuş yağlar və natrium baxımından az, lif, antioksidant və faydalı qida maddələri baxımından isə zəngin olur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, bu məhsullar iltihabi proseslərin azalmasına kömək edir və ürək-dama
27.07.2026 443 İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? - VİDEO
"Baku Med" verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir?. Gənclərdə insultun səbəbləri nələrdir?. Onun ilkin əlamətləri hansılardır?. İnsult zamanı ilk yardım necə göstərilməlidir?. İnsanların insult zamanı ə
18.07.2026 370 Yayda buzlu su içmək təhlükəlidirmi?
Yay aylarında temperatur yüksəldikcə insanlar sərinləmək üçün daha çox buzlu və çox soyuq suya üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq soyuq suyun qəbulu bəzi hallarda sağlamlığa mənfi təsir göstərə bilər. Ölkə.az xəbər verir ki, həkimlərin sözlərinə görə, çox soyu
14.07.2026 539 Sağlam olmayan münasibətlərin 7 gizli əlaməti - Psixoloq açıqladı
Amerikalı psixoloq Mark Trevers (Mark Travers) diqqətdən yayınan, lakin münasibətin sağlam olmadığını göstərən yeddi əsas əlaməti sadalayıb. Qaynarinfo-nun məlumatına görə, CNBC-də dərc olunan məqaləsində Trevers bildirib ki, bir çox insan aylarla, hətta illərlə sağlam olmayan münasibətlərdə qalır. Onla
13.07.2026 553 Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul
Kanadadakı Vaterloo Universitetinin alimləri yüksək qan təzyiqinin idarə olunması ilə bağlı yeni araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, yalnız duzun (natriumun) qəbulunu azaltmaq deyil, eyni zamanda qidalanmada kaliumun miqdarını artırmaq da qan təzyiqinin aşağı salınmasın
02.08.2026 270 Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
Diş həkiminə müraciət zamanı müəyyən edilən diş əti problemləri insanın gələcəkdə 2-ci tip diabetə tutulma riski barədə də məlumat verə bilər. xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan və 300 mindən çox insanı əhatə edən genişmiqyaslı araşdırmada periodontitlə 2-ci ti
08.08.2026 175 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
28.07.2026 3492 Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
"Sağlam həyat tərzi prinsiplərinə riayət etmək, zərərli vərdişlərdən uzaq durmaq, mütəmadi fiziki aktivliklə məşğul olmaq və profilaktik müayinələrdən keçmək onkoloji xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər". xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsind
26.07.2026 313 55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?
100 yaşdan çox yaşayan insanlar üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, 100 il və daha artıq yaşamağın vahid resepti yoxdur. Bununla belə, uzunömürlü insanları birləşdirən bir sıra ümumi amillər müəyyən edilib. Qayanrinfo xəbər verir ki, "ScienceAlert"in yazdığına görə, Qahirədək
22.07.2026 720